Azərinfo.az informasiya portalının təsisçisi cənab İbrahim Qubadoğluna
Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 14, mənzil 50-də yaşayan, 20 Yanvar iştirakçısı ailəsi
Həşimova Dilşad Musa qızı tərəfindən
Telefon: 012 498 77 06; 051 585 67 54
MÜRACİƏT
Hörmətli İbrahim müəllim!
Mən 35 il müəllimə işləmişəm. Ulu Öndərimiz Heydər Əliyevin arzularının, ideyalarının təbliğində və həyata keçirilməsində göstərdiyim xidmətlərə, eləcə də uzun müddət səmərəli pedaqoji-ictimai fəaliyyətimə görə “XXI əsrin ziyalısı” Fəxri diplomu ilə təltif olunmuşam.
Həyat yoldaşım mərhum Həşimov Fərman Qəhrəman oğlu 20 Yanvar hadisələrinin iştirakçısı olub, həmin hadisələr vaxtı rus oldusunun vəhşiləşmiş əsgərləri tərəfindən amansızlıqla döyülərək uzun müddət xəstəxanalarda müalicə olunmağına baxmayaraq aldığı zərbələrdən vəfat etmişdir.
Ulu Öndərimiz əlillərin hüquqlarının qorunmasının, onların sosial-iqtisadi problemlərinin həllini həmişə ön plana qoyub “20 Yanvar” şəhidlərini, iştirakçılarını və zərərçəkənləri “azadlığın ilk qaranquşları” adlandırmışdır.
Ulu Öndərimiz mərhum Heydər Əliyev tövsiyyə etmişdir ki, əlillərə qayğı göstərmək, onların problemlərini həll etmək bütün dövlət məmurlarının, eləcə də namuslu Azərbaycan vətəndaşlarının borcudur.
Hörmətli İbrahim müəllim!
Mənim həyat yoldaşım Həşimov Fərman 1998-ci ildə “Atabəylər” MMC-nin üç nəfər təsisçilərdən biri olaraq Dövlət Əmlak Komitəsi ilə müqavilə bağlamış və “20 Yanvar” yeraltı keçidinin alt hissəsində təsisçilərin ümumi vəsaiti hesabına 147 ticarət köşkünü standartlara uyğun olaraq tikdirmiş və icarəyə verərək ailəmizin maddi gəlirlərini təmin etmişdir. “Atabəylər” MMC-nin Nizamnaməsinə uyğun olaraq hər bir təsisçiyə ayrıca olaraq qaimə yazılmış və şirkətin prezidenti tərəfindən təsdiq olunmuşdur. “Atabəylər” MMC 2009-cu ilə qədər fəaliyyət göstərmiş və həmin vaxtdan sonra şirkətin baş direktoru tərəfindən fəaliyyətini birtərəfli qaydada dayandırmışdır. Şirkətin direktoru İ.İsmayılov vəzifəsindən sui-istifadə edərək “20 Yanvar” yeraltı keçidində ticarətlə məşğul olan köşkləri özünün şirkətinə keçirməklə mənim ailəmə məxsus olan 48 köşkü mənimsəyib. Vergiyə təqdim etdiyi sənədləri saxtalaşdıraraq bildirmişdir ki, guya ayda hər mağazadan 100 manat yığır, halbuki oğlu Sənanla hər mağazadan 1250 manat heç bir kassa aparatı işlətmədən pul yığır.
İ. İsmayılov hazırda da öz cinayət əməllərinə davam edir. O, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ictimai birliyinindəki sədr vəzifəsindən sui-istifadə edərək mənə deyir ki, “hara istəyirsən şikayət et, mən heç kimdən qorxmuram.” Belə bir şəxsə mühüm dövlət vəzifəsini tapşırmaq, etibar etmək olarmı?
Qeyd edim ki, İlham İsmayılovun cinayətkar əməlləri barədə müxtəlif KİV-də və saytlarda məlumatlar geniş şəkildə işıqlandırılmışdır. Belə ki, özünü hər yerdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ictimai birliyininin sədri kimi təqdim edən İlham İsmayılovun dələduzluq hərəkətləri barəsində Azpolitika.info, Günxəbər.com (http://gunxeber.com/bizi-santaj-və-təhdidedir/. 07.06.2016) saytlarında, eləcə də digər saytlarda geniş məlumatlar dərc olunmuşdur. Məqalələri oxuyanda məlum olur ki, İlham İsmayılovun bizim kimi qurbanlarının sayı çox olmuşdur. Hələ 05.04.1998-ci ildə qeydiyyata alınmış "Klassika-A" Şirkətindəki şəriki Seyidov Gülağa Yaqub oğlunun da mənim kimi payını mənimsəyib və müxtəlif vəzifəli şəxslərin adından istifadə edərək ona hədə-qorxu gəlmiş, heç bir yerə şikayət etməyə qoymamışdır. Biz çox təəssüf hissi keçiririk ki, belə dələduz şəxs İctimai Televizya kanalına və ATV kanalına dəvət olunaraq dövlətimiz adından çıxış edir, layiq olmadığı halda "Tərəqqi" medalına layiq görülür. Bu yolverilməz haldır və hesab edirik ki, bu cür şəxslər öz əməlləri ilə yalnız dövlətimizi nüfuzdan salar. Mənim kimi 20 yanvar faciəsi iştirakçısının ailəsini, himayəmdə əlil övladı olan şəxsi aldadanı bu cür şan-şöhrətə layiq bilmək olarmı?
Hörmətli İbrahim müəllim!
Dələduz İ.İsmayılov heç bir qanundan qorxmayaraq bizim müəssisəmizdən başqa iki nəfərin də müəssisəsini mənimsəmişdir.
Müraciətimiz əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi bizim xeyirimizə qərar çıxarsa da, yalnız kağız üzərində icra olunub. Real olaraq sözügedən 48 köşkün sənədləri bizə verilsə də, həmin köşklər geri qaytarılmayıb.
Hörmətli İbrahim müəllim!
Prezident Administrasiyası başda olmaqla 30-dan yuxarı aidiyyəti təşkilata etdiyim müraciətimə müsbət cavab almadığım halda, düşündüm ki, şikayətimə Sizin tərəfinizdən obyektiv yanaşılacaq, problem birdəfəlik həll olunmasında köməklik edəcəksiniz.
Sizdən xahiş edirəm ki, mənim pozulmuş hüquqlarımın bərpa olunmasına köməklik edəsiniz və bizə məxsus köşklərin qaytarılmasında yardımçı olasınız.
Hörmətlə,
Həşimova D.
Bu gün, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir