“Üst dad” kolbasaları ilə bağlı İTTİHAM – Keçmiş işçi ŞOK FAKTLAR AÇIQLADI
Sosial
Oxunub: 854
26 yan 2017 | 06:23
“Üst dad” kolbasaları ilə bağlı İTTİHAM – Keçmiş işçi ŞOK FAKTLAR AÇIQLADI









"Üst dad"ın məsul şəxsi: "Sən yerini denən, mən o Zəhranı da gətirib ora başa salım"

Şirkətin keçimiş işçisi Zəhra Abbasova"Üst dad”kolbasaları ilə bağlı Unikal.org-a şok faktlar açıqlayıb.

O, qeyd edib ki, bir müddət adıçəkilən firmada çalışıb və qarşılaşdığı qanunsuzluqlara görə işdən ayrılmaq məcbburiyyətində qalıb:"Bizi məcbur edirdilər ki, marketlərdən "vozvrat” olunan vaxtı keçmiş məhsulların üzərinə yeni tarix yapışdıraq. Dəfələrlə mən buna etiraz etdim. Bildirdim ki, insanları bu şəkildə aldatmaq olmaz. Bu məshulları azyaşlı uşaqlar da yeyir. Camaatın balasını zəhərləyib öldürərsiniz. Keçən il dekabr ayının 19-da 9-cu mikrarayonda yerləşən "Bolmart” marketə bir aydan çox vaxtı keçmiş məhsullar satılıb. Kaptit olunmuş kolbasaların rəngi ağardısa, onu vitrindən çıxarmırlar. Üstünü zeytun yağı ilə silirlər ki, kifi təmizlənsin. Mən məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə şikayət etdim. Təşkilat nümayəndələri baxış keçirdilər. Özləri məsələnin şahidi oldular. Mən işdən çıxandan sonra məlumat aldım ki, işçilərə kolbasaları zeytun yağı ilə silməmək tapşırığı verilib. Mən orada iyrəndiyimdən az qaldı xəstəliyə tutulum”.

Şikayətçi bildirir ki, işə qəbul olunarkən onunla əmək müqaviləsi belə bağlanmayıb:"İşçini bir aydan artıq işlətmirlər. Həvəsləndirib işə çağırırlar, bir ayı tamam olan kimi deyirlər ki, maaşa yox, faizə işləyirsən, alver yoxdur. Mən keçən il dekabrın 4- ü işə qəbul olmuşam. Nə maaşı vaxtında verirdilər, nə də avansı. Axırda məlum oldu ki, mənim işə qəbul olunmağımdan firma rəhbərliyinin xəbəri yoxdur”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Unikal.org-a bildirib ki, vətəndaşın şikayəti ilə bağlı İqtisadiyyat nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə rəsmi müraciətlər göndərilib.

Məsələ ilə bağlı qarşı tərəf olaraq şirkətin mövqeyini öyrənmək üçün məhsulların üzərində qeyd olunan nömrə ilə əlaqə saxladıq. Özünü məsul şəxs kimi təqim edən Abbasov soyadlı şəxsin dediklərini olduğu kimi diqqətinizə çatıdırırıq: "Biz o qədər şərəfimizi itirməmişik ki, məhsulun üzərindəki tarixi dəyişdirək. Biz istehsalçıyıq bazara mal satırıq. O mal dükanda olur və bizim o məhsulu yenidən görmək şansımız yoxdur. Mağazada xarab olanda da zibilliyə atılır. Bir nəfərin dedikləri ilə şirkət haqqında pis fikrə düşmək yaxşı deyil. Biz özümüzü tanıyan insanlarıq. Bu şirkəti mən atam, anam üşün qurmamışam. Onlar oturub Naxçıvanda pensiyaları ilə dolanırlar. Biz heç zaman vicdanımızı satmarıq. Bir neçə nəfərin bizdən şikayəti başadüşüləndir. Hamı bizdən razı qala bilməz”.

Şirkət təmsilçisinin adını və vəzifəsini soruşduqda O, kobud şəkildə cavab verərək fikirləri belə ifadə edib:” Sən mənimlə görüşmək istəyirsən, yoxsa dediklərimi "Zapis” edirsən. Sən yerini denən, mən o Zəhranı da gətirib ora başa salım. Bu qədər mənim üstümə gəlmək xoşuma gəlmir”.
Bu gün, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir