Azərbaycanda evlənmək istəyən hər 8 kişidən birinə qız çatmayacaq
Sosial
Oxunub: 458
20 dek 2017 | 14:56
Azərbaycanda evlənmək istəyən hər 8 kişidən birinə qız çatmayacaq













Azərbaycanda indiki nəsil ailə qurmaq yaşına gəlib çatdıqda hər 8 kişidən biri evlənmək üçün qız çatışmazlığı problemi ilə üzləşə bilər.

Bunu Trend-ə BMT Əhali Fondunun dəvət edilmiş eksperti, ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Gupta deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyada uşaqların cins nisbətinin pozulmasına görə Çindən sonra ən yüksək göstəriciyə malikdir: "Çində cins nisbətinin pozulması prosesi Azərbaycanla müqayisədə daha tez başlayıb. Burada 1980-ci illərin sonundan doğulan oğlan uşaqlarının sayı çoxalmağa başladı. Nisbətin pozulmasının "pik dövrü” 13 il davam etdi. Son vaxtlara qədər Çində hər 100 oğlana 120 qız düşürdü. Lakin indi artıq oğlanların sayı azalmağa başlayıb və bu göstərici 116-ya enib. Cins nisbətinin pozulduğu illərdə doğulan oğlanlar ailə həyatı qurduqda onlar üçün kifayət qədər qız çatışmazlığı problemi yaranacaq. Hesablamalar göstərir ki, Çində cins nisbətinin pozulması 2030-cu ilə qədər davam edərsə, hər 5 kişidən 1-i üçün qadın tapılmayacaq. Nəticədə də oğlanlar məcbur olacaqlar ki, xarici qızlarla ailə həyatı qursunlar”.

M.Das Gupta əlavə edib ki, Azərbaycanda cins nisbətinin pozulması prosesi Çinlə müqayisədə daha gec başlayıb.

O qeyd edib ki, Azərbaycanda 1990-cı ildən sonra doğulan oğlan uşaqlarının sayı çox sürətlə artmağa başlayıb. Ölkədə cins nisbətinin pozulmasına görə ən pik vəziyyət 2001-2002-ci illərdə olub: "Lakin Çinlə müqayisədə Azərbaycanda problemin "pik dövrü” çox qısa olub. İndi Azərbaycanda doğulan oğlan uşaqlarının sayı azalır, amma bu göstərici çox asta-asta düşür. Tövsiyə olunur ki, həmin sayı daha sürətlə aşağı salasınız”.

M.Das Gupta bildirib ki, hazırda Azərbaycanda hər 100 qıza təxminən 114 oğlan uşağı düşür: "Əgər müvafiq tədbirlər görülməsə, mövcud rəqəmlər olduğu həddə qalacaq, bu nisbət bəlkə daha da arta bilər”.

M.Das Gupta əlavə edib ki, Azərbaycanda kişilərin rastlaşacağı problem Çindəki kimi olmaya bilər: "Çin çox böyük dövlətdir. Çinin elə kəndləri var ki, orada evlənmək istəyən, amma qız çatışmazlığına görə subay qalan kifayət qədər çox kişi yaşayır. Daha çox Çinin orta hissəsində yaşayan belə kişilər məsafə uzaq olduğundan evlənmək üçün qonşu ölkələrə də gedə bilmirlər. Azərbaycan isə kiçik ölkədir və Türkiyə, İran, Rusiya ilə həmsərhəddir. Həmin ölkələrdə cins nisbəti ilə bağlı problemlər yoxdur. Bu, o deməkdir ki, kifayət qədər çox sayda qadın xaricdən Azərbaycana gələrək burada ailə qura bilər. Amma kişi yalnız öz milliyyətindən olan qadınla evlənmək istəyərsə, evlənmə ilə bağlı çətinliklər yarana bilər”.

Qeyd edək ki, dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq, 105-107 təşkil edir, yəni heç bir xarici müdaxilə olmadığı tədqdirdə doğulan hər 100 nəfər qız uşağına 105-107 oğlan uşağı düşür. 1990-cı illərin əvvəllərindən Azərbaycanda bu nisbətin pozulması müşahidə edilir.

BMT Əhali Fondunun müvafiq proqnozlarına görə, əgər doğulan uşaqların cins nisbəti davamlı olaraq, 116 və ya daha artıq olarsa, 2050-ci ilə qədər hər il 12000-15000 daha çox oğlan uşağı doğulacaq.
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq