Sürüşən və çat verən bina (FOTO)
Bakı şəhərinin Füzuli küçəsi 39 ünvanındakı sürüşdürülən tarixi (Hacıniskinin evi kimi tanınan tikili nəzərdə tutulur - red.) binada çatlar yaranıb.
Bu barədə ANS PRESS-in “qaynar xətti”nə bina sakinləri məlumat veriblər. Sakinlər bildiriblər ki, yaranan problem onları narahat edir.
Şikayət daxil olandan sonra həmin ünvana yollandıq. Müşahidələrimiz zamanı gördük ki, həqiqətən də Fizuli küçəsi 39 ünvanında yerləşən və xüsusi əməliyyat nəticəsində 10 metrəyədək sürüşdürülən bina ilk görünüşdən təmir olunmuş təəssüratı yaratsa da Binadakı müxtəlif həcmdə çatlar açıq aydın görunur. 32 ailənin yaşadığı binanın daxilindəki vəziyyəti də ürək açan deyil.
Qeyd edək ki, ötən il sürüşdürülmə prosesi binanın alt hissəsinə yerləşdirilən 210 ədəd hidravlik qurğunun köməyi ilə həyata keçirilmişdi. Saatda 8 sm sürüşdürülən bina hələ 1908-ci ildə neft maqnatları İsa və Kazım bəy Hacınski qardaşları tərəfindən inşa olunub. Onun sürüşdürülməsində məqsəd tarixi memarlıq nümunəsi kimi qorunması və Fizuli küçəsinin genişləndirilməsi idi.
Bakı şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən sürüşdürmə işləri yekunlaşandan sonra binanın yaşayış üçün yararlı olması barədə rəy də alınmayıbmış. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintiyə nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov isə ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, əvvəldən problemli olan bina sürüşdürüləndən sonra daha da təhlükəli ola bilər.
“Elə əvvəldən həmin binada problemlər vardı. Həmin istiqamətdə yeraltından metro keçir. Sakinlər binanın titrəməsindən şikayətlənirdilər. Lakin bina sürüşdürüləndən sonra bizim tərəfimizidən binaya baxış keçirilmədi. Amma bizdən rəy almayıblar. Heç biz bu barədə müraciət də olunmayıb”, - deyə Xalid Nəcəfov bildirib.
Nazirlik rəsmisi deyir ki, binanın sürüşdürülməsi məsələsini heç əvvəldən də dəstəkləməyib: “Mən həmin dövrdə binanın sürüşdürülməsinin əleyhinə idim. Mən təklif edirdim ki, həmin binanın şəklini çəkək. Daşlarını götürək. Sonra binanı sökək və yerində həmin binanın eynisini tikək. Əslində dünya praktikasında tikilinin sürüşdürülməsi kimi praktika var. Moskvada Qorki küçəsində yerləşən bir binanı camaat yaşaya-yaşaya sürüşdürüblər. Bu üsul var. Lakin bizdə bunu necə ediblər, bunu Allah bilir”.
Ekspertlərin fikrincə yaxşı olardı ki, həmin binada möhkəmləndirmə işləri aparılsın və bina mütəmadi olaraq nəzarət altında olsun Azərbərpa elmi-tədqiqat layihə institutunun memarı Telman Kərimlinin ANS PRESS-ə verdiyi məlumata görə, əsas odur binanın özülündə problem olmasın.
“İndi binadakı çatlar yoxlanılmalıdır. Yaranmış problemlər aradan qaldırılmalıdır. Çatlar möhkəmləndirilməlidir. Bina mütəmadi olaraq nəzarətdə olmalıdır”, - deyə Telman Kərimli bildirib.
Mütəxəssislərin əksəriyyəti isə düşünürlər ki, əgər paytaxtda güclü təkanlar olarsa, binada dağıntılar ola bilər. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Tahir Məmmədli ANS PRESS-ə açıqlamasında bildirib ki, Bakıda 7-8 bal gücündə zəlzələ olarsa, sürüşdürülən binada böyük problemlər yarana bilər.
“Bakıda çox güclü təkan olarsa, bir çox köhnə binalar dağılacaq. Çox güman ki, elə bu sürüşdürülən binanın da aqibəti yaxşı olmayacaq”, - deyə Tahir Məmmədli vurğulayıb.
Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Bakı meriyasından bildirildi ki, yaranmış təşvişə ehtiyac yoxdur. Vurğulanıb ki, sürüşdürülən binaya mütəxəssislər baxıblar və rəy veriblər. Bildirilib ki, binadakı çatlar genişlənən deyil. Bu səbəbdən də, həyəcanlanmağa əsas yoxdur.
FOTO: Polad Qasımov
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI