Nazirin oliqarx etdiyi Mətləb Məmmədov: Tender milyonçusu vergi borcunu niyə ödəmir?
Sosial
Oxunub: 941
19 dek 2016 | 10:40
Nazirin oliqarx etdiyi Mətləb Məmmədov: Tender milyonçusu vergi borcunu niyə ödəmir?











Azərbaycanda əksər məmurların büdcə vəsaitlərini sağa-sola xərcləməsi adi hala çevrilib. Ölkə prezidenti İlham Əliyev korrupsiya ilə mübarizədə səylər göstərsə də, hələlik bəzi məmurlar qorxmadan öz əməllərini davam etdirirlər.

Bəzi nazir və onların əlaltıları dövlət büdcəsindən ayrılan vəsaitləri aidiyyatı üzrə deyil, öz biznes imkanlarının genişlənməsi üçün yönəldir ki, bu da səxslərin həddən artıq varlanmasına, oliqarxlaşmasına gətirib çıxarır.

Ümumiyyətlə, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun əsas adamı olan Akif Çovdarovun misli görünməmiş özbaşnalığı, keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun, onun həbsdə olan adamlarının əməlləri bir daha göstərdi ki, dövlət büdcəsindən milyonlar oğurlanıb. Həbs olunanların məhkəmədə verdiyi ifadələrdən açıq şəkildə görünür ki, söhbət milyonlardan, hətta milyardlardan gedir.

Elə isə, sözügedən nazirliklərdən başqa daha hansı qurumlarda dövlət əmlakının mənimsənilməsi faktları var? Onlar dövlət büdcəsini neçə ogurlayırlar?

Bu günlərdə mediafax.az-a olduqca maraqlı məlumat daxil olub. Faktlardan açıq şəkildə görünür ki, ölkə prezidentinin regionların iqtisadi-inkişaf proqramı çərçivəsində təmir-tikinti adı altında büdcədən ayrılan vəsaitlər ağına-bozuna baxmadan yeyilib.

Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin sifarişləri əsasında təmir-tikinti işləri ilə məşğul olan, əsas tenderlərin qalibi sayılan "Elmi-Bərpa İstehsalat" Məhdud Məsuliyyətli Cəmiyyəti kim idarə edirb? Bu MMC-nin qalibi olduğu tenderlərə ayrılan pullar hara xərclənib?

Məlumatda bildirilir ki, Mədəniyyət və Turizm Nazirliyində yüksək çinli məmurlardan birinin nəzarətində olan MMC əsasən Masallı, Salyan, Neftçala, Astara, Yardımlı rayonlarında mədəniyyət evlərinin təmiri, tarixi abidələrin restavrasiyası işi ilə məşgul olub.
Mətləb Məmmədov adına rəsmiləşdirilıimiş sözügedən "Elmi-Bərpa İstehsalat" Məhdud Məsuliyyətli Cəmiyyəti qiyməti milyon manatlarla ölçülən tenderlərin qalibi olub. Mənbə bildirir ki, bu tenderlərdən milyon manatlar mənimsənilib.

Bu yaxınlarda ciddi maliyyə fırıldaqlarının üstünü ört-basdır etmək üçün "Elmi-Bərpa İstehsalat" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti dondurulub. Mənbə bildirir ki, bu hal Eldar Mahmudov komandasının həbsindən sonra qorxuya düşən diğər nazirlikdəki qara əməl sahiblərinin qorxuya düşməsi kimi qiymətlənidirilə bilər.

Bütün bunların fonunda vergi borcu olduğu üçün "Elmi-Bərpa İstehsalat" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN-6400154921) direktoru Mətləb Məmmədovun ölkədən çıxışına Vergilər Nazirliyi tərəfindən qadağa qoyulub. Elə işin ən maraqlı tərəfi də budur.

Dövlət əmlakını mənimsəyib oliqarxa çevirilən Mətləb Məmmədov niyə vergi borcunu ödəmir? Məlumatda qeyd olunur ki, MMC-yə ayrılan vəsaiti doğru-dürüst xərcləməyən, təmir-tikinti işlərini olduqca keyfiyyətsiz aparan Mətləb Məmmədov dövlət büdcəsindən ayrılan pullara özü üçün əməlli bağlı şərait qurub. Bura, bahalı avtomobillərdən tutumuş, sayı bilinməyən mənzillər aiddir.
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir