Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
17 yanvar 2017-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin fəaliyyəti haqqında hesabat yığıncağı keçirilib.
Yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyətinin, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin rəhbərliyi, əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov açaraq son bir ildə rayon ərazisində görülən sosial layihələr haqqında qısa məlumat verib, dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi islahatlar nəticəsində ölkəmizin böhranın təsirlərindən yan keçərək yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunmuş dövlət proqramında Nərimanov rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə geniş məlumat verən Ş.İbadov Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin yaradılmasının əhaliyə daha keyfiyyətli xidmət göstərilməsində əhəmiyyətli rolundan danışaraq, 2013-cü ilin əvvəlindən Nərimanov rayonu inzibati ərazi vahidi tərkibində İcra Hakimiyyəti Başçısının 1, 2 və 3 nömrəli Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin fəaliyyətə başladığını və onların fəaliyyəti üçün lazımi şəraitin təşkil olunduğunu, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müvafiq işlərin həyata keçirildiyini qeyd edib.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elmar Abbasov yığıncaqda hesabat məruzəsi ilə çıxış edərək, nümayəndəliyin ərazisinin 7,35 kv.km, əhalisinin 72861 nəfər, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatların sayının isə 21225 olduğunu deyib.
Ötən ildə nümayəndənin qəbulunda 160 nəfər olduğunu qeyd edən E.Abbasov qəbula gələn vətəndaşların müraciətləri əsasən obyekt və qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması, çoxmənzilli yaşayış binalarında eyvanın artırılması, maddi köməklik edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, bəzi bina və mənzillərin istiliklə təmin edilməməsi və digər məsələlərlə bağlı olduğunu diqqətə çatdırıb.
Eyni zamanda qeyd edilib ki, il ərzində Nərimanov rayon İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ərazisində 11 səyyar qəbul və görüşlər keçirilmiş, həmin qəbul və görüşlərdə yüzlərlə sakinlər iştirak etmişlər. Keçirilən qəbullar zamanı sakinlər tərəfindən edilən 107 müraciət qeydə alınmış və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Nazirlər Kabinetinin qərarına və RİH-nin müvafiq sərəncamına uyğun olaraq, ərazidə qəzalı vəziyyətdə olan yaşayış binaları siyahıya alınmış, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yeni yaşayış binalarının inşa ediləcəyi ünvanlar müəyyənləşdirilmişdir. Həmçinin qeyd edilib ki, M.Sənani küçəsi 17, 19, M.Əlizadə küçəsi 28, 30, 32, 34, 36 və X.Şuşinski küçəsi 52 ünvanlarda MTK-larla sakinlər arasında müqavilələrin bağlanılmasına və onların köçürülməsi, ərazinin boşaldılması işlərinə başlanılacaqdır. Hazırda S.Rəhman 20, 22, 24, M.Sənani 59, 61, 63, M.Qaşqay 86 və 88 ünvanlarında artıq yaşayış binalarının tikintisinə başlanmışdır.
Yığıncaqda çıxış edən YAP Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev, iş adamı Rövşən Ağayev, 37 saylı poliklinikanın baş həkimi Təranə Məmmədova, “Paşa Sığorta” Şirkətinin nümayəndəsi İlham Zamanov hesabatla bağlı təklif və fikirlərini bildirərək, təmsil etdikləri sahələrlə bağlı mühüm işlərin görüldüyünü diqqətə çatdırıblar. Qeyd olunub ki, Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətində 2016-cı il ərzində çox böyük işlər görülmüş və bu işlər uğurla davam etdirilir.
Bu gün, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir