Nərimanov rayon gəncləri deputatla görüşdü - Fotolar
Nərimanov rayon gənclərinin Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu ilə görüşü keçirilib.
17 noyabr 2016-cı il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında Açıq söhbət layihəsi çərçivəsində Milli Məclisin deputatı, Yeni Azərbaycan qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu ilə Nərimanov rayon gənclərinin görüşü keçirilib.
Görüşdə ilk öncə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək Milli Məclisin deputatını və fəal gəncləri salamlamış, tədbir iştirakçılarını "17 noyabr – Milli Dirçəliş Günü” və tələbələri "Beynəlxalq Tələbə Günü” münasibəti ilə təbrik etmiş, Hikmət Babaoğlunun həyat və fəaliyyəti, eyni zamanda İdarənin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat verib. İdarə rəisi çıxışında bu cür görüşlərin artıq bir ənənə halı aldığını və bu gün gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd edib.
Çıxış edən Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu Azərbaycanda dövlət quruculuğu və idarəetmə qaydalarından söz açaraq 90-cı illərin əvvəllərində ölkə ərazisində yaranmış etnik və regional separatçılıq meyllərindən danışıb.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə azərbaycançılıq ideologiyasının hakim mövqeyə qalxdığını və bu ideologiyanın ölkə ərazisində yaşayan hər bir fərdi Azərbaycan dilinə, mədəniyyətinə, mənəviyyatına sahib çıxmağa sövq etdiyini bildirib.
Hikmət Babaoğlu qeyd edib ki, hər bir xalqın gələcəyi onun gəncliyidir və gəncliyin kimliyi, keyfiyyəti əslində o xalqın gələcək kimliyini formalaşdıran keyfiyyətlərdir. Bu gün Azərbaycanda milli maraqlara xidmət edən daxili və xarici siyasətin yürüdüldüyünü də vurğulayan H.Babaoğlu ölkəmizin multikulturalizm modelindən söz açaraq multikulturalizmi birləşdirici vasitə kimi dəyərləndirib.
Azərbaycanda "Multikulturalizm ili” nin elan olunduğunu və bunun yalnız ölkəmiz üçün deyil, həm də beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin fonunda ölkəmiz bir çox uğurlara imza atıb. Hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır.
Daha sonra Milli Məclisin deputatı gəncləri maraqlandıran sualları cavablandırıb.
Sonda Nərimanov rayon gənclərinə ictimai fəaliyyətdə göstərdiyi diqqət və qayğıya, onların layihələrini hər zaman dəstəklədiyinə görə Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu "Gənclərin dostu” adlı Fəxri Fərmanla təltif olunub.
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir