Ziya Məmmədovun adamlarının xarici reys BİZNESİ - Büdcəyə 10 faizi ötürüb, qalanını ciblərinə qoyublar
Sosial
Oxunub: 944
31 yan 2017 | 06:20
Ziya Məmmədovun adamlarının xarici reys BİZNESİ - Büdcəyə 10 faizi ötürüb, qalanını ciblərinə qoyublar







“Aylıq qazancım azı 2 min manat idi. Şükür, ailəmi dolandırırdım, 80-dən yuxarı yaşı olan anamın xərclərini qarşılayırdım. Ta o vaxta qədər ki, qurduğum işin altını üstünə çevirdilər... Sahibkarın 5-10 manat qazancını əlindən almaqdan ötrü min oyun, min kələk qurdular. Kazan-Bakı-Kazan reysini əlimdən aldılar”. Bunu hazırda işsiz-gücsüz dolaşan, ancaq yaxın 2 ilədək iş qurub ailəsini dolandıran Namiq Abbasəliyev deyir.

Namiq Abbasəliyev 2004-cü ildən Avropadan işlənmiş avtomobillər gətirib satırmış. Ancaq deməsinə görə, 3 il öncə Azərbaycan gömrüyündə rüşvətin məbləği tüğyan edəndə baxıb ki, əziyyətlə qazandığı gəlirin hamısı rüşvətə gedir. Üstəlik, gömrük işçilərindən şikayətləri də öz zərərinə olub, gömrük işçiləri onu daha da sıxışdırıb. Bu səbəbdən də avtomobil ticarətini buraxaraq başqa qazanc yoluna əl atıb. Bu dəfə Kazan-Bakı-Kazan reysini sahibindən alaraq işlətməyə başlayıb:

“Sahibi reysi satırdı. İki reysi bir avtobusla mən, iki reysi də bir avtobusla bir başqa tanış aldı. Daşıyıcı Rusiyadan idi, müqavilə bağlanmışdı. Həmin şəxsin Azərbaycan tərəfindən də daşıyıcılıq müqaviləsi vardı. Rusiya 5 illik, Azərbaycan tərəfi 1 illik müqavilə bağlayırdı. Nəqliyyat Departamenti hər dəfə müddəti uzadanda rüşvət alırdı deyə, müqaviləni qısamüddətli etmək onlara sərfəli idi. Hər dəfə müqavilə müddəti uzadılanda avtobusları idarə edən dörd sürücünün hər birindən 1500 manat rüşvət alınırdı. Əlqərəz, bu çətinlikləri də adlayıb birtəhər başımızı saxlamağa çalışırdıq ki, bu işimizə də əl qoydular”.

Ayda iki dəfə olan reysi Kanavalov soyadlı Rusiya vətəndaşına məxsus “Qlobal” firması qanuni şəkildə gerçəkləşdirib. Azərbaycan tərəfdən isə reysin təşkilindən ötrü “Trans-kontrol” şirkəti ilə müqavilə bağlanıb. Reysin təşkilini Bakı Avtovağzalı həyata keçirirmiş.

Bir gün sahibkara bildiriblər ki, daha avtovağzal avtobusları qəbul etməyəcək. Səbəbindən keçmiş sahibkar danışır: “9 ay sonra müqavilə dayandırıldı. Əsas kimi onu göstərdilər ki, guya Kanavalov Azərbaycan barədə təhqiramiz sözlər işlədib. Kanavalov and-aman elədi ki, ona böhtan atılıb. Nə isə, bu cılız bəhanələriylə, sadəcə, reysə sahiblənmək istəyirdilər. Müqavilənin ləğvindən sonra hər reys üçün 400-500 manat rüşvət verməklə işimizə davam etdik. Qanunla, bizdən yalnız bilet pulunun faizini almalı olduqları halda, hər avtobusda 48-50 sərnişin olurdusa, onun cəmi 4-5 nəfəri sənədləşdirilirdi. Qalan sərnişinlərin pulunu isə ciblərinə qoyurdular. Bizimsə sahibi olduğumuz reysə görə etdikləri qanunsuzluqlara qarşı çıxmağa gücümüz çatmırdı. Özümüz də görürdük ki, avtovağzal rəhbərliyi xarici reyslərlə sərnişindaşıma xətlərini inhisara götürüb. Bu reysləri qanuni təşkil edənlərə süni əngəllər yaradır”.

Avtovağzal rəsmiləri bununla da kifayətlənməyiblər. 2014-cü ilin martından başlayaraq onların reysinin birinin əvəzinə öz reyslərini açıblar. N. Abbasəliyev deyir, 2015-ci ilin noyabrınadək bu qaydada işləyiblər. Dekabrda Moskva ilə danışaraq Kazan reysi üzrə Azərbaycandan "Xan” şirkəti ilə müqavilə bağlayıb. Nəqliyyat Departamentinin də "haqqını” verib beynəlxalq reyslərə icazə sənədi olan "Dazvol” alıb. Müqaviləyə əsasən, 2016-cı ilin dekabrınadək bu reys üzrə sərnişindaşımanı həyata keçirməliymiş. Bakı avtovağzalında isə işin təşkilini "XXI əsr” şirkəti təmin etməliymiş. Ancaq şirkət bu müqavilə üzrə öhdəliyinə əməl etməyib. Sahibkarın işlətdiyi reyslə yanaşı, həftənin 2-5-ci günləri əlavə Bakı-Kazan reysi açıblar.

Sahibkar davam edir: “Beləcə, qazancımıza girdilər, reysi öz əllərinə aldılar. Həm məni, həm də mənimlə bərabər iki reys və bir avtobus alan digər sahibkarı çörəksiz qoydular”.

Namiq Abbasəliyev sərnişin daşımasından əl çəkib. Avtobusu da Kazandakı dayanacaqlardan birində saxlayıb. Özü işsiz-gücsüz, ailəsi çörəksiz qalıb.


Ziya Məmmədovun adamlarının xarici reys BİZNESİ - Büdcəyə 10 faizi ötürüb, qalanını ciblərinə qoyublar
Bu gün, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Bu gün, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR