Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində daha bir təlim keçirilib
Sosial
Oxunub: 904
21 dek 2016 | 22:47
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində daha bir təlim keçirilib








20 dekabr 2016-cı il tarixdə “Təfəkkür” Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində daha bir təlim keçirilib.

Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Asəf Cabbarlı, “AMV Consulting” MMC-nin layihələr üzrə meneceri Orxan Nəbiyev, “Mənim təhsilim, mənim gələcəyim” adlı kampaniyanın rəhbəri Rəşad Bayramov və 120 nəfər gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan Tələbə - Gənclər Təşkilatının sədri Asəf Cabbarlı tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.

Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa cəlb etmək, bu sahə üzrə müvafiq bilik və bacarığa yiyələndirmək, cəmiyyətdə kiçik və orta sahibkarlığı təbliğ etməkdir. L.Muradova qeyd etdi ki, layihənin vəzifəsi gənclərə biznes üzrə təlimlərin keçirilməsi, onlara müvafiq qanunvericilik haqqında məlumat vermək, biznes layihələrin yazılması və idarə edilməsi üzrə təlimlərin keçirilməsidir. Qeyd edilən sahə üzrə ekspert kimi dəvət olunmuş “AMV Consulting” MMC-nin layihələr üzrə meneceri Orxan Nəbiyev və “Mənim təhsilim, mənim gələcəyim” adlı kampaniyanın rəhbəri Rəşad Bayramov çıxış edərək bildirmişlər ki, biznes, sahibkarlıq: qanunla nəzərdə tutulumuş formada mülkiyyətdən və qeyri-maddi imkanlardan istifadə etməklə, əmtəə satışından, xidmət göstərilməsindən gəlir əldə etmək üçün müstəqil fəaliyyətdir. Sahibkarlıq bazar iqtisadiyyatının vacib atributudur. Natiqlər qeyd etdilər ki, sahibkarlıq həm hüquqi, həm fiziki şəxs vasitəsi ilə həyata keçirilə bilər. Hər iki halda müvafiq tələblər yerinə yetirilməlidir.

Sonda ekspertlər tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.

Qeyd edək ki, layihə 6 müxtəlif ali və orta ixtisas təhsil müəssisələrində keçirilir və “Təfəkkür” Universiteti artıq beşinci təhsil müəssisəsidir. Xatırladaq ki, layihənin açılış və ilk təlimi Azərbaycan Kooperasiya Universitetində, ikinci təlimi Azərbaycan Dövlət İqtisad Universitetində, üçüncü təlimi Bakı Biznes və Kooperasiya Kollecində, dördüncü təlimi isə “Odlar Yurdu” Universitetində keçirilib.


Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində daha bir təlim keçirilib
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində daha bir təlim keçirilib
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində daha bir təlim keçirilib
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində daha bir təlim keçirilib
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində daha bir təlim keçirilib
Bu gün, 16:00
Ermənistana turist kimi gedən azərbaycanlıların sayı AÇIQLANDI
Bu gün, 15:30
Banklar kredit verməyə müştəri tapmır?
Bu gün, 13:17
Həccə gedənlərin NƏZƏRİNƏ
Bu gün, 13:00
"General Hospital"da araşdırma başladı
Bu gün, 12:56
WUF13 Könüllülük Proqramı çərçivəsində məkan təlimləri başa çatıb
Bu gün, 12:52
WUF13 üçün xaricdən 165 tərcüməçi dəvət olunub
Bu gün, 12:49
Bakı məktəblərində tədris onlayn olacaq - RƏSMİ
Bu gün, 12:22
Ankara ilə İrəvan arasında sərhədlər açılır - Rəsmi açıqlama
Bu gün, 12:17
İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bu gün, 11:48
Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
Bu gün, 11:43
DİN: Ölkə üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində onlarla cinayət açılıb
Bu gün, 11:02
DYP-dən sürücülərə MÜRACİƏT
Bu gün, 10:32
Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir?
Bu gün, 10:20
Bu gün ölkə kubokunun qalibi müəyyənləşəcək
Bu gün, 10:14
Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
Bu gün, 09:40
Bu dəfə dolların üstündə “peyda oldu”
Bu gün, 09:36
ÜST-dən hantavirusla bağlı - Xəbərdarlıq
Bu gün, 09:28
Ekspert: VPN xidmətlərinin bütün dünyada bloklanacaq
Bu gün, 09:24
“Mən yaxşıyam” - Elvin Cəfərquliyev
Bu gün, 09:20
Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsi keçiriləcək
Bu gün, 09:00
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Dünən, 16:00
Tramp ABŞ üçün “arzuların komandası”nı açıqladı
Dünən, 15:55
İlham Əliyev Bakı Olimpiya Stadionunda - FOTOLAR
Dünən, 15:30
İranın ABŞ-a verdiyi son təklifdir, başqası olmayacaq - Qalibaf AÇIQLADI
Dünən, 14:22
Hantavirus: Siçanlardan yayılan viruslar on milyonlarla insanı məhv edib - dünya yenə sakitdir
Dünən, 13:19
Daxili işlər nazirinin müavini Milli Məclisdə hesabat verib
Dünən, 13:15
"Valideyn uşağından imtina edirsə, dövlət ona sahib çıxmalıdır" -