“Azərsu” prezidentinin qardaşı haqda dəhşətli - Faktlar

Bakının Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yaşayan məcburi köçkün İsmayılov Elnur Mənsur prezidentə müraciət edib
Politika.Az xəbər verir ki, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan vətəndaş haqsızlıqla üzləşib.
“ARDNŞ-nin Geofizika və Geologiya idarəsində rəis müavini vəzifəsində işləsə də, əslində bu idarəyə rəhbərliyi həyata keçirən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun qəzəbinə tuş gələrək “stat” ixtisarı adı altında işdən azad edilməyim, eyni zamanda Faiq Hüseynov tərəfindən dövlət əmlakının talanması barədə məlumat verib, faktların bir hissəsini təqdim edib köməklik göstərilməsini xahiş etmişdim.
Müraciətimdə onu da qeyd etmişdim ki, Faiq Hüseynov məni ölümlə təhdid edir. Lakin Faiq Hüseynovun korrupsiya əməlləri barədə göstərdiyim təkzibolunmaz faktlar və sənədlərlə bağlı mən bir dəfə də olsun çağırıb dindirilməmişəm.
Faiq Hüseynov qardaşı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun vəzifə mövqeyindən sui-istifadə etməklə yanaşı, ölkədə müəyyən nazir müavinlərinin də adından istifadə edir.
Həmçinin bildirir ki, ARDNŞ rəhbərləri üçün böyük fermer təsərrüfatlar, parniklər Sabunçu rayonu ərazisində və Babək prospektində 20-dən çox böyük obyektlər tikdirib”.
Şikayətçi yazır ki, Faiq Hüseynov idarə rəisinin müavini vəzifəsində işləsə də, sözün əsl mənasında idarəyə sahiblik edirdi:
“Belə ki, Faiq Hüseynovun rəhbərlik etdiyi dövrdə törətdiyi cinayət faktlarının, növbəti hissəsini Sizə təqdim edirəm.
Belə ki, Faiq Hüseynov 5 ildən çox müddətdə statda Təhcizat şöbəsinin mühəndisi vəzifəsini tutmuş, xanımı özünə katibə kimi işlətmişdir. İşçilərdən səbəbini soruşduqda bunu yuxarıdan göndəriblər deyib sualdan yayınmışdır.
Faiq Hüseynov vibratorların (titrədici qurğuların) alınması zamanı övladının kirvəsi Şamil Abdullayev vasitəsi ilə 3 milyondan artıq dövlət əmlakını mənimsəmişdir.
Bundan başqa, Geofizik-1 ETG-nə (Elmi tədqiqat gəmisi) 2 ədəd hava kompressorları alınmışdır ki, bunların da hər biri dəyərindən 1 milyon artıq qiymətə mədaxil edilmişdir.
Hava kompressorlarının quraşdırılmasından 2 ildən çox vaxt keçsə də, 1 ədədin bu günə kimi bir dəfə də olsun işə düşməyib. Səbəb isə yeni alınmış qurğunun nasaz olmasıdır.
İşlədiyim dövrdə Mədəngeofizika idarəsinin işçilərinin söylədiyinə görə təkcə bu idarə üçün alınmış cihaz və kabellərin satınalınması həyata keçirilən zaman 10 milyondan çox dövlət əmlakı Faiq Hüseynova yaxın şəxslər tərəfindən talan edilib.
Faiq Hüseynov hazırki iş yeri olan Qazma işləri Trestini də şəxsi mülki kimi işlətməkdə davam edir. Belə ki, işçiləri yaşayış yerləri ilə təmin olunması zamnaı maliyyə pozuntuları, Qazma baltalarının alınması zamanı kefiyyət dəyəri dəfələrlə aşağı olan baltaların yüksək qiymətlərə alınması, Qazma turbalarını qiymətinin dəfələrlə şişirdilməsi və s.
Ötən müraciətlərimin sonunda qeyd etmişdim ki, məcburi köçkünəm. Evliyəm, öhdəmdə 2 azyaşlı uşağım var. Uşağımın biri anadan gəlmə ürək qüsurludur. Özüm ali təhsilli mütəxəssisəm.
Həyat yoldaşım işləmir, lakin bu güzəştlərə baxmayaraq qanunsuz işdən çıxarılmışam. Səbəb isə korrupsiya hallarını Faiq Hüseynova bildirməyim olub. Bütün bunların heç biri Faiq Hüseynovla bərabər ARDNŞ-nin rəhbərliyini də narahat etməyib.
Sizi əmin etmək istəyirəm ki, bundan əvvəlki müraciətimdə və indiki müraciətimdə göstərdiklərim tam həqiqətdir. Bunlar Faiq Hüseynovun cinayət əməllərinin cuzi bir hissəsidir. Odur ki, göstərdiklərimi nəzərə alaraq ARDNŞ-nin Geofizika və Geologiya idarəsində iştirakımla araşdırmalar aparılmasına sərəncam verməyinizi Sizdən xahiş edirəm”.
E.İsmayılov anons verib: “Hörmətli redaksiya yaxın zamanda aşağıda göstərilən faktları sizə təqdim edəcəm. Faiq Hüseynov ARDNŞ-nin rəhbərləri üçün tiktirdiyi obyektlərin fotolarını, Qorxmaz Hüseynov ARDNŞ-nin vitse prezidenti işlədiyi dövrdə qardaşlarını və qohumlarını hansı vəzifələrdə yerləşdirib.
Ümumilikdə ARDNŞ-də neçə yüz milyon manat talan etmişdilər. Qorxmaz Hüseynovun qudası Pirallahı rayon İH-nin başçısı ilə Faiq Hüseynovu nə bağlayır. Qorxmaz Hüseynov hansı rayonda dağı yardırıb özünə istirahət mərkəzi tikdirir”.
Qarşı tərəfi dinləməyə hazırıq...
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?