Sağlam idi, əməliyyat etdilər öldü - "Mərkəzi Klinika"dakı müəmmalı ölümün təfərrüatı
Sosial
Oxunub: 585
25 dek 2017 | 13:22
Sağlam idi, əməliyyat etdilər öldü - "Mərkəzi Klinika"dakı müəmmalı ölümün təfərrüatı















Azərbaycan Pedaqoji Universitetinin Quba filialının 20 yaşlı tələbəsi Xankişi Nizami oğlu Mirzəlinin ürəyindən əməliyyat olunarkən dünyasını dəyişdiyini xəbər vermişdik.

Yenicag.az saytına açıqlama verən mərhumun atası Nizami Mirzəyev oğlunun müəmmalı ölümündən danışıb.

O, əməliyyata qədər övladının sağlam olduğunu bildirib:

“Oğlumu dekabrın 16-da “Mərkəzi Klinika”ya yerləşdirmişdik. 2013-cü ildə də eyni klinikada ürəyindən əməliyyat olunmuşdu. Sentyabrda müayinəyə getmişdik. Dedilər, yenidən əməliyyata ehtiyac var. Bildirdilər ki, oktyabrda İsveçrədən həkimlər gələcək. Biz də gözlədik. Amma həkimlər dekabrda gəldilər. Əməliyyatdan əvvəl uşağı müayinə etdilər. Dedilər ki, ümumi vəziyyət normaldır, əməliyyat etmək olar. Oğlum ayın 17-də əməliyyat olundu. Bizə də uşağın ölümünü ayın 19-da dedilər. Reanimasiya şöbəsinə yerləşdirilmişdi. Ayın 18-i dedilər hər şey qaydasındadır, bir gün sonra da vəziyyətin ağırlaşdığını bildirdilər. Palataya köçürülməmişdi. Biz əməliyyatdan sonra uşağı görməmişdik. Ölüm ayağında olanda yanına girdik. Sözsüz ki, burda həkim səhlənkarlığı var. Əgər müayinə zamanı problem aşkarlanmışdısa, niyə əməliyyat etdilər? Əməliyyata qədər oğlum sağlam idi. Rahat gəzirdi, danışırdı, təhsil alırdı. Sadəcə, sentyabrda müayinəyə gedəndə dedilər ki, ikinci əməliyyata ehtiyac var. Guya nəfəs yolunda daralma gedir, damar dəyişməliydi. Amma uşağın ölümü damardan olmadı. Bizə “hər şey qaydasındadır” deyilmişdi. Oğlumun hansı səbəbdən öldüyünü bilmədik. Nə istəsələr deyə bilərlər də. Onlara nə var ki? Əməliyyat üçün “Mərkəzi Klinika”ya 19303 manat pul köçürtmüşəm. Geri heç nə qaytarmadılar. Hələ başımız qarışıqdır. Başımız açılandan sonra bu işlə məşğul olacam”.

Qeyd edək ki, Xankişini müayinə edən Mərkəzi Klinik Xəstəxanasının kordioloqu Vəli Behbudov olub.
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ