Mərkəzi Klinikada tükürpədici qansızlıq: Pula görə ölünü girov götürdülər
“Şikayətim morq deyilən Mərkəzi Klinikadandır. Allah heç kəsi o xəstəxanaya salmasın. Sağlam insane da oradan ölü çıxır”.
Politika.Az-ın verdiyi məlumata görə, bu sözləri Fərid adlı sosial şəbəkə istifadəçisi yazıb. Onun sözlərinə görə, qohumu sözügedən klinikaya yerləşdirilib:
“Qohumumdan gününə 500 manat alırdılar. Reanimasiya şöbəsinə yerləşdirəndən sonra dedilər ki, 2-3 günə əməliyyat olunacaq. Amma bir həftə uzandı, sonra 15 günə gedib çıxdı. Axırda dedik ki, əməliyyat olunmursa çıxaraq.
Qoymadılar, yanvarın 20-də əməliyyat olunacağını söylədilər. Ayın 19-u axşam zəng etdi ki, məni reanimasiya palatasına aparırlar. Axşam saatlarında vəziyyəti pisləşdi və sonra dünyasını dəyişdi”.
Fərid qeyd edib ki, çıxhaçıxda klinika 670 manat borc olduğunu bildirib: “Kinika tələb etdi ki, pulu ödəyin, əks halda mərhumu verməyəcəklər. Necə də qansız bir hərəkətdir. İnsanı öldürməkləri azmış kimi, pul da tələb edirlər.
Biz çıxanda yeni xəstə gətirmişdilər, ona da eyni oynadılar. Deməli, xəstə əməliyyatdan qabaq bütün şöbələrdə saxlanır, yaxşı pulu əlindən alınır, sonra əməliyyata qaldırılır”.
Politika.Az-ın verdiyi məlumata görə, Mərkəzi Klinikadan tez-tez şikayətlər daxil olur. Bu klinikanın ginekoloji şöbəsinin həkimləri də soyğunçuluqla məşğuldur.
Bu barədə ayrıca yazı təqdim edəcəyik. Bir müddət əvvəl Bakı sakini Mərkəzi Klinik Xəstəxanasında soyğunçuluqdan şikayətlənmişdi. Nanə Nara adlı şəxs övladını təcili sözügedən klinikaya çatdırıb.
“Dedilər ki, 200 manat depozit qoyub yuxarı qalxın. Üstümüzdə 90 manat var idi. Yoldaşım təcili valyuta məntəqəsinə qaçdı ki dolları dəyişib qalan 110 manat da versin.
Həkim dedi ki, bədənində maye quruyub və təcili sistem qoşulsun. Bunu özümüz də bilirdik və sistem tələb edirdik.
O çıxan kimi tibb bacısı 600 manat depozit istədi. Dedim ki aylıq məvacibimiz 600 manatdır. Dilə tutmağa başladılar ki, heç olmasa 500 manat qoyun”.
Politika.Az xəbər verir ki, ümumiyyətlə, paytaxtın Mərkəzi Kliniki Xəstəxanası soyğunçuluq ocağına çevrilib. Şəhərin ən bahalı səhiyyə ocağı olan klinika ödənişsiz tibbi xidmət qərarına məhəl qoymur.
Mərkəzi Kliniki Xəstəxanada pasientlər soğan qabığı kimi soyulur. Onların məlumatına görə, qəbul 50 manatdır və pulu olmayan xəstə ölməlidir.
Ümumiyyətlə, ölkədə daha çox Mərkəzi Kliniki Xəstəxana kimi tanınan və yüksək tibbi xidmət səviyyəsinə görə seçilən “Mərkəzi Klinika” MMC-nin göstərdiyi tibbi xidmətlər çoxlarının kəskin narazılığı ilə müşayiət olunur. Ölkə səhiyyəsi “rüşvət və özbaşınalıq epidemiyası”ndan qurtula bilmir.
Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir, amma bu sərəncam quru sözdən o yana keçməyib və Hippokrat andı çoxdan funksionallığını itirib.
Ölkənin istənilən dövlət tibb müəssisəsinə ayağını bas, qapıdan liftə, liftdən həkim otağına, həkimdən sıravi təmizlik xidmətçisinə qədər pul tələb edirlər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Bu gün, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR