DİN əsgərlikdə olmuş hündürboy gənclərə müraciət etdi
Müsabiqəyə 135 vəzifə elan edilir
Daxili işlər naziri general-polkovnik Ramil Usubov polis olmaq istəyən şəxslərin işlərinə baxacaq. DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, dekabr ayının 10-da saat 9.00-da, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Bakı şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Çevik Polis Alayında sıra baxışı keçiriləcək.
Məlumatda qeyd olunur ki, sıra baxışında yalnız Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnaməyə uyğun olaraq yaşı 20 ilə 25 arasında, boyu 175 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Bildirilir ki, müsabiqəyə Bakı şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan post-patrul xidməti nizami hissələri üzrə 135 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloci gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcəkdir.
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi