Hacıbala Abutalıbovun hasarlatdığı 2 hektarlıq meşəyə görə materiallar prokurorluğa göndərildi
Sosial
Oxunub: 467
20 dek 2017 | 11:54
Hacıbala Abutalıbovun hasarlatdığı 2 hektarlıq meşəyə görə materiallar prokurorluğa göndərildi














Xəbər verdiyimiz kimi bu ilin noyabrın 17-də Nizami rayonu, Şərq küçəsi, məhəllə 40/85-də- "Azərsutikinti” xəstəxanasının qarşısında yerləşən şam meşəliyində 17 il əvvəl qanunsuz tikilmiş 10 ev Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi ilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən 100-ə yaxın polis cəlb olunmaqla sökülüb. Söküntüdən sonra təxminən 2 hektar meşə ərazisi Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən bölünərək hasarlanır.

Əməkdaşlarımız bu məsələni araşdırıb və məlum olub ki, ərazidə qanunsuz məskunlaşmış sakinlərə hər hansı kompensasiya verilməyib. Digər tərəfdən "qanunsuz sakinlərdən” azad edilən şam meşəliyi çox güman ki, daha sanballı müştərilərə satılmaq üçün hissələrə bölünür və hasarlanır. Hasarlama işlərini Suraxanı rayon İcra Hakimiyyətinin məmurları sifariş verib.

Həmin hadisədən bəhs edən "Bakıda 2 hektarlıq meşə necə "azad olundu", ərazini kim ələ keçirdi…” başlıqlı araşdırma virtualaz.org saytında dərc olunandan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparıb və ərazidə azı 8 şam ağacının kəsildiyi müəyyən edilib.


AZXEBER.COM xəbər verir ki, bu barədə virtualaz.org saytına nazirliyin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib.

R.Mirzəyevin sözlərinə görə, hazırda ərazi nəzarətə götürülüb. "Həqiqətən Suraxanı və Nizami rayonunun sərhədində yerləşən şam meşəliyində 2,5 hektar ərazidə hasarlanma işləri aparılır. Hasarın keçdiyi ərazilərdə 18-20 diametrlik 8 şam ağacı kökündən çıxarılıb. Ağacların kəsilməsi ilə təbiətə 5190 manat zərər vurulub. Fakt cinayət tərkibli olduğundan toplanmış materiallar Suraxanı rayon Prokurorluğuna göndərilib”, -Mirzəyev əlavə edib.


Sektor müdiri onu da deyib ki, mövcud qanunvericiliyə görə torpaq sahəsi mülkiyyətçiyə verilmədən ekoloji ekspertizadan keçirilməlidir. Ərazinin nəzarətə götürülməsi ilə bağlı icra orqanlarına məlumat verilib. Sakinlər tərəfindən salınan meyvə bağlarının məhv edilməsinə gəldikdə, sektor müdiri şikayətçilərin məhkəməyə müraciət etmələrini məsləhət görüb: "Ərazi nəzarətdə saxlanılacaq. Artıq ağacların kəsilməsi faktı ilə bağlı araşdırma aparılır”.

Virtualaz.org Bakıda yaşıllıq sahələrinin kommersiya obyektlərinin, yaşayış binalarının tikintisi məqsədi ilə məhvinin geniş vüsət aldığı bir vaxtda bu nadir şam meşəliyinin sonrakı aqibətini diqqətdə saxlayacaq. İndiki halda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsələyə müdaxilə etməsi əlbətdə, müsbətdir. Lakin bir məsələ var ki, ərazini satmaq üçün hasarlayan elə Bakı şəhər rəhbərliyinin göstərişi əsasında Suraxanı rayon məmurları olduğu halda toplanan materiallar da həmin rayon prokurorluğuna göndərilib. Əslində bu məsələyə daha yuxarı instansiyada araşdırılmalıdır. Əks halda şam meşəliyinin bir müddət sonra xəlvəti satılması qaçılmaz olacaq. Çünki bu ərazi Abutalıbovun göstərişi ilə təmizlənib və hasarlanır.
Hacıbala Abutalıbovun hasarlatdığı 2 hektarlıq meşəyə görə materiallar prokurorluğa göndərildi
Hacıbala Abutalıbovun hasarlatdığı 2 hektarlıq meşəyə görə materiallar prokurorluğa göndərildi
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq