Təmizlik və Kommunal Xidmətlər idarəsində "bezpredel" idarəçilik
Sosial
Oxunub: 2 337
17 noy 2014 | 15:21
Təmizlik və Kommunal Xidmətlər idarəsində "bezpredel" idarəçilikPaytaxt Bakımızın şəhər təsərrüfatı olduqca çoxşaxəli və nəzər-diqqəti cəlb edən sahələrdən biridir. Düzdür, zaman-zaman bu sahənin inkişafı və problemlərinin aradan qaldırılması istiqamətində aidiyyətı qurumlar tərəfindən müəyyən addımlar atılmış, bir sözlə müvafiq tədbirlər də görülmüşdür. Amma, atılan addımlara baxmayaraq, bu gün şəhər təsərrüfatının çoxsaylı problemləri, yenə də yaşanmaqdadır.
Hal-hazırda şəhər təsərrüfatının diqqəti cəlb edən sahəsi, Bakı şəhər İcra Hakimiyyəti İxtisaslaşdırılmış Mənzil Komunal Təsərrüfatı Departamenti, İxtisaslaşdırılmış Sanitariya Təmizlik və Komunnal Xidmətlər idarəsidir desək, yəqin ki, yanılmarıq. Əslində şəhər təsərrüfatının hər bir sahəsi, əhəmiyyət kəsb edən sahələrdən biridir. Amma, qeyd etdiyimiz sahənin daha ciddi işlər görmək missiyası olduğundan, biz bu sahədə yaşanan problemlərin varlığına toxunmağı özümüzə borc bildik..
Əvvəla onu qeyd edək ki, bu qurumun gördüyü işlərdən biri də, müasir tipli avtobus dayanacaqlarının quraşdırılmasıdır. Və bu cür dayanacaqların quraşdırılmasına, əldə etdiyimiz məlumatlara görə 2008-ci ildən başlanılıb. Dayanacaqların istismarının təşkili işi isə, həmin idarənin nəzdində olan dayanacaqlar kompleksinin istismarı sahəsinə həvalə edilib.
Bu sahəyə diqqət yetirdikdə o da bəlli olur ki, bir çox dayanacaqlar qəzalı vəziyyətdədir, vaxtlı-vaxtında yuyulmur, təmir-bərpa işləri aparılmır, bir sözlə bu sahəyə cavabdehlik daşıyan İxtisaslaşdırılmış Sanitariya Təmizlik və Komunnal Xidmətlər idarəsinin rəhbərliyi, üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirə bilmir. Əgər əvvəllər problemlərin varlığı şəhərdən kənar ərazilərdə yaşanırdısa, bu gün mərkəzi ərazilərdə də yaşanmaqdadır. Bunun da başlıca səbəbi, yuxarıda qeyd etdiyimiz kimi, qurum rəhbərinin üzərinə düşən vəzifə borcunun öhdəsindən lazımınca gələ bilməməsidir. Bir məqama xüsusi diqqət yetirək. Şəhərimizin Dilarə Əliyeva küçəsində, Tbilisi, Parlament və Heydər Əliyev prospektlərində, son iki ay ərzində yolların təmiri ilə evukasiya olunan dayanacaqların, yenidən yerlərinə quraşdırılmasında ciddi problemlər, bu gün də yaşanmaqdadır. Bundan əlavə, paytaxtın Q.Qarayev prospektində quraşdırılan dayanacaq, informasiya mərkəzimizə daxil olan məlumatlara görə, Xətai rayonu 85 saylı MKTS-nin ərazisindən sökülərək gətirilmiş və həmin ünvanda da quraşdırılmışdir. Şüşələri sınan dayanacaqların yenidən bərpasına maliyyə vəsaiti xərcləmək istəməyən qurum rəhbərliyi, quraşdırılmış dayanacaqları sökdürərək lazım olan ərazilərdə quraşdırtdırır. Məsələn, şəhərin "Baksol" yolunda yerləşən "BVM" servisin qarşısındakı dayanacaq sökülərək, tələb olunan yerdə quraşdırılmışdır. Eyni zamanda, yenə də "Baksol" yolunda "Baksol" marketin qarşısındakı dayanacağın reklam şüşələri sökülərək, 20 nömrəli məktəbin qarşısındakı dayanacağa quraşdırılmışdır.
Əldə etdiyimiz digər məlumatlara görə, paytaxtın Parlament, Neftçilər, H.Əliyev və H.Cavid küçə və parklarında quraşdırılmış saatlı dayanacaqların, saat yerləşən künbəzlərinin alt hissəsində qapaqlar açıq, bir çoxunda isə ümumiyyətlə yoxdur. Paytaxtın Q.Qarayev prospektindəki dayanacaqların şüşələrinə müxtəlif tipli elanlar yapışdırılır və heç vaxt da təmizlənmədiyindən, anormal vəziyyət uzun müddətdir ki, davam etməkdədir. Şəhərdə tam quraşdırılmış dayanacaqlarla bərabər, yarımçıq quraşdırılmış dayanacaqlar da var ki, bunlardan da biri Q.Qarayev metrosunun qarşısındakı dayanacaqdır. Faciəli hal odur ki, son 2 ay ərzində, İxtisaslaşdırılmış Sanitariya Təmizlik və Komunnal Xidmətlər idarəsini 25 nəfərdən çox səriştəli işçi könüllü surətdə tərk edib. Sözsüz ki bunun da səbəbi, əldə etdiyimiz məlumatlara görə, idarəyə bir müddət bundan əvvəl rəhbər təyin olunan Telman müəllimlə, işçilər arasında fikir ayrılığının əmələ gəlməsi səbəb olub.
Diqqəti cəlb edən hal odur ki, bu gün şəhər təsərrüfatına rəhbərlik edən Telman müəllim, qısa zaman kəsiyində naşı idarəçiliyi ilə bu sahəni tam iflic vəziyyətə salıb. Çünki, adicə şəhərin mərkəzi küçələrindəki dayanacaqlardan bəzilərində yan şüşələrin, oturacaqların və.s olmaması, bir gaha onu isbat edir ki, Sanitariya Təmizlik və Kommunal Xidmətlər idarəsinin rəhbərliyi, üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirə bilmir və bu da çoxsaylı problemlərin əmələ gəlməsinə səbəb olur. Belə olan halda, meydana çoxsaylı suallar da çıxır. Məsələn, hal-hazırda Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan cənab Hacıbala müəllim, xalqımızın yaxın tarixində yaradıcı və qurucu vəzifə sahibi olaraq dərin iz buraxdı. Eyni zamanda o, həm də hər kəs tərəfindən lazım olduğu qiymətini də ala bildi. Bu belə olduğu halda, cənab Hacıbala müəllimə bir neçə sualla müraciət etməyi özümüzə borc bildik. Görəsən səbəb nədir ki, naşı idarəçiliyi ilə şəhərin strateji bir sahəsinə rəhbərlik edən və qısa zaman kəsiyində bu sahəni iflic edən Telman müəllim, Sanitariya Təmizlik və Komunnal Xidmətlər idarəsinə yenə də rəhbərlik edir? Axı, onun hər gün əmələ gətirdiyi çoxsaylı problemlər, həm də Sizin işgüzar nüfuzunuza da xələl gətirir. Bəlkə, bu belə deyil?
Bütün bu kimi səbəblər üzündəndir ki, naşı və səriştəsiz idarəçiliyi ilə şəhər təsərrüfatının strateji sahəsini iflic edən, çoxsaylı təcrübəli işçilərin idarədən uzaqlaşmalarına səbəb olan Telman müəllimin, bu gün Sanitariya Təmizlik və Komunnal Xidmətlər idarəsinə rəhbərlik etməsinə, yəqin ki, heç bir lüzum qalmır. Bu belə olduğu halda, inanırıq ki, yaxın vaxtlarda cənab Hacıbala müəllim bacarıqsız vəzifə sahibinə "dur" deyəcək. Çünki, bizim bildiyimiz bir həqiqət var ki, o da cənab Hacıbala müəllimin bacarıqsız kadrlarla bir yerdə işləmək istəyinin olmamasıdır. Düzdür, bəlkə də Telman müəllimin bu sahəyə təyinat almasına kimlərsə, nələrsə səbəb olub, hasısa şərait yaranıb. Amma, onun bacarıqsızlığının, təcrübəsizliyinin, üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirə bilməməsinin səbəbkarı, birbaşa onun özüdür. Belə bir idarəçilik də, yəqin ki, davamlı ola bilməz.
Araşdırmamız davam edəcək.
Bu gün, 13:11
“Son zəng” bu tarixdə keçiriləcək
Bu gün, 13:07
Sumqayıtda zavoda partlayış - Yaralılar var
Bu gün, 12:18
Cərimələrlə bağlı yenilik olacaq - Sürücülərin diqqətinə!
Bu gün, 12:15
Ermənistana casusluğa görə İqbal Əbilova - 18 il həbs
Bu gün, 12:06
Tramp: Zelenski güclüdür, o elə də asan adam deyil
Bu gün, 11:45
Hindistan-Pakistan müharibəsinin ən ağır bədəlini Fransa ödədi
Bu gün, 11:38
Bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı azalıb
Bu gün, 10:57
Prezidentdən korrupsiyaya qarşı mübarizə ilə bağlı MÜHÜM AÇIQLAMA
Bu gün, 10:52
Pensiyaçılara ŞAD XƏBƏR
Bu gün, 10:46
Yevlaxda azyaşlıya məcburi narkotik verilib? - Video
Bu gün, 10:39
Əlibıçaqlı qadın avtobusda təşviş yaratdı - Saxlanıldı-Video-Yenilənib
Bu gün, 10:31
“Xahiş edək ki, Kəbənin köhnə örtüyünü bizə bağışlasınlar”
Bu gün, 10:25
Türkiyədən İran və İsrailə sərt xəbərdarlıq: Bu, müharibə aktı sayılacaq
Bu gün, 10:15
Mahir “Nürnberq”dən pula görə ayrılıb?- Klozedən açıqlama
Bu gün, 10:05
İsrail və Suriya arasında dialoq Bakıda baş tutub - CNN
Bu gün, 09:58
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
Bu gün, 09:53
İlham Əliyev "GlobE Network"un Altıncı Plenar İclasın iştirakçılarına müraciət edib
Bu gün, 09:12
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Bu gün, 09:00
Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır - ARAŞDIRMA
Dünən, 16:00
"Paşinyanın Əliyevin qarşısındakı hərəkəti, şəxsin rəis qarşısında əyilməsinə bənzəyir"
Dünən, 15:30
Qriqoryan: “Zəngəzur dəhlizi” ilə bağlı müzakirələr getmir
Dünən, 14:00
Tehran dünyaya bəyan etdi: Nüvə silahı yaradılacaq
Dünən, 13:46
“Araz-2025” birgə təliminin açılış mərasimi keçirilib
Dünən, 13:42
6 nəfər həbs edildi: DTX-dən əməliyyat - VİDEO
Dünən, 12:03
Naxçıvanda Məkkədəki Kəbənin eynisini tikə bilərik – Qüdrət Həsənquliyev
Dünən, 11:44
Tramp-Putin danışığı kritik qərar anı ola bilər – Avropa narahatdır
Dünən, 11:39
ŞOK HÜCUM: Rusiya QONŞU ÖLKƏYƏ girir: Sərhədə hərbi qüvvə YIĞIRLAR – dünya ŞOKDA