Eldar Mahmudovun əlindəki 2800 seks videoları ələ keçdi - Kimlərin görüntüləri var?
Sosial
Oxunub: 1 191
14 dek 2016 | 05:42
Eldar Mahmudovun əlindəki 2800 seks videoları ələ keçdi - Kimlərin görüntüləri var?











İlham İsmayıl: "Hakimiyyət üçün 2800 videodan 3-4-ü maraqlıdır, yerdə qalanları elə də əhəmiyyətli deyil”

Dövlət Təhlükəsizliyi Xidmətinin reket jurnalistlərə qarşı keçirdiyi əməliyyatlar maraqlı mənzərəni üzə çıxarıb. Ötən gün son dərəcə sensasion açıqlamalar verən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib ki, həmin jurnalistlər müəyyən vəzifəli adamlar, onların övladları ilə bağlı qeyri-qanuni videoçəkilişlər aparıblar və bununla əlaqədar pul tələb ediblər.

Bu son dərəcə sensasion açıqlamadan bir müddət öncə, daha dəqiqi, bu ilin iyununda MTN-in keçmiş zabiti Ərəstun Oruclu mətbuata müsahibəsində demişdi ki, Eldar Mahmudovun rəhbərlik etdiyi quldur dəstəsi təkcə sahibkarları soyub-talamayıb, eyni zamanda ölkənin tanınmış şəxsləri barədə şantaj xarakterli videomateriallar toplayıb. Ə.Oruclu bildirmişdi ki, Eldar Mahmudovun qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, ictimai fəalları və digərlərini şantaj etmək üçün gizli çəkilişlər var və konkret rəqəm də açıqlamışdı: 2800 seks video CD-ləri. Yəni iddia etmək olar ki, bu seks videoları elə E.Mahmudovun əlində saxladığı şantaj materialları da ola bilər.

Keçmiş MTN polkovniki İlham İsmayıl "Yeni Müsavat”a açıqlamasında deyib ki, şantaj videolarının sırf pul qazanmaq üçün çəkildiyinə şübhə etmir: "Hakimiyyət üçün 2800 videodan 3-4-ü maraqlıdır, yerdə qalanları elə də əhəmiyyətli deyil. Nə olacaq həmin videolarda? Kiminsə uşağı hansısa bir yerdə kef edir, vəssalam. Mümkündür ki, 3-4 videoda yüksək vəzifəli şəxs var və bu kifayət qədər böyük kompromatdır, qalanları isə maraqlı deyil. Dövlət Təhlükəsizliyi Xidməti sədrinin elə açıqlamasından da hiss olunur ki, tutulanlar pul qazanmaq üçün şantajla məşğul olublar. Proses bu məsələlərin açılmağa doğru getdiyini söyləməyə əsas verir. Əllərində həmin videoları saxlayanlar da bilirlər ki, bundan o yana gizli çəkdikləri videolar elə də əhəmiyyət daşımayacaq. Yəni fərdlərin şantajı maraqlı deyil. Hansısa nazirin oğlunun və ya digər bir yaxınının seks videosunun olması bilinsə nə dəyişəcək ki? Yəni cəmiyyət üçün də belə videoların maraqlı olması uzağı 1 gündür, növbəti gün keçib gedəcək. Əllərində rezonans doğura biləcək 3-4 video ola bilər”.

"Həmin videoların rezonans doğurmasını şərtləndirən hansı məqamlar ola bilər” sualına İ.İsmayıln cavabı belə oldu: "Baxır o videolarda hədəfdə kimdir. Hər kəsin bir çəkisi var. Elə şəxs ola bilər ki, onun siyasi çəkisi var. Elə şəxs də ola bilər ki, nüfuz çəkisi var, cəmiyyətdə tanınır. Bu mənada belə şəxslərin videoları rezonans doğura bilər. Yoxsa ayrı-ayrı fərdlərin seks videoları kimə maraqlı ola bilər? Ehtimal edirik ki, bu gün Eldar Mahmudov tutulmursa, bəlkə əlində elə videolar var ki, hələ ki onların yayılmasından çəkinirlər. Bu günə qədər Eldar Mahmudov həbs edilməyibsə, çox rahatdırsa, deməli, ortada çəkinəcək bir şeylər var. Bu da bir müddət ola bilər. Sonra nə baş verəcəyini proqnozlaşdırmaq çətindir”.

İ.İsmayıl Eldar Mahmudovun reket mətbuatdan istifadəsinin səbəbinə də aydınlıq gətirdi: "Məqsəd lap əvvəldən kimisə ”verbovat" edib dövlətə işlətmək, dövlətin təhlükəsizliyini təmin etmək olmayıb. Kompromateriallar yalnız və yalnız pul almaq, varlanmaq, rüşvət, korrupsiya əlaqələrini genişləndirməyə vasitə olub. Reket mətbuatdan "verbovka” üçün yox, yalnız pul qazanmaq üçün istifadə ediblər. Bu videoları çəkən reket jurnalistlər və keçmiş MTN əməkdaşları pul qazanıblar".

İ.İsmayıl deyir ki, reket jurnalistlərin həbsi keçmiş MTN rəhbərliyinin həbsinə yol aça bilər: "Keçmiş MTN işçisi ilə reket jurnalistin xarakterindəki möhkəmlik eyni deyil. Həqiqətən də istintaqa kiməsə çıxmaq lazımdırsa, buna gedəcəklər. İstintaqa maraqlı deyilsə, üstündən keçəcəklər. Özləri üçün biləcəklər, amma maraqlı olmadıqda üstündən keçəcəklər”.
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir