Dövlət komitəsi bu obyketləri satışa çıxardı: 600 minlik restoran, 800 minlik obyekt...
Noyabrın 8-nə təyin olunmuş növbəti hərraca Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 37 yeni müəssisə və obyekt çıxarıb. İnvestorlar imkanlarına görə obyekt seçə bilərlər:
İlkin qiymət 2 min 500 manatdan başlayır və 800 min manatda bitir.
Satışa çıxarılan 26 yeni kiçik müəssisənin 18-i ticarət obyektidir. Onların 14-ü Bakıda, qalan 12-si başqa şəhər və rayonlardadır.
Aralarında Səbail rayonundakı yanacaqdoldurma məntəqəsi, Mərdəkandakı eyniadlı restoran da var.
Restorana 600 min manat qiymət qoyulub.
Nəsimi rayonundakı 7 saylı atelyenin satışı da 600 min manatdan başlanacaq. Restoranın 1 kvadratmetrinə 344, dərzixanaya isə 1670 manat qiymət kəsilib.
Özələşdirməyə ilk dəfə çıxarılan bu obyektlərin satışından ƏMDK, ən azı, 2 milyon 374 min manat əldə etməyi nəzərdə tutur.
ƏMDK ilk dəfədir ki, özəlləşdirilən obyektlərin faydalı sahəsi ilə bərabər, yerləşdiyi torpaq sahəsini də investorlara açıqlayır. Qanunvericiliyə görə, öncə obyekt, sonra onun texniki pasportunda göstərilən torpaq sahəsi satılır.
«İçərişəhər» metro stansiyası ilə üzbəüz obyekt 800 minə satılır
Bu hərraclarda ən yüksək qiymət (800 min manat) isə «İçəri Şəhər» metro stansiyasıilə üzbəüz İstiqlaliyyət küçəsi, ev 31 ünvanında yerləşən 341 kvadratmetrlik qeyri-yaşayış sahəsinə qoyulub. Qiymətlənditici obyektin hər kvadratmetri 2 min 343 manat 90 qəpikdən hesablanıb.
Ən bahalı obyektlər Yasamaldadır
Tutduğu sahə baxımından ən baha obyektsə Yasamal Rayon Məhkəməsi yaxınlığındakı 57 kvadratmetrlik keçmiş komission mağazasıdır. Hər kvadratmetri 3 min 466 manatdan hesablanan bu mağazanın ilkin qiyməti 200 min manatdır. Həmin binadakı 24 kvadratmetrlik əmlak 80 min manat məbləğində (hər kvadratmetri 3 min 333 manat) qiymətləndirilib.
Pinəçi Ağəli: "Ölçüb gediblər"
Elə bu fəaliyyətsiz obyektin qonşuluğunda ayaqqabı təmiri emalatxanası da var. Onu işlədən Ağalə "Azadlıq Radiosu"na deyib ki, bir müddət öncə gəlib obyekti ölçüblər.
"Nə qiymət qoyduqlarından xəbərim yoxdur. Elə hərrac barədə də ilk dəfə sizdən eşidirəm. İki min manat olsa, yenə oradan-buradan tapıb özəlləşdirərəm".
50 yaşlı pinəçi belə deyir. ƏMDK bu obyekti də satışa çıxarıb və onun start qiyməti 10 min manatdır.
Maraqlıdır ki, komitə bu obyektdə çalışan şəxsin əmlakı 15 faiz güzəştlə almaq hüququnu tanımayıb.
Başqa obyektlər də var
Hərraca 11 qeyri-yaşayış sahəsi də çıxarılıb. Onların 10-u Bakıdadır. Obyektlərin toplam ilkin satış qiyməti 1 milyon 390 min 500 manatdır.
Bundan başqa, ƏMDK əvvəlki hərraclara çıxarılan, ancaq müştəri tapmayan 14 müəssisə və obyekti də investorlara təklif edir. 13-ü Bakıda yerləşən bu mağaza və yeməkxanaları cəmi 244 min manat ödəyib almaq olar.
Pulunu ver, istədiyin obyekti al!
Xatırlatmağa dəyər ki, sentyabr ayından bəri dövlət əmlakının özəlləşdirilməsində yeni dönəm başlanıb. Daha əvvəliki kimi, qeyri-rəsmi yolla müştəri gözaltı edərək, formal hərrac keçirilmir. ƏMDK-da deyirlər ki, istənilən şəxs hərraclara qatılıb, ürəyindən keçən obyekti «şirinliksiz» ala bilər. Elə obyektlərin qiymətləri də bazar qiymətlərinə yaxındir. Əvvəlki illərdə müəssisə və obyektlərə bazar qiymətindən qat-qat aşağı qiymət qoyulardı.
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi