Villalı direktor- 252 saylı məktəbdə nələr baş verir
Sosial
Oxunub: 1 925
6 dek 2017 | 22:48
Villalı direktor- 252 saylı məktəbdə nələr baş verir



















Bugün ölkədə təhslin səviyyəsinin aşağı düşməsi yerlərdəki kadrların savadsızlığı ilə bağlıdır.

Korrupsiya və rüşvətorluğu da bura əlavə etsək faciəli mənzərə yaranır.


Rüşvətin kökünü necə kəsməli

Rüşvətə səbəb ilk növbədə əməkhaqqının aşağı olmasıdır. Bu gün diaqnostik qiymətləndirmədən (DQ) keçmiş, hələ əməkhaqqı qalxmamış yüzlərlə müəllim var. Elə məktəblər də var ki, məktəb direktorları 210 manat vəzifə maaşı alırlar. Eləcə də DQ-dən keçmiş, əməkhaqqı qalxmış müəllimlər ölkə prezidentinin 994 nömrəli sərəncamı ilə 18-ci dərəcəli əməkhaqqı alırlar ki, bu da təqribən 425 manat edir. Məsələ burasındadır ki, hazırda məktəb direktoru və direktor müavinlərinin əməkhaqqı həddindən artıq aşağıdır.

Düşünürəm ki, rüşvət almamaq üçün ilk növbədə məktəb direktoru və direktor müavinlərinin əməkhaqqı 2 dəfə qaldırılmalı, onların əməkhaqqının tənzimlənməsi üçün uşaq və sinif sayı nəzərə alınmaqla cədvəl hazırlanmalıdır. Direktorların əməkhaqqı 1000 manatdan aşağı, direktor müavinlərininki isə 700-800-dən aşağı olmamalıdır. Eyni zamanda, əməkhaqqının artırılması ilə yanaşı, peşəkarlığın artırılması üzərində işləmək, o cümlədən, direktor və direktor müavini imtahanlarının şəffaf keçirilməsinə çalışmaq əsas şərtlərdən biridir. Rüşvəti yaradan səbəblərdən biri də yaranmış sistemsizlikdir. Ümumtəhsil məktəblərində konkret olaraq hansısa bir məsələ ilə bağlı nazirlik tərəfindən işlənmiş sistem yoxdur. Tərəflər var- təhsilalan, təhsilverən, təhsilalanların valideynləri və s. Ancaq konkret olaraq bu proses sistem halında deyil. Ona görə də neqativ halların olması üçün şərait yaranır. Həmin şəraitdən də rüşvətə meyilli olan müəssisə rəhbərləri istifadə edirlər.

İcra başçının kadrı

Bəzi direktorlara vəziyyətin belə olması sərf edir. Baxın, kiçicik maaşla villa sahibi olan direktorlar var.


Məsələn, Tahir Hacıyev adına 252 n-li orta məktəb-lisey və onun direktoru Xədicə Eminova kimi. Son vaxtlarda mətbuatda həmin məktəb-lisey və onun direktoru Xədicə Eminova haqqında , onun savadsızlığından və Sabunçu rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyevin himayədarlığından istifadə edərək , məktəbi özünün şəxsi biznesinə çevirməsindən çox yazılır.

Ali məktəblərə hazırlaşan şagirdləri dərs saatlarından ayırması , həmin şagirdlərdən və onları hazırlaşdıran repetitorlardan aylıq haqq alması , şagirdləri dərsdən yayınmasına səbəbkar olması isə heç kəsə sirr deyil.

Azerinfo.az bildirir ki, Xədicə xanım 252 saylı məktəbdən öncə 170 saylı məktəbdə direktor işləyib, həmin məktəbi də bərbad hala salaraq, icra başçısı Adil Vəliyevin təşəbbüsü ilə digər məktəbə direktor təyin edilib. Mənbəmiz bildirir ki, xanımın həmin məktədən digər məktəbə direktor göndərilməsi üçün hətta , Adil Vəliyev eks təhsil Naziri Misir Mərdanova şəxsən özü xahiş etmişdi.

Məktəb rəhbəri bu şagirdlərin demək olar ki, hamısını müxtəlif yığımlara cəlb edir. Maraqlı bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Bir neçə il əvvəl məktəbdə müəllimlər günü qeyd edilən zaman mübahisəli vəziyyət yaranmışdı. Belə ki, direktorun ad günü ilə müəllimlər günü eyni günlərə təsadüf edirdi. Amma müəllimələr bu münasibətlə direktoru təbrik etməmişdilər. Bundan qəzəblənən Xədicə xanım bir neçə aylıq məktəbdəki ibtidai hazırlıq kurslarını ləğv etdi, müəllimləri səbəbsiz yerə incitdi. Vəziyyətin belə alındığını görən müəllimlər isə məcburiyyət qarşısında qalaraq maaşlarından 20 manat ayırıb direktoru gec də olsa təbrik etdilər. Yalnız bundan sonra Xədicə Eminovanın hirsi “soyudu”.

Məktəbdəki mənbələrdən verilən məlumatlara görə, əslən Füzuli rayonundan olan direktorun təhsil sektorundan demək olar ki, heç bir anlayışı yoxdur: «Xədicə xanımın yetərincə savadı yoxdur.Sadəcə icra başçısı kimi himayəsi var”.

Hazırda icra başçıları ilə bacara vbilməyən, yerli təhsili onlara uduzan Mikayıl Cabbarov təhsil naziri postundan gedib. İnanırıq ki, yeni nazir belə kadrlarla vidalaşacaq. Ardı var.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq
Villalı direktor- 252 saylı məktəbdə nələr baş verir
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ