Yeni işsizlər ordusu: Müəllimləri kütləvi ixtisar gözləyir - Dağ zonasının şagirdləri məktəbsiz qalacaq
Sosial
Oxunub: 3 105
29 yan 2017 | 11:22
Yeni işsizlər ordusu: Müəllimləri kütləvi ixtisar gözləyir - Dağ zonasının şagirdləri məktəbsiz qalacaq













Kamran Əsədov: “Bu proses dağ zonasında yerləşən kəndlərdə şagirdlərin məktəbdən kənarda qalmasına aparıb çıxaracaq”

Azərbaycanda təmayülləşməyə keçidlə əlaqədar olaraq, 11 illik məktəblərdən imtina məsələsi yenidən gündəmə gəlib. Orta məktəblərdə 9-cu sinifdən təmayülləşmə müsbət addım hesab olunsa da, prosesin həyata keçirilməsinin o qədər də səmərə verməyəcəyi bildirilir. Qeyd edək ki, 2011-ci ildən Azərbaycanda pilot layihə şəklində tam orta təhsilin təmayüllər üzrə təşkili məsələsi gündəmə gəlib. Həmin ildən bu proses Bakıda təşkil olunub və sonradan coğrafiyası genişlənib.

Bu il Azərbaycanın 180-dan artıq məktəbində tam orta təhsilin təmayüllər üzrə təşkilinə start verilib. Bu, o deməkdir ki, şagirdlərin meyil və maraqları nəzərə alınaraq, onlar həmin təmayüllər üzrə tam orta təhsillərini X-XI siniflərdə davam etdirə bilərlər. IX sinfə kimi isə ümumi orta təhsil mərhələsidir və bu təhsil icbaridir. Şagirdlər icbari təhsil pilləsini başa vurduqdan sonra həm orta ixtisas təhsili müəssisələrinə, peşə məktəblərinə qəbul ola bilər, həm də seçdikləri istiqamətlər üzrə təhsillərini tam orta təhsildə davam etdirə bilərlər. Xatırladaq ki, təmayülləşmiş məktəblərin yaradılmasına hələ iki il öncə başlanılıb və təhsil nazirinin göstərişi ilə Bakı və Sumqayıt şəhərlərində bir neçə belə məktəb təyin edilib. Bu ildən isə belə məktəblər daha da artıb və artıq 2016-2017 tədris ilindən ölkənin 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunur. Belə məktəblərdə tədris şagirdlərin meyl və maraqlarına uyğun olaraq profilləşir. Belə olan halda, profilə uyğun olaraq həmin fənnlər daha da dərindən tədris edilir və gələcəkdə şagirdlərin qarşılarına qoyduqları məqsədə çatmaq üçün böyük kömək olur. Ekspertlər bunun nəinki Azərbaycanda, dünya təcrübəsində tətbiq edilən təhsil sistemi olduğunu qeyd edirlər. Bildirirlər ki, təmayüllər üzrə tədris təhsilin güclənməsinə istiqamətlənib. Amma təmayülləşmə prosesinin bölgə, ucqar dağ kəndlərinin məktəblərində effekt verəcəyi sual doğurur. Çünki bu məktəblərdə tədris olunan təhsil o qədər də keyfiyyətli olmadığından və şagird sayı az olduğundan təmayülləşməyə keçiddə müəyyən pərakəndəliklər yaranacaq. Qruplar üzrə müəyyənləşən şagirdlər ucqar kənd məktəblərindən mərkəzdə yerləşən təhsil ocaqlarına yönəldiləcək. Nəticədə həmin məktəblərdə çalışan müəllimlərin dərs saatlarının sayı azalacaq. Bu da müəllimlərin kütləvi ixtisarı dməkdir.

Təmayülləşmə qızları təhsildən kənarlaşdıracaq...

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə bildirib ki, təmayülləşmə gözəl layihə olsa da, Azərbaycanın indiki dönəmi üçün məqbul deyil, ona görə ki, əhalinin böyük əksəriyyəti rayonlarda yaşayır: “Kəndlər iqtisadi-sosial cəhətdən normal inkişaf etməyib. Kəndləri bir-birinə bağlayan yollar bərbad vəziyyətdədir. Dağ kəndlərində isə vəziyyət olduqca dözülməzdir. Məsələn, Lənkəran, Astara, Lerik rayonlarının dağ zonasında yerləşən kəndlərində həm kəndarası yollar, həm də bu kəndləri rayonla birləşdirən yolların böyük hissəsi bərbad vəziyyətdədir. Təmayülləşmə zamanı böyük məsafədə dağ yolu ilə marşrut olmadığı zaman X və XI sinif şagirdləri, həm də qızlar necə mərkəzdə olan təmayüllü məktəblərə gedəcəklər? Mən bilirəm ki, respublikanın bütün dağ rayonlarında vəziyyət eynidir. Ona görə də, yerli şəraiti bilmədən və öyrənmədən, əhalinin vəziyyətini nəzərə almadan, belə bir layihənin tələm-tələsik şəkildə tətbiq edilməsi dağ zonasında yerləşən kəndlərdə şagirdlərin məktəbdən kənarda qalmasına və kütləvi şəkildə savadsızlaşmasına gətirib çıxaracaq. Eyni şərait Daşkəsən, Gədəbəy, Quba, Qusar və Xaçmaz rayonunlarında da yaşanır. Bakıda isti otaqda, yumşaq kresloda oturub regionlarda yeni lahiyələrin hansı fəsadlar yaradacağını bilmək olmaz”.

Dərs saatları artacaq

Ekspert hesab edir ki, təmayülləşmə ilə bağlı tələskənlik ciddi problemlər yaradacaq: “Əlbəttə ki, təmayüllü məktəblər lazımdır, vacibdir, amma kurrikulum da, digər layihələr də vacib idi. Amma kurrikulumun nəticələrini təhlil etmədən yeni köklü dəyişikliklər edilməsi şagirdləri təhsildən məhrum etməklə nəticələnəcək. Düzdür, bu gün Azərbaycanda olan 4481 orta məktəbdən 341-i ibtidai (4 illik) məktəb, 813-ü ümumi orta (9-illik), 3304-ü tam orta (11 illik) məktəbdir. Deməli, çox sayda məktəbin 11 illik olmayacağı yalan informasiyadır.

Çünki onsuz da kifayət qədər 9 illik məktəb var. Regionda ayrı-ayrı rayonları təhlil etdikdə orada da hazırda kifayət qədər 9 illik məktəbin olduğunu görürük. Məsələn, Lerik rayonunda 107 orta məktəb var, onun 23-ü ibtidai, 47-si ümumi orta, 37-si tam orta (11 illik) məktəbdir. Göründüyü kimi, hazırda Lerikdə 11 illik məktəbin sayı 9 illikdən azdır və bu heç də ciddi problemlər yaratmır. Qubada 137 orta məktəb var ki, onun da 27-si ibtidai, 43 ü ümumi orta (9-illik ), 67-si tam orta (11-illik) məktəbdir. Bu kimi rayonlarda ciddi şəkildə problemlər yaratmayacaq. Amma bu heç də bütün rayonlara aid deyil”.

Kamran Əsədovun qənaətinə görə, təmayülləşmənin müsbət nəticələri olacaq. Lakin müəllimlərin işini itirməsi ilə nəticələnməyəcək: “Çünki dərs saatlarında artımlar olacaq. Təmayülləşmə həm də repititor yanına şagirdlərin getməsinin qarşısını almaq üçün geniş imkanlar açır. Bundan başqa, şagirdlər 10 və 11- ci siniflərdə ancaq seçdikləri ixtisaslar üzrə dərslər oxuyacaqlar. Yəni, humanitar sahədə hazırlaşan şagird texniki və təbiət fənlərinə vaxt itirməyəcək. Müəllimlərin dərs saatları ümumilikdə yox, bəzi məktəblərdə azalacaq. Amma bu kütləvi şəkildə olmayacaq. Bu yenilik müəllimlərin işinə daha məsuliyyətli yanaşmasına səbəb olacaq. Əgər onlar keyfiyyətli dərs keçsələr, şagirdlər onların məktəbini seçəcək. Əgər səhlənkarlıq etsələr, əksi olacaq”. (cebhe.info)
Bu gün, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Bu gün, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR