Ərə verilən azyaşlı qızların dərdi
İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları erkən nikah probleminə həsr edilmiş tədbirdəBakının Suraxanı rayonunda "Erkən nikah və onun fəsadları" mövzusunda tədbir keçirilib. ANS PRESS-in məlumatına görə, tədbirdə dövlət qurumlarının nümayəndələri, orta məktəblərin yuxarı siniflərində oxuyan qızlar və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları da qatılıblar.
Aparatın əməkdaşı Yeganə Cəfərova çıxış edərək, Ombudsmanın erkən nikah məsələləri ilə bağlı aidiyyəti qurumlara verdiyi təklif və tövsiyələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, Müvəkkil və nümayəndələri vətəndaş cəmiyyətinin üzvləri ilə birlikdə bölgələrdə, ucqar kəndlərdə yaşayan qadınlar üçün qadın sahibkarlığı, gender bərabərliyi, məişət zorakılığı, insan alveri və erkən nikahlar mövzusunda maarifləndirici seminar və məşğələlər təşkil edir, intensiv maarifləndirmə işi aparırlar. Nəticədə minlərlə qadın öz hüquqları barədə bilgilər əldə edir və bununla da onların cəmiyyətdəki fəallığı artır.
Y.Cəfərova qeyd edib ki, Müvəkkil erkən nikah hallarının aradan qaldırılması məqsədilə maarifləndirmə işlərinin aparılmasını, televiziya kanallarında sosial roliklərin verilməsini təklif edib. Ombudsman həmçinin polis və prokurorluq orqanları tərəfindən bu cür hallarla rastlaşdıqda Cinayət Məcəlləsinin 152-ci maddəsinə müvafiq olaraq, azyaşlı qızla ailə quran şəxsin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müvafiq qurumlara tövsiyələr verib.
Bildirilib ki, erkən nikah halı baş verdikdə ailə quran həmin qızlar təhsildən kənarda qalır, onların sağlamlığına ziyan dəyir, gələcəkdə öz maddi müstəqilliyini təmin edə bilmirlər, bir çox hallarda isə bu, həm özlərinin və körpələrinin hüquqlarının pozulmasına gətirib çıxarır. Bunun isə qarşısını almaq üçün sahə müvəkkilləri azyaşlı qızla ailə qurmaq istəyən şəxsə, onların valideynlərinə oğlanın ailə qurduqdan sonra qanunvericiliyə əsasən cinayət məsuliyyəti daşıdığını izah etməli və digər qabaqlayıcı tədbirlər görülməli, geniş maarifləndirmə işi aparılmalıdır.
Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən tədbirdə Ombudsman təsisatının hüquqi nəşrləri də sərgilənib. Müvəkkilin nümayəndəsi aktual məsələyə həsr olunmuş mövzunun müzakirəsinə görə təşəkkür edib, belə tədbirlərə yalnız qızları deyil, oğlanları və ümumən, valideynləri də dəvət etməyin məqsədəuyğun olduğunu bildirib.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI