Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar “Nailiyyətlər və Uğurlar” adlı konfrans keçirilib
14 oktyabr 2016-cı il tarixdə Nərimanov rayonunda fəaliyyət göstərən “Premier Expo” otelində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar “Nailiyyətlər və Uğurlar” adlı konfrans keçirilib.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, Demokratik İslahatlar Partiyasının humanitar məsələlər üzrə müşavir Rövşən Nəcəfov,“Gənclər üçün Təhsil Mərkəzi” icraçı direktoru Fəxrəddin Həsənzadə, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, “Editor.az” saytın rəhbəri Fərid Şahbazlı, Azxəbər.com informasiya portalının rəhbəri Hacıbəy Heydərli, “Mənim təhsilim, mənim gələcəyim” kampaniyanın rəhbəri Rəşad Bayramov, Nərimanov rayonunda fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatlarının sədrləri və 100 nəfər fəal gənc iştirak etmişlər.
İlk öncə qonaqları salamlayan "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova 3 gün ərzində keçirilmiş Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar gənclər arasında “Müstəqil Azərbaycanım” mövzusunda bilik yarışmaları layihəsinin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki,layihənin əsas məqsədi dövlət müstəqilliyimizin 25 illiyi ilə əlaqədar olaraq gənclər arasında Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası və iqtisadiyyatı haqqında bilik yarışmasının keçirilməsidir. Eyni zamanda gənclərimizin bu istiqamtdə vətənpər ruhunda böyüməsi üçün öz vətənləri haqqında biliklərinin artırılması, həmçinin qimətləndirməsidir. Bununla yanaşı dövlətimizin 25 illik müstəqillik tariximizdə əldə olunan uğurlar, nailiyyətlər cəmiyyətdə təbliğ edilməsidir. Layihə üzrə vəzifə və məqsəd həm bilik yarışmasının keçirilməsi, eyni zamanda dövlət müstəqilliyimizin 25 illiyi ilə əlaqədar uğurlar və nailiyyətlərin təbliği, gənclərin dövlət müstəqilliyinə baxışının təhlil edilməsidir və vətənə bağlılığının artırılmasıdır. Bu baxımdan bu tədbirlərin keçirilməsi, layihənin məqsəd və vəzifələri sırf olaraq dövlət müstəqilliyimizin həm 25 illiyi ilə əlaqədar təbirin keçirilməsi, həmçinin gənclərimizin maarifləndirilməsi, bilik və bacariğının artırılmasına yardımçı olmuşdur. Layihənin əsas nəticələri gənclərimizin vətənpərvərlik ruhunda böyüməsinə yardımçı olmaq, gənclərin bilik və bacarıqlarının artırılması,gənclərin asüdə vaxtlarının səmərəli təşkili,gənclərin elmə, biliyə marağının artırılması, gənclərin biliklərinin bir daha qiymətləndirilməsi, gənclərin gələcəkdə özlərinin dahada təkminləşdirilməsi üçün yeni üsul və metodların axtarılması, Dövlət Müstəqiliyyimizin 25 illiyi ilə əlaqədar olaraq gənclərin öz töhfəsinin verməsi. Tələbə gənclərin formalaşması və cəmiyyətdə müstəqilliyimizin təbliğ edilməsi layihənin nəticələri sırasına qeyd etmək olar. Bununla yanaşı onudaq qeyd etmək lazımdır ki, bu layihənin nəticələri həm müstəqilliyimizin qeyd edilməsi, həmçinin 25 illik tarixə gənclərin baxışının öyrənilməsidir.
Sonra Demokratik İslahatlar Partiyasının humanitar məsələlər üzrə müşavir Rövşən Nəcəfov, “Gənclər üçün Təhsil Mərkəzi” icraçı direktoru Fəxrəddin Həsənzadə, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, “Editor.az” saytın rəhbəri Fərid Şahbazlı, Azxəbər.com informasiya portalının rəhbəri Hacıbəy Heydərli,“Mənim təhsilim, mənim gələcəyim” kampaniyanın rəhbəri Rəşad Bayramovbu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıgənclərə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini,olimpiadanın gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişlər.
Daha sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirdi ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dövlət Müstəqilliyinin 25 illiyi ilə əlaqədar gənclər arasında “Müstəqil Azərbaycanım” mövzusunda keçirilmiş bilik yarışması layihəsində fərqləndiyinə görə 10 nəfər tələbə fəxri fərman və hədiyyələr ilə təltif olundu və gənclər çay süfrəsinə dəvət edildilər.
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi