Binədə aksiya- Saxlanan və yaralananlar var+Fotolar
Noyabrın 8-də Bakıda, Binə qəsəbəsi "Sovxoz ərazisi" adlanan yaşayış massivində 1000-dək sakin etiraz aksiyası keçirib.
"Qafqazinfo" xəbər verir ki, etirazçıların AzadlıqRadiosuna bildirdiyinə görə, aksiyaya səbəb yağan yağışdan sonra massivə gələn yolların keçilməz həddə çatmasıdır.
Polislərlə qarşıdurma
Etirazçılardan Roman Məmmədov deyir ki, səhər saatlarında başlayan aksiya normal keçsə də, polislərin müdaxiləsindən sonra ara qarışıb:
"Yollar bərbad vəziyyətdədir deyə, yağışdan sonra marşrutlar bizim tərəfə gəlməkdən imtina edir. Hər gün məcbur qalıb 3-4 kilometr piyada gəlirik ki, marşrut dayanan yerə çataq. Bu gün səhər yığışdıq marşrutların qarşısını kəsdik, icra nümayəndəsini tələb etdik ki, bu işə əncam çəksinlər. Dərhal polislər tökülüşdü. Hər şey normal davam edirdi. Polislərdən biri yaşlı qadını dəyənəklə vurub, suyun içərisində sürüməyə başladı. Bundan sonra cavanlar dözə bilmədi və polislərlə qarşıdurma yarandı. Qarşılarına keçəni - qadın, kişi bilmədən döyüb, palçıqda sürüyürdülər".
"İndiyədək belə qəddarlıq görməmişdik..."
Roman Məmmədov deyir ki, aksiyaçıların dağılışmadığını görən polis hadisə yerinə əlavə qüvvələr göndərib:
"200-ə yaxın polis gəldi. Başladılar döyüb, həbs etməyə. Ən çox hadisəni telefonla çəkənləri döyür, sonra telefonların əllərindən alıb qırırdılar. 30-dək şəxs həbs olunub. Bir yaşlı qadını necə vurdularsa, yıxılıb suyun içərisində qaldı. Sonra maşına basıb apardılar. İndiyə kimi bu cür qəddarlıq görməmişdik. Biz bəyəm nə istəyirik? Bu qəddarlıq nəyə lazımdır? Hamı qorxusundan dağılışdı. Tutulanları Xəzər rayon Polis Şöbəsinə aparıblar. Hələlik heç bir xəbər yoxdur. Maraqlanan olmasa, sabah aksiyanı davam etdirəcəyik".
Binə qəsəbəsi sahə müvəkkili Behbudov AzadlıqRadiosuna aksiya ilə bağlı danışmaq istəmədiyini bildirdi:
"Siz haradan bildiniz ki, bu işlə mən məşğul oluram? Heç nə danışa bilmərəm".
Xəzər rayon Polis İdarəsi və Xəzər rayon İcra Hakimiyyətindən də suallarımızı cavabsız qoydular.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI