Xaçmaz rayon Mədəniyyət Mərkəzinin rəhbərliyi itihama layiqdirmi?
Sosial
Oxunub: 1 107
8 fev 2017 | 10:24
Xaçmaz rayon Mədəniyyət Mərkəzinin rəhbərliyi itihama layiqdirmi?






Məhz, apardığımız araşdırmalar bir daha onu sübut etdi ki, Zöhrab Məmmədov haqda irəli sürülən ittihamlar, heç bir halda həqiqəti ifadə etməyən açıqlamalardır

Son günlər bəzi xəbər portallarında Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini daşıyan Zöhrab Məmmədov haqda dərc olunan açıqlamalar, bizim üçün də olduqca əhəmiyyət kəsb etdiyindən, bu yöndə müəyyən araşdırmalar aparmaq qərarına gəldik. Çünki, KİV nümayəndəsi olaraq həmişə çalışmışıq ki, ictimai həyatımızda baş verən sosial-iqtisadi, siyasi əhəmiyyət kəsb edən məsələ və problemlər haqda az-çox məlumatlar əldə edək və baş verənlərlə bağlı münasibətimizi ifadə etməyi də bacaraq. Belə bir addımların atılması həm Qanunun tələbi, həm də vətəndaş təəssübkeşliyimizdən irəli gələn yanaşmamızın varlığı olur. Bu kimi səbəblər üzündən də, dərc olunan açıqlamalarla bağlı müəyyən addımlarımızı atıb, bəzi məqamlara aydınlıq gətirməyə çalışdıq ki, qoy hər kəs baş verənlərdən lazımınca xəbərdar olsun.
Onu da vurğulayaq, ilk öncə bəzi xəbər portallarında Zöhrab Məmmədovla bağlı dərc olunan açıqlamaları diqqətlə oxuduq və az sonra onunla əlaqə saxlayıb, barəsində dərc olunanlara münasibət bildirməsini də xahiş etdik. Belə bir səbəb üzündən də, ona bir neçə suallarımızı ünvanladıq və dolğun cavablar da əldə etdik.

Zöhrab müəllim, bəzi xəbər portallarında barənizdə müəyyən açıqlamalar dərc olunur, ünvanınıza xoşagəlməz ittihamlar irəli sürülür, bütün bünlar haqda nə deyə bilərsiniz?

Düzdür, yaxın günlərdə bəzi xəbər portallarında mənimlə bağlı müəyyən açıqlamalar dərc olunub, amma onların heç biri həqiqəti ifadə etməyən açıqlamalardır. Həmin açıqlamaları dərc etdirən də, Başaratov soyadlı bir şəxsdir. Guya ki, vaxtilə mən onun yaxınlarını işə götürərkən onlardan hansısa məbləğdə pul almışam, eyni zamanda həmin şəxsləri işlərindən qanunsuz da çıxartmışam. Söylənilnlərin hamısı şər-böhtandır, iftiradır. Əvvəla onu qeyd edim ki, barəsində daha çox söz-söhbət dolaşan Nəcməddin adlı şəxsi 2015-ci ilin dekabrında şöbədə nəzarətçi işinə götürmüşdük və onun işə girib çıxması barədə əmr də var. Qeyd olunan tarixdə onu işə götürsək də, Nəcməddin ilk gündən işə gəlmədi və ailəsində müəyyən problemlərin olduğunu bildirdi. Ona ilk vaxtlar müəyyən güzəştlər etsək də, o, etdiyimiz güzəştlərdən heç bir nəticə çıxartmadı, hətta ongünlərlə işə gəlmədi. Son anda da məcbur olub, 2016-cı ilin yanvarında Nəcməddini əmrlə işdən çıxartdıq. Gülnaz xanımın işdən çıxarılması haqda isə onu deyə bilərəm ki, onu şöbədə toxucu ştatına işə götürmüşdük və ona kart da vermişdik. Əmək haqqı isə, daxili imkanlar hesabına hesablanıb təqribən 60 manat həndəvərində müəyyən olunmuşdu. Onunla belə bir razılıq da əldə etmişdik ki, müəyyən yaş həddində olanları o, toxuculuq kursuna cəlb etməli və həmin şəxslərin kursa gəlib sənət öyrənmək məqsədilə ödədikləri ödənişlərin, yəni əldə olunan xüsusi vəsaitlərin 50%-i də Gülnaz xanıma çatmalı idi. Təəssüflər olsun ki, bir ay ərzində o, hər hansı addımını ata bilmədi, yəni bir kimsəni toxuculuq kursuna cəlb etməyi belə bacarmadı. Bir aydan sonra isə, “belə bir məbləğdə əmək haqqı məni qane etmədiyindən işləmək istəmirəm” dedi. Belə olan halda onun istəyini nəzərə aldıq və Gülnaz xanımı iki aydan sonra həmin işindən uzaqlaşdırdıq. Onu da bildirim ki, şöbənin daxili imkanları yol vermədiyindən onun əmək haqqını heç cür artıra bilmədik ki, qalıb işində işləyə bilsin.

Siz açıqlamanın dərcindən sonra, həmin açıqlamanı dərc etdirən Başaratov adlı şəxsi təhdid etmisinizmi? Yaxud da, onu RİH-nin baçısı və rayon prokurorluğu ilə hədələyərək, həbs etdirəcəyinizi də bildirmisinizmi?

Bilirsiniz bu gün 21-ci əsrdir, artıq hədə-qorxu zəmanəsi deyil. Şükürlər olsun ki, müstəqil dövlətimiz var, bütün sahələr üzrə sivil qanunlarımız da qəbul olunub. Belə olan halda kim-kimi hansısa vəzifəli şəxsin adı ilə hədələyə bilər? Bəyəm rayon rəhbərliyinin və yaxud da rayon prokurorluğun görəcəkləri başqa işləri yoxdurmu? Bütün bunlar boş-boş söz-söhbətlərdir, qanqaraldıcı addımlardır, düşünülmüş təxribatlardır. Əgər mən kimlərisə qanunsuz işdən çıxartmışamsa, yaxud da kimlərdənsə nəsə almışamsa, o halda qarşı tərəfin məhkəməyə müraciət etmək hüququ var. Buyurub məhkəməyə müraciət etsinlər və ittihamlarını da məhkəmədə sübut etsinlər. Yəni, son söz hakimin elan etdiyi qərar olmalıdır. Düşünürən ki, özünü normal insan hesab edən hər kəs şər-böhtana deyil, məhz qanuna, onun aliliyinə üstünlük verməlidir.

Belə bir ittiham da eşitmişik ki, sizin Nəcməddin adlı şəxsə verdiyiniz arayış şöbənin qeydiyyat jurnalında qeydiyyatdan keçirilməyib? Bu barədə nə deyə bilərsiniz?

Kiminsə kənarda oturub hansısa ittihamı səsləndirməsi olduqca asan məsələdir. Bu gün Xaçmaz rayon Mədəniyyət Mərkəzində kifayət qədər qeydiyyat jurnalları var. Biz kimə hansı məqsədlə arayış veririksə, dərhal hər bir arayışı qeydiyyata alırıq və hər hansı saxtakar addıma da yol vermirik. Yəni, fəaliyyətimizi şəffaf həyata keçiririk ki, bir kimsə sonradan bizə irad bildirə bilməsin. Qaldı ki, rayon rəhbərliyi və prokurorluğu haqda səslənən ittihamlar, yəni Başaratov soyadlı adlı şəxsin həmin qurumların rəhbərləri haqda dərc etdirdiyi açıqlamalar, onların hamısı boş-boş addımlardan başqa bir şey deyil. Əlavə olaraq onu da vurğulayım ki, hələ bir müddət bundan əvvəl əsası olmayan ittihamları səsləndirən şəxslər, məhz Samir adlı şəxsi təkid edirlər ki, “gəl sən razı ol və bizim səsləndirdiyimiz ittihamlara şahidlik et” təklifini versələr də, o, ədalət prinsipini əsas tutur və onların təklifini qəbul etmir. Bax budur onların iç üzləri, atdıqları addımların mahiyyəti.

Hörmətli oxucular! Dərc etdiyimiz belə bir açıqlama, Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədova məxsusdur və o, özü barəsində dərc olunanlara bu cür münasibətini bildirdi, həmçinin konkret yanaşmasını da ortaya qoydu. Odur ki, biz hər bir problemin hüquqi qaydada, məhz ədalət prinsipi müstəvisində həllinə tərəfdar olduğumuzdan, belə bir addımlarımızı atmağa qərar verdik. Çünki, inanırıq ki, ədalət prinsipinin qoruyucusu olan məhkəmələr hər bir problemə, o cümlədən Nəcməddin adlı şəxsin və Gülnaz xanımın üz-üzə qaldıqları problemlərə də aydınlıq gətirə bilər. Əlavə olaraq onu da vurğulayaq ki, ədalət prinsipini hər şeydən üstün tutub belə bir addımı atmağa ona görə qərar verdik ki, Zöhrab Məmmədovun adi ilə bağlalanlar haqda, hər kəs ətraflı məlumat əldə edə bilsin.

Onu da qeyd edək ki, Xaçmaz rayonuna ezam etdiyimiz əməkdaşımızın Zöhrab Məmmədovdan birbaşa aldığı müsahibəni də, məhz çoxsaylı oxucularımıza təqdim etməyi sanki özümüz üçün bir borc bildik. Müsahibəyə diqqət yetirməklə, yəqin ki, hər bir məqama lazımınca aydınlıq gətirmək mümkün olacaq.

Bu gün, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Bu gün, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR