Bizi bu bəladan kim xilas edəcək? - Səssiz ölüm
Hələ qış fəsli gəlməsə də, hər gün dəm qazından zəhərlənmə hadisələri ilə bağlı xəbərlər yayılmaqdadır.
Bu zəhərlənmələr əksər vaxt ölümlə nəticələnir. Ən dəhşətlisi isə odur ki, bu faciəyə insanlar ailəlikcə məruz qalır. Məsələn, ötən günlərdə Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. Göygöldə baş verən hadisə isə daha faciəvi nəticə ilə sonlanıb. Ana və iki yaşlı qızı zəhərlənmədən dünyasını dəyişib. Şəmkirdə də qaynana və gəlin evin vanna otağında dəm qazından zəhərlənib. Nəticədə qaynana dünyasını dəyişib.
Ölkəmizdə yol terroru qədər havalar soyuyan kimi can alan dəm qazı terrorundan necə xilas ola bilərik? Bu məsələdə məsuliyyət insanların yoxsa qurumların üzərinə düşür? Nəzarət mexanizmi necə olmalıdır?
“Qafqazinfo” bu suallarla “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevə müraciət edib. İ. Kərbalayev qeyd edib ki, təmsil etdiyi qurum evlərdə tüstü bacaların yoxlanılmasına nəzarət etmir: “Yəni “Azəriqaz” mənzil daxili qaz xətlərinə texniki baxışı həyata keçirmir. Bu səlahiyyət artıq Fövqəladə Hallar Nazirliyinin və qaza nəzarət idarələrinin səlahiyyətindədir. Bununla belə biz dəm qazından zəhərlənmə ilə bağlı maarifləndirici tədbirlər keçiririk. Bununla bağlı əhali kütləvi informasiya vasitələrində reklam rolikləri vasitəsilə məlumatlandırılır. Regionlarda qaz açılışları zamanı ictimaiyyətə təbii qazdan istifadə qaydaları barədə məlumatlar verilir. Bununla bağlı aiddiyyatı qurumlar tərəfindən videoçarxlar da mütəmadi olaraq göstərilir”.

Qaz problemləri üzrə ekspert Nüsrət Qasımov “Qafqazinfo”ya açıqlamasında problemindən çıxış yollarını təklif edib. Bildirib ki, bununla bağlı ayrıca Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmalıdır: “Bu cəmiyyət əhalinin sifarişi əsasında ya pullu, ya da pulsuz şəkildə mənzillərdə tüstü bacaların qurulmasını təmin etməli, onu təmizləməli, mütəmadi olaraq yoxlamalıdır.
Ancaq bizdə məsələni başqa cür həll etdilər. Səalhiyyəti “Azəriqaz”dan alıb Fövqəladə Hallar Nazirliyinə verdilər. Nəticədə heç nə dəyişmədi. Nə qədər maaarifləndirmə işləri aparılsa da , nəticəyə müsbət təsir etmir. İnsanların şüur səviyyəsi o dərəcəyə çatmayıb ki, verilən qanunlara hörmət etsinlər. Səhlkənkarlıq, özbaşınalıq, nəzarətsizlik nəticəsində bu cür vəziyyət əmələ gəlir”.
Ekspert bildirib ki, zəhərlənmələrin 90 faizi vanna otağında, 10 faizi isə yataq otağında baş verir: ““Azəristiliktəchizat” oturub gözləyir ki, noyabrın 15- i gəlsin, Bakı Şəhər İcra Hakimiyyəti qış rejiminə keçidlə bağlı sərəncam versin. Bu sovetdən qalmış metoddur. Bu gün soyuqdur, əhali isinmək üçün niyə noyabrın 15-ni gözləməlidir? Hələ 15- də sərəncam veriləcək, noyabrın axırına kimi hazırlıq işləri gedəcək, dekabrdan əhali istlilik ala biləcək.

Camaat da belə olanda isinmək üçün müxtəlif üsullara əl atır. Hava nə vaxt soyumağa başladısa sərəncam verilməlidir. O zaman palto, batinka geyməyək ki, hələ sərəncam yoxdur? Bu nə qədər məntiqə uyğundur?”.
N. Qasımov təhlükəsizlik qaydalarına da əhalinin səhlənkar yanaşdığını vurğulayıb: “4 gözlü peçin üstünə ütü, köhnə dəmir, kərpic qoyurlar. Cihazlar da düzgün işləmir. 1 kubmetr qazın yanması üçün cihazda 9,5 kubmetr hava qarışığı olmalıdır. Bu proporsiya gözlənilməyəndə iki karbon qarışığı ayrılır. Karbon monoksiddən otağa 0,1 faiz dəm qazı yığılarsa, artıq 7 dəqiqə ilə 30 dəqiqə arasında otaqda kim nəfəs alırsa zəhərlənmə baş verir.
Sobanı gecə yanılı qoyub yatırlar. Külək əsir, qazı keçirdir, tüstü bacası da düzgün işləməyəndə qazı otağa doldurur.
Hamamda da cihazı düzgün quraşdırmırlar. Hamı nəzarət edir, ancaq iş görən yoxdur. Hamamın hündürlüyü 2 metr 20 sm olmalıdır. Qapısı bayıra açılmalıdır. Qapının aşağısında deşiklər olmalıdır ki, təmiz hava daxil olub yanma prosesinə kömək etsin. Çimən adamlarda asma, infarkt xəstəliyi, ürək-damar pozğunluğu olarsa, həmin şəxslər dəm qazında daha tez boğulurlar.
Evlərdə qanunsuz o qədər işlər görüblər ki, qaz işçilərini də evə daxil olmağa qoymurlar. Rezin, plastik turbalarla qaz çəkirlər. Qazanı qazın üstünə qoyub seriala baxırlar, qonşularla danışırlar, telefon oynadırlar. Qazı heç bir halda nəzarətsiz qoymaq olmaz. Qaz onun standartlarına hörmət etməyib pozanları sərt şəkildə cəzalandırır”.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov isə görülən işlər barəsində yalnız rəsmi sorğu göndəriləcəyi halda məlumat veriləcəyini bildirib...
Günel Türksoy

Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi