“Prezidentin məcburi köçkünlər üçün ayırdığı pulu “Qaçqınkom” yeyirdi”
Sosial
Oxunub: 874
26 yan 2017 | 09:46
“Prezidentin məcburi köçkünlər üçün ayırdığı pulu “Qaçqınkom” yeyirdi”










“Bəzi məcburi köçkünlərə verilən müavinətlərin dayandırılmasını ədalətli qərar hesab etmirəm”.

Bu sözləri bəzi məcburi köçkünlərə verilən müavinətin dayandırılmasına münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev PİA.AZ-a açıqlamasında qeyd edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün rayonlarının icra hakimiyyətlərinə bəzi məcburi köçkünlərə verilən müavinətlərin dayandırılmasını ilə bağlı təlimat göndərilib. Təlimata əsasən, adına torpaq, ev olan və həmçinin, dövlət qulluğunda çalışan məcburi köçkünlər dövlətdən müavinət ala bilməyəcək. Bununla yanaşı, təlimata adına ev, torpaq olan məcburi köçkünlərin siyahısı da əlavə edilib. Eyni zamanda prezidentin sərəncamı ilə məcburi köçkünlər üçün 36 manat məbləğində vahid aylıq müavinət nəzərdə tutulub.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin fikirlərini öyrənib.

Bəzi məcburi köçkünlərin müavinətinin dayandırılmasını doğru addım hesab etməyən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə görə, nəzərdə tutulan 36 manatlıq aylıq müavinətin verilməsi də ədalətsizlikdir:

“Məcburi köçkünlərin müavinətini kəsmək günahdır. Görünür, bu təlimatı verən şəxslər prezidentə düzgün məlumat vermirlər. Fikrimcə, burada hansısa məkrli əllər işə düşüb. Müavinətlər məsələsində çox ehtiyatlı olmaq lazımdır. Müavinətlərin dayandırılması bizim məcburi köçkün qardaşlarımız və bacılarımız üçün çox ağır ola bilər. Bilirsiniz, gərək qaçqınların rəhbəri qaçqınlardan olsun. Yoxsa ki, Əli Həsənov qaçqının dərdini nə bilir?! Qaçqın olmayan insanlara qaçqınlar şəhərciyində ev verilir. Orada qaçqın rayonlarından olan hər bir polisin, prokurorun evi var, hər icra başçısının qohumlarına ev verilib.

Bizim özümüz də vaxtilə qaçqın olmuşuq. Ermənistandan gələn qaçqınların hamısı qaçqınlıq statusundan çıxarıldı. Bunun özü də böyük qəbahət idi. İstərdim ki, bu sahəyə baxan məmur heç olmasa özünün yığdığı pullardan 10%-ni dövlətin bu ağır günündə xərcləsin. “Qaçqınkom”un sədri Əli Həsənov neçə illərdir bu sahəyə rəhbərlik edir və mənimsədiyi pullarla indi milyarder olub. Ancaq vaxt var idi ki, keçmiş Moskva hotelində Azərbaycan Milli İstiqlal Partiyasında(AMİP) deputat olmuş rəhmətlik Şadman Hüseyn və baş prokuroru danlayırdı ki, siz niyə Heydər Əliyevi müdafiə edirsiniz? Eyni zamanda Sumqayıtın keçmiş icra başçısı Eldar Əzizova Azərbaycanı təbliğ etdiyinə görə ünvanına xoşagəlməz sözlər deyirdilər.

İndiki zamanda da prezidentin ciddi kadr dəyişiklikləri edəcəyini görürlər. Əli Həsənovun bu yaxınlarda hakimiyyətdən getməsi məsələsi gündəmdədir. Bununla bağlı çox ciddi yoxlamalar başlayacaq. Bir dəfə Əli Həsənovun nəvələrinin maşınlarını göstərmişdilər. Dəyəri milyonlarla, milyardla ölçülürdü. Bu gün bizə verilən məlumata görə, Əli Həsənovun var-dövlətinin məbləği 2 milyarda yaxındır. O, bu 2 milyardı hardan alıb?! O pullar qaçqınlarımızın, məcburi köçkünlərimizin hesabına yığılıb. Ona görə də hesab edirəm ki, indiki siyasət düzəldilməlidir.

Keçən həftə bizim partiyamızın məcburi köçkün rayonlarının sədrləri ilə böyük müşavirəsi oldu. Biz müşavirədə də bu məsələləri qeyd etmişik. Biz oda tapşırıq verdik ki, xalqın qalxan əsəblərini sakitləşdirmək üçün müəyyən addımlar atılsın, təsəlliverici ideoloji iş aparılsın. Müşavirədəki məcburi köçkünlər deyirlər ki, burda heç qapısı açılmamış evlər var. Bəzən hörmətli Əli müəllim mənim düz danışmadığıma dair fikirlər səsləndirir. Mən mənə verilən məlumatı səsləndirirəm. Və verilən məlumatı yoxladıqda həqiqətən görürəm ki, qaçqın və məcburi köçkünlərimizin vəziyyəti həqiqətən yaxşı deyil.

Müavinətlərin dayandırılmasına gəlincə, bəzi məcburi köçkünlərə verilən müavinətlərin dayandırılmasını ədalətli qərar hesab etmirəm. 36 manatla nə etmək olar?! Əli Həsənov deyir bir ailənin dörd üzvü varsa, bu 144 manat edir. Bu 144 manat nə puldur ki?! Əli Həsənovun özü 36 manatla dolana bilərmi?! Ayda 144 manat müavinətlə kommunal xərcləri ödəyə bilərmi? Ödəyə bilməz. Prezidentin məcburi köçkünlər üçün ayırdığı pulu “Qaçqınkom” yeyir. 36 manat Əli Həsənovun heç 1 saniyəlik xərci deyil”.
Bu gün, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Bu gün, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR