Ziya Məmmədovun milyonlara sahib müşavirinin dəhşətli cinayətləri gizlədilir - FAKTLAR
Nazirin keçmiş müşaviri jurnalistləri zaldan çıxartdırdı.
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Çingiz Baxşıyevin nümayəndəsi vəsatət verərək jurnalistlərin prosesdən çıxarılmasını istəyib. O vəsatətini müvəkkilinin ailə və peşə sirlərinin mətbuatda işıqlandırılması ilə əsaslandırıb və bunun yolverilməz olduğunu deyib.
"Ötən prosesdə də Cingiz Baxşıyevə qızılların haradan əldəe dilməsi ilə bağlı sual verildi. Çingiz Baxşyev isə bildirdi ki, Almaniyada və digər yerlərdə biznes fəaliyyəti ilə məşğiul olduğu zaman alıb. Bütün bu ifadələr isə mətbuatda olduğu kimi yer aldı. Bu isə onun kommersiya sirrinin qorunmasıdır. Həmçinin bu gün zərərçəkmiş şəxs qismində Çingiz Baxşıyevin qızları ifadə verəcək. Bu zaman ailədaxili məsələlər, Çingiz Baxşıyevin qızları və kürəkənləri ilə münasibətləri açıqlanacaq. Bu məsələlərin mətbuata çıxarılması onun ailə sirrinin yayılmasıdır” – deyə vəkil bildirib.
Təqsirləndirilər R.Əhmədovun vəkili Adəm Məmmədov isə vəsatətə etiraz edib. O bildirib ki, məhkəmədə mənimsəmə cinayətinin araşdırılır. "Burada heç bir biznes və ailə sirrindən söhbət getmir. Çingiz Baxşıyev ictimaiyyətdə kifayət qədər tanınmış şəxsdir. Həmçinin mənimsənildiyi iddia edilən qızılların məmləği böyük olduğu üçün cəmiyyətdə bu prosesə maraq var. Əgər bu məhkəmə prosesi qapalı keçirilərsə, ictimaiyyətdə belə bir rəy yaranacaq ki, böyük imkanlara malik olan Çingiz Baxşıyevin bu işə təsiri var. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayacaq. Prosesin qapalı keçirilməsinə heç bir əsas görmürəm” – deyə vəkil bildirib.
Qarşı tərəfin nümayəndəsi replika hüququndan istifadəe dərək bildirib ki, mətbuatda məhkəmə prosesindən yazılan yazılarda bəzi şəxslərin adı hallandırılır. "Halbuki həmin şəxslərin məsələyə heç bir aidiyyatı yoxdur” – deyən nümayəndə məhkəməyə saytlarda gedən yazıların fotosurətini təqdim edib.
Zərəçəkən Çingiz Baxşıyev isə bildirib ki,hələ məhkəmə prosesi başlamamışdan əvvəl onun adı bu cinayət işi ilə bağlı mətbuatda çəkilməyə başlayıb. "Bütün bunları vəkil Adəm Məmmədov təşkil edir. O çalışır ki, bu məsələdə mənim özümü təqsirli çıxarsın. Buna görə də mətbuata barəmdə yazılar verir”.
Hakim zərərçıkmiş şəxsə vəkil barəsində bu cür ifadələr işlətməməsi ilə bağlı xəbərdarlıq edib.
Yerində müşavirə edən hakimlər vəsatəti təmin edərək, hökm oxunana qədər prosesin qapalı keçirilməsi barədə qırarı elan edib. Daha sonra jurnalistlər məhkəmə zalından çıxarılıb.
Xatırladaq ki, R. Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə və onun qızlarına məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirməkdə ittiham olunur. İttihama əsasən Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızıl-zinət əşyalarını, qızıl sikkələri, qızıl manetləri ələ keçirib. Çingiz Baxşiyev Nəqliyyat nazirinin müşaviri olmazdan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.
Bu cinayət işinin məhkəmə istintaqı mətbuatda işıqlandırılarkən zərəçəkmiş şəxsin nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olması xatırladılır. Ehtimal etmək olar ki, məhz bu amil prosesin qapalı keçirlməsinin səbəblərindən biri olub. (bizimyol.info)
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir