Xalası oğlunun obyektini sökdürüb üstünə eskavator sürdürən nazirdən yeni əmr - "HEÇ YERDƏ DANIŞMAYACAQ..."
Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Bağırovla iş adamı, xalası oğlu Abbas Zeynalov arasındakı çəkişmə 2016-cı ilin sonunda ölkə mətbuatında böyük səs-küyə səbəb olmuşdu.
Belə ki, Hüseynqulu Bağırov öz doğma xalası oğlu Abbas Zeynalovun Qubadakı "Orman” restoranını məhkəmə qərarı olmadan sökdürmək əmrini vermişdi. Nazirliyin əməkdaşları da məhz bundan sonra restoranı sökmüşdülər.
Şikayətçi mətbuata açıqlamasında bildirmişdir ki, obyektinin sökülməsinə mane olmağa çalışarkən ona zor tətbiq edib bədən xəsarətləri yetiriblər:"Əmlakımın məhv edilməsinin qarşısını almaq istəyərkən, üstümə ekskavator sürüb mənə ağır xəsarət yetirdilər və mən huşumu itirib yerdə yıxıldım. Sonra Təcili Tibbi Yardımın köməkliyi ilə xəstəxanaya aparıldım. Həmin hadisədən keçirdiyim stress və qorxudan uzun müddətdir ki, müalicə alıram. Bununla bağlı həkim kağızları və ekspert rəyləri də var”.
İş adamı nazir qohumunun onun obyektini niyə sökdürdüyünün də səbəblərini açıqlayıb. O, bunu nazirin onunla şəxsi ədavəti olması ilə əsaslandırıb:"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuata verdiyi açıqlamada mənim Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı və 188-ci maddələri ilə cinayət əməli törətməyim, dövlətin rüsum və vergilərini də ödəmədiyim göstərilib. Bu tam əsassız ittihamdır və böhtandır. Nazir Hüseynqulu Bağırov qanunsuz hərəkətlərini pərdələmək və ört-basdır etmək niyyəti ilə belə bir cəfəngiyat yazdırıb. Nazir məndən iki məsələyə görə qisas aldı. Bu qisasçılıq hissi onun gözlərini elə bağladı ki, qanunları tapdalamaqdan belə çəkinmədi”.
Biznesmen xalası oğluyla arasında olan ədavətin başqa bir səbəbini də açıqlayıb: "Hüseynqulu Bağırovun mənə qarşı düşmənçiliyi Bakı şəhəri, Nəsimi rayonu, "Təzə bazar”ın yanında yerləşən bir otelin tikintisindən sonra başladı. Həmin otelin inşasına birgə, şərik kimi başladıq. Sonradan o, məni aldatdı və oteli tamamilə ələ keçirdi, heç qoyduğum vəsaiti də qaytarmadı. Daha sonra mən məsələni qanuni yolla həll etmək istəyəndə "Sentral Park" adlı həmin oteli dövlətə bağışladığını bildirdi. Bəli, nazir dövlətin adından istifadə etməklə mənim əmlakımı qanunsuz olaraq ələ keçirdi. Mən aldadıldığımı, onun bu addan istifadə etdiyini sonradan bilmişəm. Və yenidən haqqımı tələb etməyə başlamışam. Bunu görən nazir məndən qisas almağa başladı”.
İş adamı deyir ki, əmlaklarının qanunsuz olaraq sökülməsi ilə ona təxminən 372000 manat məbləğində maddi zərər dəyib: "Hüseynqulu Bağırova bir daha bildirmək istəyirəm ki, 2001-ci ilin yanvar ayının 1-dən müqavilə heç bir tərəfdən mübahisələndirilmirsə, Azərbaycan qanunvericiliyinə görə yenilənmiş sayılır. Həmən müqaviləyə əsasən, sizə pul ödənilməsəydi, bizi bir saat da orada işləməyə qoymazdınız. Mən hələ ekologiya işçilərinin, qonaqlarının və şəxsən sizin çoxsaylı qonaqlarınızla yeyib-içib pulunu ödəmədiyinizdən danışmıram”.
Məsələ ilə bağlı Ekologiya və Təbii sərvətlər nazirliyi də açıqlama verərək, iddiaçının fikirlərini əsassız hesab etdiklərini bildirmişdilər. (Nazirliyin açıqlaması burada)
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, Hüseynqulu Bağırovla xalası oğlu Abbas Zeynalov arasındakı bu çəkişmə nazir üçün problem yaradıb. Belə ki, prezident İlham Əliyevin sahibkarlara dövlət qayğısının göstərilməsi ilə bağlı tapşırıqların verildiyi ərəfədə hakimiyyət təmsilçisinin belə bir addım atması yaxşı qarşılanmayıb.
Nazirlikdəki məlumatlı mənbənin sözlərinə görə, nazir məhz bu məsələni özündə prinsipial məsələ hesab etdiyi üçün Abbas Zeynalovun açıqlamalarının yayınlanmaması üçün öz əməkdaşlarına xüsusi tapşırıq verib. Əlindəki bütün imkanlardan istifadə edən nazir öz xalası oğlunun danışmaması üçün mümkün bütün variantlara getməyə hazırlaşır.
Mövzuyla bağlı əldə etdiyimiz yeni məlumatları diqqətinizə çatdıracağıq.
Bu gün, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir