Bakı internatında daha bir dəhşətli hadisə - VİDEO - FOTO
Sosial
Oxunub: 1 491
21 noy 2014 | 17:51
Bakı internatında daha bir dəhşətli hadisə - VİDEO - FOTOSabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbində azyaşlının yanması xəbəri ötən həftə ölkə mətbuatının gündəmini zəbt etdi.

Doğrudur, internat məktəbinin direktoru Gülnarə Abdullayeva uşağın ciddi yanıq xəsarəti almadığını, buna görə də narahatlığa səbəb olmadığını söylədi. Hətta Təhsil Nazirliyi mətbuatı uşağın yanması hadisəsini şişirtməkdə günahlandırdı.

Bundan sonra nazirlik internat məktəbində uşaqlara göstərilən qayğıdan, rəhbərliyin ana nəvazişindən, gündə 5 dəfə yeməkdən, isti otaqlardan, keyfiyyətli tədrisdən, qısası, hər cür ideal şəraitdən ağızdolusu danışdı.
Amma hüquq müdafiəçiləri Nigar Hüseynqızı və Teymur Rzanın virtualaz.org saytının redaksiyasına həmin internat məktəbi ilə bağlı təqdim etdiyi şok effektli videoçarx bu deyilənləri yumşaq desək, təkzib edir.
Bakı internatında daha bir dəhşətli hadisə - VİDEO - FOTO
Həmin görüntülər sözügedən internatda nazirliyin "bəy tərifi" vurduğu ideal şəraitdən əsər-əlamətin olmadığını bir daha təsdiqləyir. Belə ki, videodan da göründüyü kimi, uşaqlar soyuq tualetdə (hamamda, vanna otağında yox!), özü də şlanqla çimirlər. Üstəlik, uşaqları internat məktəbinin tərbiyəçiləri deyil, öz həmyaşıdları çimizdirir.

Hüquq müdafiəçisi Nigar Hüseynqızı virtualaz.org saytına bildirib ki, uşaqların qışın soyuğunda soyuq tualet otağında, özü də şlanqla çimizdirilməsi ilə bağlı fakt daxil olan kimi təhsil naziri Mikayıl Cabbarova müraciət edilər. Lakin bu müraciət də internatdakı nöqsanlarla bağlı edilən digər şikayətlər kimi arxivə göndərilib. Çünki Təhsil Nazirliyinin bu internat məktəbinə nəzarət edən əməkdaşı uşaqların deyil, məktəb direktorlarının mənafeyini qorumaqla məşğuldur.

Nigar Hüseynqızı: "İnternat məktəbindəki uşaqlardan bizə videosüjet daxil oldu. Görüntülərdə iki məktəblinin bir-birini çimizdirməsi əks olunur. Maraqlıdır ki, uşaqlar hamamda deyil, soyuq tualet otağında, üstəlik də soyuq su ilə çimirlər. İnternat məktəbində hamam olduğu halda nəyə görə uşaqlar tualet otağında, özü də soyuq su ilə çimir? Nəyə görə tərbiyəçilər olduğu halda uşaqlar bir-birilərini çimizdirir?"

Təəssüf ki, bu sualların cavabını tapa bilmirik. Çünki digər internat məktəbləri kimi bu internat da qapalıdır, mətbuat nümayəndələri, hüquq müdafiəçiləri ora buraxılmır. Uşaqların soyuq otaqda, soyuq su ilə yuyunması nəticəsində onların tez-tez xəstələnməsi ilə bağlı məlumatlar alırıq. Ötən ay burada 30-a yaxın uşaq qızılcaya yoluxmuşdu. Lakin internatda baş verənlər çox gizli saxlanılır.

Hüquq müdafiəçisi bu internat evində azyaşlının digər azyaşlını yandırması faktını da xatırladır: Ötən ayın sonunda müəllim nəzarətsizliyindən bir uşaq digərini yandırmışdı. Məlumat daxil olan kimi mən, Teymur Rza və Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinin profilaktik iş üzrə müfəttişi Rafiq İsmayılov internata getdik. Biz orada olarkən Təhsil Nazirliyinin deinstitutlaşma və uşaqların müdafiəsi idarəsinin internatlar üzrə əməkdaşı Həbib Kərimov da internatda idi. Direktor Gülnarə Abdullayeva belə bir hadisənin baş vermədiyini dedi. Həbib Kərimov da internatda heç nə baş vermədiyini təsdiqlədi. Ümumiyyətlə, bizə daxil olan məlumata görə, internatda baş verənlərlə bağlı şikayətlərin ünvanına çatmamasında Həbib Kərimovun rolu böyükdür. Həbib müəllim hətta bizim internata getməyimizə əsəbiləşdi, "kim sizə icazə verib ki, internatda baş verənləri araşdırmağa çalışırsınız"dedi.

Bu internatda xüsusi qayğıya ehtiyacı olan uşaqlar qalırlar. İnternat evləri dövlətin nəzarətindədir, onlara hər il milyonlarla manat pul ayrılır. Bundan əlavə, internatlara, uşaq evlərinə yardımlar aparılır. Niyə görə 200-dən çox xəstə uşağın yaşadığı internatda hamam işləmir? Bu hamam yoxlamaya gələn qurumlara göstərmək, bəzək üçün tikilib?"
Hüquq müdafiəçisinin sözlərinə görə, uşaqların bir-birini çimizdirməsi yanlış cinsi tərbiyəyə səbəb ola bilər: "Nəzərə almırlar ki, bu uşaqların xüsusi qayğıya ehtiyacı var, onlara daha çox nəzarət edilməlidir. Amma belə hadisələrlə azyaşlıların homoseksuallığa marağı arta bilər. Ötən illərdə Mərdəkandakı internat məktəbində idman müəlliminin oğlanlara qarşı seksual xarakterli ədəbsiz hərəkətlər etməsi faktı aşkarlandı, müəllim cəzasını aldı. 16-18 yaşlı uşaq həmcinsini çimizdirirsə, heç kim burada da eyni hadisənin olmayacağına zəmanət verə bilməz".

Nigar Hüseynqızı onu da qeyd etdi ki, internat evində baş verənlərə məktəbin əvvəlki direktoru, hazırda direktor müavini işləyən Mirvari Orucova nəzarət edir: Mirvari Orucova ailəsi ilə birgə Ermənistandan siyası sığınacaq almış azərbaycanlı Cavid Orucovun anasıdır. Hazırda Ermənistanda yaşayan Cavid Orucov öz hərəkətləri ilə bütün dünyada Azərbaycanın imicinə zərbə vurmağa çalışır, Mirvari Orucova isə qaçqın və məcburi köçkün müəllimlərə qarşı təzyiqlər edir, oğlunun Ermənistana getməsinə haqq qazandırır.

Görəsən, öz oğlunun Ermənistanda siyasi sığınacaq almasına haqq qazandıran 68 yaşlı müəlliməyə başqalarının uşaqlarını niyə etibar edirlər? Təhsil Nazirliyi təlim-tərbiyə işləri üzrə mütəxəssis təyin edərkən dövlət maraqlarını nəzərə alırmı?

Cavabsız suallar artdıqca isə...

P.S. Yazı çapa hazırlanarkən Teymur Rza bu internatda baş verənlərlə bağlı yeni məlumat verdi.

Hüquq müdafiəçisi virtualaz.org saytına bildirdi ki, bu gün internatın həmkarlar təşkilatının iclası keçirilib. İclasda internatla bağlı məlumatları mətbuata ötürən pedaqoq Mülkicahan Əliyeva və Təhsil Nazirliyinə şikayət edən daha iki müəllimin işdən çıxarılması məsələsinə baxılıb. Hər üç müəllim internatdakı dözülməz şəraitlə bağlı məlumatları ictimailəşdirdikləri üçün işdən azad olunub.
Dünən, 16:00
Bakıya bu tarixdə güclü qar gəlir!
Dünən, 15:30
Azərbaycada uşaqlara görə dövlətdən 120 manat almaq olar - Bu şərtlə...
Dünən, 14:07
Prezident təsdiqlədi: bu qida məhsullarını satanlar 10 ilədək həbs olunacaq
Dünən, 14:02
Prezident qanun imzaladı
Dünən, 13:36
Yeganə plandır, imkan versinlər ki, getsinlər - Netanyahu
Dünən, 13:27
BDYPİ sürücülərə xəbərdarlıq edib
Dünən, 13:01
ABŞ Ukraynada münaqişənin bitdiyini elan edib
Dünən, 11:57
İctimai nəqliyyatda YENİLİK OLACAQ
Dünən, 11:50
Britaniya RƏSMƏN AÇIQLADI: Ordumuzu Ukraynaya GÖNDƏRİRİK! – Putinə ŞOK PLAN!
Dünən, 11:26
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb
Dünən, 11:21
Tramp Avropaya Ukrayna üçün ABŞ silahlarını almağa icazə verəcək
Dünən, 11:08
“Deyirdi ki, evdə hamınızı partladacağam...”
Dünən, 10:46
Tramp: Putinin istəyi bizim üçün problem olacaq
Dünən, 10:43
Avropa liderləri təlaş içindədir - Parisdə təcili toplantı...
Dünən, 10:38
Zelenski ABŞ-Rusiya danışıqlarından kənarda saxlanacaq? - Vitkoff
Dünən, 09:51
CNN: Səudiyyə Ərəbistanı Rusiya-ABŞ danışıqlarında vasitəçilik edəcək
Dünən, 09:46
Cəbrayıla daha 42 ailə yola salındı
Dünən, 09:23
Hüseynbala Mirələmovun oğlunun yeni vəzifəsi…
Dünən, 09:11
Qaradağlı faciəsindən 33 il ötür
Dünən, 09:00
Tramp-Putin tərəfdaşlığı qurulur: ABŞ-nin Qərbdən qoparılmasına başlanıb
15-02-2025, 13:42
Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günlərinin sayı artırılıb
15-02-2025, 13:34
İş və istirahət günlərinin yerləri dəyişdirilib
15-02-2025, 11:27
"Sağ qalmaq şansımız azdır" - Zelenski sənədi imzalamadı
15-02-2025, 10:24
Rusiya 7 hava limanını blokladı: Hücumlar var
15-02-2025, 10:20
Türk respublikasında güclü zəlzələ olub
15-02-2025, 10:12
Seçkilərdə qalib gəldi, bir gün sonra öldü
15-02-2025, 10:06
Kütləvi məzarlıqdan 11 qaçqının cəsədi tapılıb