Sürücülərə bəd xəbər - Buna görə cərimələnə bilərsiniz
Sosial
Oxunub: 1 036
24 yan 2017 | 07:27
Sürücülərə bəd xəbər - Buna görə cərimələnə bilərsiniz














Mədəniyyətsiz qonşudan şikayət olunduqda yol polisi parklama qaydasını pozan şəxsi cəzalandıra bilər.

Əgər sürücü maşınını çoxmərtəbəli binanın həyətində düzgün park etməyibsə, məsuliyyətə cəlb oluna bilər. Bunu Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, DYP-yə başqa sürücülərin maşınlarını düzgün park etməməsi səbəbindən öz maşınını həyətinə sürə bilməyən şəxslərdən çoxsaylı şikayətlər daxil olur. Əsədovun sözlərinə görə, bu, parklama qaydasının pozulmasına dair inzibati hüquq pozuntusudur.

"Biz həyət yollarında hansı tədbirləri görməliyik ki, vətəndaşlar razı qalsınlar? Heç olmasa, maşını tərk edən sürücülər onun şüşəsinə öz telefon nömrələrini yapışdırsınlar ki, irəlidə hər hansı xoşagəlməz situasiya ilə rastlaşmasınlar", - polkovnik qeyd edib. BDYPİ rəsmisinin sözlərinə görə, əgər hadisə qapalı həyətlərdə baş verirsə, onda yol polisi oraya müdaxilə edə bilmir: "Lakin avtomobil sahibi düşünülmüş şəkildə maşınların həyətdaxili yollarda ümumi istifadəsinə mane olursa, onları bağlayırsa, onda o, məsuliyyət daşıyır. Biz həmişə vətəndaşlara xidmət edirik. Lazım gələrsə, qanunu pozanı tapırıq və maşını başqa yerdə saxlamağı xahiş edirik. Bütün bu məsələlər qanunla tənzimlənir". Bununla belə, V. Əsədov yol polisinin işini çətinləşdirməməyi rica edir. Deyir ki, onsuz da, şəhər yollarında kifayət qədər qaydaları pozan sürücülər var. O, əhali arasında bu istiqamətdə anlaşılan bir dildə maarifləndirmə, izahat işlərinin aparılmasını tövsiyə edir. "Vətəndaşlar, avtomobil sahibləri piyadaları və digər sürücüləri də düşünməlidirlər. Əgər bu gün kimsə qaydaları pozursa, başqalarına mane olursa, bilməlidir ki, sabah da ona qarşı eyni addımı atacaqlar", - polis yetkilisi vurğulayıb.

Bununla belə, avtomobil sahibləri bilməlidirlər ki, həyətlərdə keçidləri bağlamaqla onlar həm də fövqəladə situasiyalarda çıxılmaz vəziyyət yaradırlar. Misal üçün, təcili yardım, yaxud da yanğınsöndürmə briqadaları vaxtında hadisə yerinə çata bilmir.(sputnik)
Bu gün, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir