Azərbaycan gömrüyünün SINIQ QAPISI... - Aydın Əliyevin nəzərinə
“Yağ, kolbasa, konfet, oğluma bir az siqaret... Yəni gündəlik istifadə etdiyimiz ərzaqlar idi. Elə vəziyyətdə gətirib çıxartdım ki, evə çatanda atdım zibilqabına...”. Qazaxda, əsasən, kəndlərdə yaşayanlar bayramqabağı müxtəlif ərzaq məhsulları almaqdan ötrü Gürcüstana üz tuturlar. Tavat Səlimova da onlardan biridir. O, danışır ki, dekabrın 10-da qonşu ölkədən qayıdan baş “Sınıq Körpü” gömrük keçid məntəqəsindən keçirmək istədiyi iki çanta ərzağı o tərəf-bu tərəfə tullaya-tullaya istifadəyə yararsız vəziyyətə salıblar:
“Deyir, olmaz... Deyirəm, a bala, nağayrım, acınnan ölüm? Un bahalaşıb, yağ, şəkər, hamısı bahalaşıb. Çox kasıb yaşayırıq. Bir oğlum şəhid olub, bir oğlum da 1-ci qrup əlildir. Güclü qidalanmasa, ölər. Deyirəm, onun üçün aparıram, ay oğul, öz ölkəmdə bahadır, çantamda nə var ki, 5 kilo yağ, 3 kilo pendir, 3 kilo şəkər, 3 kilo şəkər tozu, nə bilim, belə şeylər... Axı özləri də görürlər ki, alıb gətirdiklərim mağazaya qoyub satmaq üçün deyil”.
Tavat Səlimova ərzaq dolu boğçalarını dil-ağız edə-edə birtəhər keçirə bilib. Ancaq sevinci çox sürməyib: “Gəldim evə çatdım, baxdım ki, şəkər tozunun torbasını necə atıblarsa, deşilib, hamısı dağılıb, torbada heç nə qalmayıb. Torbaların ora-bura atılmasından ərzaqların hamısı əzilib, yapışıb. Un da dağılmışdı. Bircə siqaret salamat gəlib çıxdı”.
Tavat Səlimovanı incidən odur ki, gömrük əməkdaşları qanunda nəzərdə tutulmuş çəkidə gətirilən ərzağı da ayaq altına atmaqla, sanki insanların hissləri ilə oynayırlar. O, həmin ərzaqlara son ayın pensiyasını xərclədiyindən, sakitləşə bilmir.
Hər il Qazax, Tovuz, Gədəbəy, Gəncə kimi ətraf rayonlardan Gürcüstana ərzaq üçün keçənlər, özəlliklə bayramqabağı alış-verişdən geri qayıdanda Azərbaycan gömrükçüləri tərəfindən incidildiklərini iddia edirlər. Bununla bağlı sosial şəbəkələrdə də xeyli videogörüntü yayılıb.
Qeyd edək ki, gGömrük haqqında qanundakı son dəyişikliklərə görə, vətəndaşlar şəxsi istifadə məqsədi üçün ölkəyə gömrük rüsumu ödəmədən hər ay 30 kiloqramadək ərzaq, 600 ədədədək siqaret gətirə bilərlər. Vətəndaşlar qanunla nəzərdə tutulmuş çəkidən kənara çıxmasalar da, tez-tez gömrük işçiləri tərəfindən incidildiklərinə diqqət çəkirlər.
Yəqin ki hörmətli Aydın Əliyev cənabları qanunlardan xəbərdardır. Amma işçiləri yox. Ən azından görüntü ortadadır. Özü də hər gün...
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir