16 saylı uşaq poliklinikasında arayış maxinasiyaları
Sosial
Oxunub: 1 243
24 okt 2016 | 15:04
16 saylı uşaq poliklinikasında arayış maxinasiyaları





Baş həkim Sevda Vəzirova boşanmış xanımın keçmiş həyat yoldaşı ilə anlaşmaya gələrək, onların övladına arayış verməkdən imtina edib

Qəzetimizin ötən saylarında biz dəfələrlə respublikamızın səhiyyə sistemində yer almış neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc etmişik. Məlum olduğu kimi bu gün ölkənin səhiyyə sistemində həyata keçirilən əsaslı islahatlar Azərbaycanın bu sahədə beynəlxalq standartlar səviyyəsinə yaxınlaşması məqsədini güdür. Lakin etraf etməliyik ki, bütün bu mütərəqqi tədbirlərə baxmayaraq, ümumilikdə ölkənin səhiyyə sistemində vəziyyət hələ də ürək açan deyildir. Redaksiyamıza yeni daxil olan məlumatlarda isə, Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 16 saylı uşaq poliklinikasında yer almış bəzi neqativ hallardan bəhs olunur. Məlumatları təqdim edən mənbə baş həkim Sevda Vəzirovanın rəhbərlik etdiyi bu poliklinikada vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bildirir. Açıqlamada iddia olunur ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin pulsuz olması qanunla nəzərdə tutulduğu halda, 16 saylı poliklinikaya öz uşaqlarını gətirən valideynlər burada baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Belə ki, pul almadan poliklinikanın həkimləri uşaqları nə əməlli müayinədən keçirmir, də onlara doğru-dürüst müalicə təyin etmirlər.

Həmçinin 16 saylı uşaq poliklinikasında yaranmış vəziyyətdən şikayətlənən digər şəhər sakini isə, bu tibb müəssisəsinin rəhbərliyini həm də uşaqlara sağlamlıq haqda arayışların verilməsilə bağlı maxinasiyalar törətməkdə ittiham edir. Redaksiyamıza müraciət etmiş Kazımova Zəhra İsa qızı bu barədə öz müraciətində yazır: “16 saylı uşaq poliklinikasında arayışların verilməsi əsil kommersiya fəaliyyətinə çevrilib. Bu yaxınlarda poliklinikaya övladıma sağlamlıq haqqında arayış almaq üçün müraciət etmişəm. Baş həkim Sevda Vəzirova isə, bu arayışı verməkdən imtina edir. Bəhanə kimi də bunu göstərir ki, mən bir müddət bundan əvvəl ərimdən boşanmışam və hazırda bu rayonda qeydiyyatda deyiləm. Amma məsələ bundadır ki, oğlum anadan olandan biz bu poliklinikanın ərazisində yaşamışıq. Digər əraziyə isə, az müddət əvvəl köçmüşük. Həmçinin yeni yaşayış yerində də hələlik qeydiyyata düşməmişik. Amma sonradan mənə məlum oldu ki, Sevda Vəzirova sadəcə olaraq keçmiş həyat yoldaşımın sifarişinə əməl edərək məni incidir. Belə ki, keçmiş həyat yoldaşım Kazımov Zaur Vaqif oğlu əslində mənim razılığım və hətta məhkəmədə iştirakım olmadan, məni aldadaraq boşanmağımıza nail olub. İndi isə, hər hansı bir sənəddən, ondan aliment və ya hər hansı digər təzminat almaq üçün istifadə edə biləcəyimdən qorxur. Buna görə də o, baş həkim Sevda Vəzirova ilə anlaşaraq, mənim oğluma arayış almağımı əngəlləyib...”

Əldə etdiyimiz digər bir məlumatda isə, Sevda Vəzirovanın həyata keçirdiyi dərman maxinasiyalarından bəhs olunur. Bu barədə açıqlamada deyilir: “Hövsan qəsəbəsində yerləşən 16 saylı uşaq poliklinikasının baş həkimi övladlarımızın səhhətini özünün biznes subyektinə çevirib. Belə ki, Sevda Vəzirova müxtəlif dərman firmaları ilə anlaşaraq, onlara öz məhsullarını satmaqda yardımçı olur. Bu məqsədlə, poliklinikaya müraciət edən xəstə uşaqlara məhz konkret seçilmiş şirkətlərin ölkəyə idxal etdikləri dərman preparatları təyin olunur. Bunun müqabilində isə, baş həkim həmin şirkətlərdən aylıq pul alır.

Sevda Vəzirova hər bir dərman firmasından təklif olunan dərmanların hər çeşidinə görə ayda 10 manat pul tələb edir. Belə ki, bir firma 10 adda dərmanın reklamını və yayılmasını istəyirsə, bunun müqabilində 100 manat pul ödəməlidir. Baş həkimin anlaşdığı şirkətlərin adları və dərmanların siyahısı da poliklinikanın bütün həkimlərinə paylanılıb. Həmin siyahıda qeyd olunmamış dərmanın poliklinikada istifadəsi və xəstəyə təyinatı qəti qadağandır...”

Qarşı tərəfi də dinləməyə hazırıq.
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi