Çalışın, ehtiyatlı olun!
Sosial
Oxunub: 1 443
28 okt 2014 | 13:54
Hələ qış fəsli gəlməsə də artıq dəm qazından zəhərlənmə hallarına rast gəlinir. Daha çox havaların soyuq keçdiyi dövrlərdə baş verən bu hal qaza olan tələbatın artması və qaz cihazlarından düzgün istifadə edilmədikdə, eləcə də təhlükəsizlik tədbirlərinə riayət olunmadıqda baş verir. Mütəxəssislər bu fikirdədir. Dəm qazından boğulma hallarına və partlayışlara daha çox hamam otaqlarında rast gəlinir. Ümumilikdə həyət evləri və binadakı mənzillər olsun, hadisənin baş vermə səbəbləri müxtəlif cür izah edilir. Nəyin necə baş verməsindən asılı olmayaraq qeyd edək ki, bu son nəticədə ciddi travma və ölümə səbəb olduğundan vətəndaşlar ehtiyatlı olmalı, qaz cihazları təhlükəsiz, tüstübacaların təmiz, eləcə də nəfəsliklərin açıq olmasına nəzarət etməlidirlər. Təbii ki, aidiyyatı qurumların da bu işdə rolu təhlükəsizliyin təminatı baxımından az deyil.

Havalar soyuduqca dəm qazından zəhərlənmə halları da artır. Buna misal olaraq gün ərzində aidiyyatı qurumların yaydığı məlumatları göstərmək olar. Statistika Komitəsində dəm qazından zəhərlənərək dünyasını dəyişən insanların statistikası olmasa da, mətbuatda bu haqda məlumatlar yetərincədir. Hər il yüzlərlə insanın ölümünə və ya zəhərlənməsinə səbəb nədir?

Düzdür bu tip halların qarşısını vaxtında almaq üçün aidiyyatı orqanlar tərəfindən qabaqlayıcı tədbirlər görülür. Lakin lazımi nəticəni əldə etmək hələ mümkün olmur. Həqiqətən bu sahədə vəziyyət heç də ürək açan deyil. Qarşıdan yenə qış gəlir və dəm qazından zəhərlənmə və ölüm halları, eləcə də ehtiyatsızlıqdan baş verə biləcək partlayışların olması istisna deyil. Odur ki, vətəndaşların belə hallarla qarşılaşmaması üçün adiyyatı qurumlar tərəfindən nə kimi tədbirlərin görülməli olduğu ilə maraqlandıq. Ən başlıca məsələ binalarda tüstübacaların işlək vəziyyətdə olmasını təmin etməkdir. Çünki bina evlərində təhlükəsizliyin təminatı üçün tüstü bacaların vaxtında təmizlənməsi baş verə biləcək faciənin qarşısını alan ilk amildir. Bu işi isə görməli olan qurum Mənzil İstismar sahələridir. Lakin bu sahədə vəziyyət elə də ürəkaçan deyil. Yəni tüstübacaların təmizlənməsi üçün vəsait çatışmazlığı çətinliklər yaradır. Baxmayaraq ki, Sovetlər Birliyi dönəmində konkret olaraq mənzillərin qışa hazırlığı çərçivəsində xüsusi müəssisə fəaliyyət göstərirdi ki, bu da bir başa binaların tüstü bacalarının təmizliyinə cavabdehlik daşıyırdı. Bu gün isə belə bir qurum yoxdur. Ona görə də, binalarda bu istiqamətdə görülməli olan işlər mənzil istismar sahələrinin daxili imkanları hesabına həyata keçirilir. Bu isə tam olaraq əhatəli olmur.

İsmayıl Daşdəmirov- Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühəndisi: Bilirsiz bu məsələ bizdə bir balaca çətinlik yaradıb. Əvvəllər qış aylarında vətəndaşların mənzillərindəki tüstü bacalarınını təmizlənməsi üçün xüsusi birqadalar var idi. Həmin quruma vəsait köçürülürdü və həmin qurum verilən ünvanlara gedib təmizləyirdi. Bir neçə ildi artıq bu yoxdu. Buna baxmayaraq mənzil istismarı idarəsi daxili imkanlar hesabına bu işləri yerinə yetirir.

Daxili imkanlarla yanaşı Gəncədə binaların dam örtüyünün yenilənməsi tüstübacaların təmizlənməsinə müsbət tərəfdən təsirini göstərib. Belə ki, binaların damının mansard üslubunda dəyişdirilməsi zamanı mövcud tüstübacalar da təmizlənərək təhlükəsiz vəziyyətə gətirilib. Elə şəhər sakinləri də apardığımız sorğu zamanı bunu təsdiqlədilər.

Ağəli Hüseynov- Gəncə sakini: "Bu yaxınlarda briqada gəldi təmir elədi binanın uçan yerlərini tüstübacaları tam təmizlədi".

Rəşid Məmmədov- Gəncə sakini: "Demoxodların hamısı tam düzəlib. Hamısı da normal işləyir.Təmizləyiblər və təmizləyirlər. Olmayanda özümüz də təmizləyirik".

Rauf İsmayılzadə- Gəncə sakini: "Qazımız yaxşı yanır. Yeni şiferlər vurublar. Tüstübacalar təmizlənib. Sağolsun hökümətimiz".

Digər bir məsələ isə vətəndaşlar tərəfindən tüstübacalara qızdırıcı cihazların, konkret desək qaz sobaları və su qızdırıcı cihazların qoşulmasıdır ki, bu da dövlət qurumları tərəfindən qəbul edilməz sayılır. Çünki binanın yuxarı mərtəbələrində yaşayanlar bu cihazların ifraz etdiyi dəm qazı ilə zəhərlənə bilərlər.
Nofəl Əhmədov- Gəncə Dövlət Regional Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru: "Dövlət yaşayış binalarının birinci mərtəbələrində yerləşdirilmiş qaz peçləri, su qızdırıcıları aşkar edilib. Nəticədə bu cihazlar qaz xəttindən ayrılıb və yerindəcə aktlaşdırılıb. Bir daha izahlar verilir ki, birinci mərtəbələrdə qazdan istifadə edilməsi qadağandır. Birinci mərtəbələrdə qaz təsərrüfatını yerləşdirib yuxarı mərtəbələrdəki insanların taleyini pis vəziyyətdə qoymaq olmaz".

Statistika göstərir ki, dəm qazından zəhərlənmə, ölüm, eləcə də partlayış halları tək bina evlərində deyil, elə həyət evlərində də baş verir. Burada isə tüstübacaların təmiz olub-olmaması ikinci plana keçir. Əsas diqqət yetirilməli olan məqam kimi havalandırma sisteminin düzgün qurulması və su qızdırıcı və isidici cihazların normalar daxilində olmasıdır. Əsas məsələ isə həyət evində və ya mənzildə yaşamasından asılı olmayaraq təhlükəsizlik qaydalarına riayət etməkdir.

Hüseyn Şirinov- Gəncə Qaz İstismar Sahəsinin Şöbə rəisi: "Tüstü bacalarln təımizlənməsi bir başa mənzil istismar sahələrinin üzərinə düşür. Biz tüstü bacaların işləyib işləməməsi ilə bağlı rəsmi məktub göndərilib. Mütəmadi şəkildə işlərimiz davam etdirilir. Mənzillərdə qaz sızmaları baş verərsə isə qəza xidməti 24 saat fəaliyyət göstərir və baş verə biləcək sızma halları aradan qaldırılır. Mən deyərdim ki, əgər belə hallar baş verərsə dərhal 104 saylı qəza xidmətinə zəng olunsun və problem aradan qaldırılacaq".

O ki qaldı qazla işləyən cihazların standartlara cavab verməsinə, burada da əsas məsuliyyət yenə də vətəndaşların üzərindədir. Belə ki, SMPDK əhaliyə müraciət edərək bildirir ki, təhlükəli hesab edilən xüsusilə də kustar üsulla hazırlanan cihazları almasınlar. Çünki dəm qazı təhlükəsinin ilk səbəbi dövlət standartlarına uyğun olmayan qaz sobalarından istifadədir. Odur ki, belə cihazlar alarkən diqqət etməli olduğumuz məqamlar var.

Fuad Şahverdiyev- SMPDK-nin Gəncə Regional Bölməsinin böyük məsləhətçisi: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Məhsulların sertifikatlaşdırılmasının mərhələlərlə tətbiqi barədə 343 saylı qərarı var ki, həmin qərarda qazla işləyən məişət cihazları məcburi sertifikatlaşdırılan məhsullar siyahısındadır. Əgər məhsul Azərbaycanda istehsal olunursa uyğunluq və ya digər ölkələrdən gətirilirsə tanınma sertifikatı olmalıdır. Bundan əlavə həmin məhsulların təhlükəsizliyi və quraşdırma qaydalarını əks etdirən təlimat kitabçaları da olmalıdır."

Bildirək ki, kimyəvi adı karbon monoksid olan dəm qazı yanacaq məhsullarının xaric olması üçün yer olmadıqda və ya həmin yer tutulmuş olanda natamam yanma nəticəsində əmələ gəlir. Dəm qazı qapalı şəraitlərdə təhlükəli olur. Əsasən oksigen çatışmazlığı üzündən baş verir. Yanma prosesi zamanı ayrılan dəm qazı rəngsiz, iysiz, dadsız olduğu üçün onun bəlirtiləri, demək olar ki, yoxdur. Sadəcə olaraq, həmin zaman ürək döyüntülərinin artması, baş gicəllənməsi və s. hiss edilə bilər. Ancaq bu, insana görə dəyişir və ola bilsin ki, elə də hiss edilməsin. Əgər kimsə zəhərləndiyindən şübhələnirsə, ən birinci açıq havaya və oksigenin çox olduğu bir yerə çıxmalıdır.Ona görə də istehlakçılar olaraq ilk növbədə özünüzə müraciət edirik: çalışın, ehtiyatlı olun.

http://kepeztv.az
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil