Məşhur klinikanın cərrahı açıq məktub yazdı - Prezidentə şikayət
Sosial
Oxunub: 918
26 sen 2016 | 10:28
Məşhur klinikanın cərrahı açıq məktub yazdı - Prezidentə şikayət





















Bakı 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) I cərrahiyyə şöbəsinin həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru, Avropa Endoskopik Cərrahlar Cəmiyyətinin üzvü Qafar İskəndərov prezident İlham Əliyevə ünvanladığı Açıq məktubda uzun illərdir çalışdığı Kliniki Tibbi Mərkəzdəki problemləri qabartmaqla yanaşı, vəziyyəti düzəltmək üçün təkliflərlə də çıxış edib.

Onun surətini “AzPolitika.info”ya göndərdiyi Açıq məktubunda deyilir:

“Möhtərəm cənab Prezident!

Məlumat üçün Sizə bildirirəm ki, 1993-cü ilin fevralından indiyə qədər Bakı şəhəri Kliniki Tibbi Mərkəzdə həkim-cərrah kimi fəaliyyət göstərirəm, heç bir partiyanın üzvü deyiləm. Azərbaycanın səhiyyə sistemində qüsur və naqisliklər vətəndaşın dövlətə olan inamını sarsıdacaq həddə çatdığından bu məktubu Sizə ünvanlamaq məcburiyyətində qaldım.

Hal-hazırda, Azərbaycanın dövlət xəstəxanalarında həkim işləmək çox çətindir, ona görə ki, qeyri-leqal ödənişlər həkimlə vətəndaşı üz-üzə qoyur, daim mübahisə predmeti yaranır. Məni Bakı Baş Səhiyyə İdarəsinə dəvət etmiş rəsmilər özləri dövlət müəssisələrində xərclərin özəl sektoru üstələdiyini etiraf edirlər. Bununla yanaşı icbari tibb sığortanın olmaması və tibb işçilərinin məvacibinin aşağı olması tibb xidmətinin keyfiyyətinin özəyində dayanan problemlərdəndir.

Kliniki Tibbi Mərkəzdə və eləcədə əksər tibb müəssisələrində kadr catışmazlığı işin keyfiyyətinə mənfi təsir göstərir. Təkcə reanimasiya və intensiv terapiya şöbəsində 15 vahid tibb bacısı, 6 vahid həkim ştatı yeri boş saxlanılır. Ştatların boş qalması əslində müəyyən təmənnalı məqsədlər güdür, belə ki, işçilər normadan artıq işlədilir və növbənin pulları onlara ödənilmir. Səviyyə Nazirliyinin apardığı mütamadi “reydlər” isə formal xarakter daşıyır.

Klinikada subardinasiya qaydaları kobud şəkildə pozulur, işçilərə səlahiyyət Baş həkimə yaxınlıq dərəcəsinə görə verilir. Vəziyyət o qədər absurda çatmışdır ki, saat 14.30-dan sonra Baş həkimin şəxsən təyin etdiyi “sadiq” qapıçılar həkimlərə məhəl qoymadan, hətta bəzən həkimlərə kobudluq etməklə xəstə qəbuluna göstəriş verirlər. Klinikada kafedra müdirlərindən biri müalicə işinə birbaşa cavabdeh olmasına baxmayaraq, 4 dəfə müxtəlif baş həkimlər tərəfindən müalicə işindən azad edilib (xəstəxanadan deportasiya olunub).

Xəstəxanada 2009-cu ildən bu günə kimi cari təmir işlərinin aparılması və təmirə lazım olan avadanlıqların (boya, metlax, lampa, su kranı, sanitar texnika və dəftərxana ləvazimatları) alınması həkimlərin şəxsi hesabına həyata keçirilir. Sual olunur: görəsən dövlət bu 7 il ərzində təmir üçün heç bir vəsait ayirmayıbmı, ayırıbsa bu pullar hara xərclənib?

Kliniki Tibbi Mərkəzdə Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulur: həkimlərə 24 saatdan uzun olan ödənişsiz növbələr təyin olunur.

Möhtərəm cənab Prezident!
Bir dövlət xəstəxanasının nümunəsində baş verən nöqsan və naqislikləri qısa şəkildə Sizə təqdim etdik. Əslində bunların miqyası daha böyükdür.

Səhiyyənin təşkili, tibbi xidmətin yaxşılaşdırılması, dövlət, özəl, munisipal və sığorta səhiyyə xidmətlərinin formalaşdırılması, onların arasında münasibətlər sisteminin tənzimlənməsi, səhiyyənin maliyyələşdirilməsi sisteminin yenidən qurulması, bu gün milli səhiyyəmizin qarşısında duran təxirəsalınmaz tədbirlər sırasındandır.

Bununla bağlı mən səhiyyə islahatları konsepsiyasını işləyib hazırlamağa və lazım gələrsə, onu müvafiq dövlət strukturlarına təqdim etməyə hazıram”.
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq