Ceyranbatanda qurumuş ağac MÜBAHİSƏSİ: Sakin təhlükəni aradan qaldırdığını deyir, ETSN isə ziyan hesablayıb
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində uzun müddət baxımsız qalan və quruyaraq kök hissəsi çürümüş ağacın yaratdığı təhlükə uzun müddət yerli sakinlərin narahatlığına səbəb olub.
Bu barədə Oxu.Az-a müraciət daxil olub.
Müraciətdə qeyd olunub ki, yaşayış sahəsinə yaxın ərazidə yerləşən ağac quruyub, kök hissəsi zəifləyib və kiçik təkanda aşmaq təhlükəsi yaranıb, ətrafda yaşayan insanların həyat və sağlamlığı üçün real risk formalaşıb.
Sakin bildirib ki, yaranmış vəziyyətlə bağlı əvvəlcə yerli rəsmi nümayəndələrə müraciət edilib. Onun sözlərinə görə, ağacın təhlükəli vəziyyətdə olması ilə bağlı akt tərtib olunub və sənəd yerli nümayəndələr tərəfindən təsdiqlənib. Aktda ağacın qurumuş və kök hissəsinin zəif vəziyyətdə olduğu, həmçinin yaşayış sahəsinə yaxın yerləşdiyi üçün təhlükə yaratdığı qeyd edilib.
Daha sonra məsələ ilə bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə də müraciət edildiyi bildirilir. Şikayətçinin sözlərinə görə, idarənin əməkdaşı tərəfindən ağacın təhlükəli vəziyyətdə olduğu təsdiqlənib və onun yerinə yeni ağac əkilməsi ilə məsələnin həll edilə biləcəyi diqqətə çatdırılıb.
Lakin sakin iddia edir ki, sonradan məsələ ilə bağlı qurum əməkdaşlarının mövqeyində dəyişiklik müşahidə olunub. Onun sözlərinə görə, əlavə araşdırma aparılmadan və rəsmi məlumat verilmədən materiallar hüquq-mühafizə orqanlarına, o cümlədən Baş Prokurorluğa göndərilib və nəticədə ağacın kəsilməsi ilə bağlı 5 200 manat məbləğində ziyan hesablanıb.
Şikayətçi qeyd edib ki, ağacın götürülməsi şəxsi maraq və ya başqa məqsədlə deyil, yalnız uşaqlara, ərazidə yaşayan sakinlərə təhlükənin aradan qaldırılması məqsədilə həyata keçirilib. Kəsilən ağacın yerində isə iki yeni ağac əkilib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, xidmətin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində ağac kəsilməsi faktı aşkar olunub.
"Araşdırma zamanı ağacın Ceyranbatan qəsəbə sakini Rasim Zeynalov tərəfindən ona məxsus həyətin giriş qapısının önündə betonlama işləri aparılan zaman kəsildiyi və təbiətə 5 200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib", - deyə məlumatda vurğulanıb.
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı