Azexport.az portalı üzrə təşviq və kommunikasiya işlərinin təşkili ilə bağlı tədbir keçirilib
Sosial
Oxunub: 851
5 fev 2017 | 17:13
Azexport.az portalı üzrə təşviq və kommunikasiya işlərinin təşkili ilə bağlı tədbir keçirilib












3 fevral 2017-cı il tarixində Nərimanov Rayon İcra Hakimiyyətində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Azexport.az portalı üzrə təşviq və kommunikasiya işlərinin təşkili ilə bağlı tədbir keçirilib.

Rayon İcra Hakimiyyətinin rəhbərliyi, sözügedən mərkəzin və portalın nümayəndələri, eləcə də rayonda fəaliyyət göstərən sahibkarların birgə qatıldığı təqdimat mərasimini giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev sahibkarları salamlayaraq Azexport.az portalının yaradılmasının ölkədə istehsal olunan ixracyönümlü məhsulların xarici tərəfdaşlara çatdırılmasının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm addım olduğunu qeyd edib.

Sonra çıxış edən Azexport.az portalının rəhbəri Zaur Qardaşov Azexport.az portalının missiyasının Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılması olduğunu deyib.

Portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edən natiq, həmçinin portala inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə də məlumat verib.

Qeyd edilib ki, Azexport.az resursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılmışdır. Portalın təqdimatı ötən ilin 20 dekabr tarixində baş tutub və təqdimatın gedişində tədbir iştirakçıları portalın imkanları, həmçinin bu resursda müxtəlif malların və xidmətlərin mümkün qeydiyyatı vasitələri haqqında geniş şəkildə məlumatlandırılıblar.

Həmçinin bildirilib ki, imkanların daim artan xətt üzrə inkişaf etməsi ölkəmizdə də həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Azexport.az platforması isə öz növbəsində ölkənin ixrac potensialının artırılmasına dəstək verməkdə xüsusi əhəmiyyət kəsb edir. “Artıq sahibkarlar öz məhsullarını xarici ölkələrdə seçdiyi bazarlara daha rahat şəkildə çıxara biləcəklər. Adıçəkilən portal həmçinin “Made in Azerbaijan" brendinin xarici bazarlarda daha da məşhurlaşması üçün əvəzsiz rol oynayacaqdır. Sahibkarlar isə əvvəlki dövrlərdən fərqli olaraq öz məhsullarını tanıtmaq üçün bir çox əlavə xərclərdən də azad olacaqdır ki, bu da onlar üçün böyük stimul rolunu oynayacaqdır. Azərbaycanın onun əsas tərəfdaşları ilə ixrac sahəsində əlaqələr qurmasına yönələn layihə kimi bu portal ölkəmizin ixrac mövqelərini də möhkəmləndirəcək.»

Tədbirdə həmçinin portaldan istifadə qaydaları barədə təlimat keçirilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbirə qatılan sahibkarlar ölkəmizdə əlverişli biznes mühitinin formalaşdırılması və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən islahatlardan məmnunluqlarını ifadə edərək, sahibkarlara işgüzar fəaliyyətləri naminə yaradılan hərtərəfli imkanlara görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.


Azexport.az portalı üzrə təşviq və kommunikasiya işlərinin təşkili ilə bağlı tədbir keçirilib
Azexport.az portalı üzrə təşviq və kommunikasiya işlərinin təşkili ilə bağlı tədbir keçirilib
Azexport.az portalı üzrə təşviq və kommunikasiya işlərinin təşkili ilə bağlı tədbir keçirilib
Azexport.az portalı üzrə təşviq və kommunikasiya işlərinin təşkili ilə bağlı tədbir keçirilib
Bu gün, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Bu gün, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR