Azərbaycanda bu biznesmenin dövlətə milyonluq borcu var: amma heç kim ona toxuna bilmir
Sosial
Oxunub: 1 003
1 noy 2016 | 15:23
Azərbaycanda bu biznesmenin dövlətə milyonluq borcu var: amma heç kim ona toxuna bilmir













Vergilər nazirliyi vergi borcuna görə ölkədən çıxışına yasaq qoyulan şəxslərin siyahısını genişləndirib.
Hərəkət azadlığı məhdudlaşdırılanlar arasında «Akkord» şirkətlər qrupuna daxil olan daha bir şirkətin - «Property İnvestments» MMC-nin direktoru Fariz İbrahimlinin də adı var.

Ötən il qurulan bu şirkətin dövlət büdcəsinə ödəniləsi 227 min 243 manat borcu var. Şirkətdən deyiblər ki, borc əmlak vergisi üzrə yaranıb və hissə-hissə ödənilməkdədir.

«Property İnvestments» MMC-nin mülkiyyətində ümumi sahəsi 1033 avtomobillik yeraltı dayanacaq, 323 qeyri-yaşayış və 213 anbar sahəsı var. «Akkord» korporasiyasının Bakıda tikdiyi 9 yaşayış kompleksindəki 77 min kvadratmetrlik əmlakı bu şirkət idarə edir. Həmin əmlaklar icarəyə verilməkdədir.

Ötən ilin martında qurulan şirkətin təsisçiləri «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC və Əfqan Süleymanovdur. Qurularkən onun kapitalı 70 milyon manat müəyyənləşdirilmişdi. Sonradan kapital 22,5 milyona, ötən həftə isə təxminən 9 milyon manata salınıb.
Bir müddət öncə Vergilər Nazirliyinin «qara siyahısı»nda korporasiyanın başqa bir müəssisəsi – «Akkord Beton» MMC də vardı. Bir ay ərzində şirkət borcun (448 min 636 manat) əsas hissəsini ödəyib.

Hazırda borc 158 min 386 manatadək azalıb. Bu şirkətin direktoru Uğur Babayevin ölkədən çıxmasına qoyulan qadağa isə Yasamal rayon məhkəməsinin qərarı ilə götürülüb. «Akkord Beton» MMC-nin özünə gəlincə, bu qurum, «HGC Group» MMC-yə (Qazax sement zavoduna) qoşulub.

Borcu 2 milyona çatır, amma sərbəst gəzir

Vergilər nazirliyi korporasiyanın və onun bir çox törəmə şirkətinin vergi borcunun olmadığını bildirir.
Amma onun iştirakı ilə yaradılan şirkətlərin bəzisi vergiləri vaxtında ödəmir. Məsələn, «Akkord Hydrotechnical Construction Company» MMC-nin borcu 1 milyon 944 min 242 manat, «Akkord Nəqliyyat» MMC-nin – 238 min 592 manat, «Akkord Mərmər Qranit» MMC-nin – 141 min 946 manat, «Akkord Steel Construction Company» MMC-nin – 59 min 654 manat, «Bakı-Əhəng» ASC-nin – 128 min 169 manatdır. Bu şirkətlərin rəhbərlərinə ölkədən çıxma qadağası yoxdur.
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi