Müşavirədə Suraxanı gərginliyi: Ramiz Mehdiyev İlqar Abbasovu danlayıb? - İddialar
Ölkə rəhbərliyinin icra başçılarına xəbərdarlıq etməsi və özlərini yığışdırması haqda yazdıqlarımız təsdiqlənir
Rayonların idarəetmə mexanizmində ciddi dəyişikliklər gözlənilir.
Hökumət regionlarla bağlı strategiyasında həssaslıq nümayiş etdirməyə başlayıb. İqtisadi vəziyyətin ağırlaşması il növbədə əyalətlərdə narazılıq yaradır. Bu səbəbdən hökumət rayonlarla bağlı siyasətində ciddi addımlar atmaqdadır.
Məlum olduğu kimi, bu siyasətin davamı olaraq dekabrın 26-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin icra başçıları , polis rəisləri, prokurorlar və digər vəzifəli şəxslərin iştirakilə müşavirə keçirib. Müşavirə barəsində yeni nüanslar meydana çıxıb.
“AzPolitika.info”ya daxil olan məlumata görə, qapalı müşavirə kifayət qədər gərgin atmosferdə keçirilib. Sayt yazıb ki, PA rəhbəri yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə, xüsusən də məhkəmə sədrlərinə sərt xəbərdarlıq edib.
Məqalədə deyilir ki, R.Mehdiyev onlardan işə məsuliyyəti artırmağı, rüşvət hallarına son qoymağı, vətəndaşlarla sıx işləməyi, problemləri yerində həll etməyi tələb edib.
Saytın verdiyi məlumata görə, PA rəhbəri bir neçə icra başçısı və məhkəmə sədrini, o cümlədən Ağcabədi, Suraxanı, Daşkəsən rayonlarının başçılarını, Bakı Apellyasiya Məhkəməsinin sədrini ayağa qaldıraraq, onları şəxsən tənbeh edib, işlərində dönüş yaratmağı tələb edib.
Politika.Az xəbər verir ki, müşavirədə tənbeh olunanlar arasında diqqət çəkən Suraxanı rayon icra hakiminin olmasıdır. Bu rayonun rəhbəri İlqar Abbasov barəsində xeyli zamandır ki, şikayətlər var.
Məlumatda deyilir ki, İlqar Abbasovun başı xeyli vaxtdır dərddədir.Onun bir neçə ay qabaq qeyri-rəsmi məclislərin birində söylədiyi sözə görə postunu itirmək təhlükəsi sovuşmayıb.
İcra başçısının dedikləri yuxarı dairələrdə qəzəblə qarşılanıb. Yada salaq ki, İ.Abbasov həmkarlarından birinin nəvəsinin ad günü məclisində iştirak edib.
Orada mətbuatın məmurlardan yazmasından şikayətlənərək "Guya ölkə rəhbərliyi bilmir ki, biz nə edirik” deməsi mediaya sızıb və ajiotaj doğurub. Bundan sonra Suraxanı rayon rəhbərinin başı üzərində qara buludlar dolaşmaqdadır.
Mənbənin qeydlərinə görə, İ.Abbasov həmkarlarına təsəlli verərək mətbuatın yazdıqlarına əhəmiyyət verməməyə çağırmışdı. Artıq Prezident Administrasiyasında araşdırmalar aparılır.
Rayonun Yeni Suraxanı qəsəbəsinin icra başçısı və komandasının gəlir mənbəyinə çevrildiyi aşkar olunub.
Araşdırma zamanı o nəticəyə gəlinib ki, qəsəbə tikinti meydançasına və torpaq dəllalarının bazarına çevrilib. Qəsəbənin Yuxarı Mədən, 6-cı Köndələn və başqa küçələrində şıdırğı torpaq alveri gedir.
Suraxanı rayon icra başçısı İlqar Abbasov artıq Bülbülə, Əmircan, Hövsan, Zığ və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi qoymayıb, indi də Yeni Suraxanını satışa çıxarıb. Xatırladaq ki, İ.Abbasov bunları demişdi: “Qoy nə yazırlar, yazsınlar. Onsuz da hamı hər şeyi bilir.
Yazırlar ki, sökürük, uçurduruq, dağıdırıq, torpaq satırıq, rüşvət alırıq, korrupsiya ilə məşğuluq. Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq?”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Bu gün, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir