Avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir - QƏRAR VERİLDİ
Sosial
Oxunub: 1 304
24 sen 2016 | 08:27
Avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir - QƏRAR VERİLDİ






Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının dəyişdirilməsinə başlanılıb.

Bununla bağlı naxcivanxeberleri.com-a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayev məlumat verib. O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq respublikanın bütün rayonlarının fərqləndirici dövlət nömrə nişanları var. Muxtar respublikada da hər rayonun dövlət nömrə nişanları olub: «Məsələn, Babək rayonu 67 seriyası ilə, Şərur rayonu 68 seriyası ilə və s. başlayan dövlət qeydiyyat nişanları ilə təmin olunmuşdular. Sonradan müvafiq qərara əsasən 85 seriyası bütün Naxçıvan Muxtar Respublikasının vahid dövlət qeydiyyat nişanı kimi qəbul olunub.


Bildiyimiz kimi, muxtar respublikada yaşayan vətəndaşların həyat səviyyəsinin yüksəlməsi bura gətirilən avtomobillərin sayının çoxalmasına gətirib çıxarıb. Son illərdə muxtar respublikaya kütləvi sayda avtomobil gətirilməsi buna bariz nümunədir. Beləliklə, muxtar respublikada avtomobillərin sayı artdığı üçün dövlət nömrə nişanlarına tələbat da yaranıb. Bu təlabatı ödəmək üçün muxtar respublikanın 7 rayonuna və Naxçıvan şəhərinə ayrıca seriya nömrələri verilməsi qərara alınıb. Qərara alınıb ki, muxtar respublikanın rayonlarına aşağıdakı seriya nömrələri verilsin:

Babək – 67
Şərur – 68
Ordubad – 69
Şahbuz - 71
Culfa – 72
Sədərək – 73
Kəngərli – 74
Naxçıvan şəhəri – 75

Aydın Ağayev qeyd etdi ki, muxtar respublika rəhbərliyinin tapşırığına əsasən nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının dəyişdirilməsi üçün heç bir dövlət rüsumu, ödəniş tələb olunmur və bu prosses tədricən həyata keçiriləcək.

Qeyd edək ki, muxtar respublikada 2014-cü ildə 1190, 2015-ci ildə isə 896 şəxsi avtomobil alınaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən ilkin qeydiyyatdan keçirilib. Avtomobillərin əksəriyyəti dünyanın öndə gedən markalarına məxsus olub. Naxçıvanda günün tələblərinə cavab verməyən sovet istehsalı olan avtomobillərin azalması, bahalı avtomobillərin sayının isə ilbəil artması müşahidə edilir. Əhalinin bahalı avtomobillərə maraq göstərməsinin səbəblərindən biri gəlirlərin artmasıdırsa, digəri isə muxtar respublikada yol infrastrukturunun ən yüksək səviyyədə qurulmasıdır.

2014-ci ildə 5157, 2015-ci ildə isə 4283 avtomobil təkrar qeydiyyatdan keçib. 2014-cü ildə 3053, 2015-ci ildə isə 2407 avtomobilə nömrə nişanı verilib. Beləliklə, statistikadan da aydın olur ki, muxtar respublikada insanların həyat səviyyəsinin yüksəlməsi nəticəsində avtomobillərin sayı artıb. Buna görə də hər rayonun ozunəməxsus seriya nömrəsinin olması məqsədəmüvafiqdir.

Naxçıvanda avtomobi sayının artmasına Naxçıvan Avtomobil Zavodunun da təsiri böyükdür. 15 modeldə avtomobil istahsal edən Naxçıvan Avtomobil Zavodu əsasən yerli bazar üçün çalışır. Zavodun fəaliyyəti ərzində 5 min avtomobil istehsal edilib və 4800 avtomobil satılıbdır.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi əhalini bir daha xəbərdar edir ki, nömrələrin dəyişdirilməsi ödənişsiz həyata keçirilir və dəyişdirilmə prosesi üçün müddət müəyyən olunmayıb.
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?