Azərbaycanda oğlanı qız edən cərrah danışdı: "Ana ola biləcək"
Sosial
Oxunub: 934
23 sen 2016 | 10:19
Azərbaycanda oğlanı qız edən cərrah danışdı: "Ana ola biləcək"







Bugünkü əməliyyat Azərbaycan tibbində yeni bir müdaxilədir və doğumdan gələn bir anomaliyadır.

Bunu plastik cərrah Dilqəm Məmmədov bu gün keçirdiyi əməliyyatın təfərrüatı barədə məlumat verərkən deyib.

O bildirib ki, bu əməliyyat ikicinsliliyi olan şəxslərdə cinsiyyəti müəyyən etmək üçün həyata keçirilir: "Onun hansı cinsə mənsub olduğunu qərarlaşdırıb, ona uyğun əməliyyat həyata keçiririk. Bu əməliyyata 7 ay əvvəl hazırlanmışıq. Ailə bizə müraciət edib, həmin şəxs müayinə edilib. Müayinə əsnasında belə bir patologiya olduğu, iki cinsi əlamətlərini daşıdığı müəyyən edilib. Həmin şəxs daxilən qadın, xarici cinsi orqan baxımından isə bir kişi idi. Bunları nəzərə alaraq əvvəlcə, onun genetik baxımdan qadın və kişi olduğu müəyyən edildi. Onun qadın genotipi daşıdığı müəyyən edildi. Bununla bağlı lazımı icazələr alındı. Əməliyyata qərar verildi və proses 4-5 saat davam etdi. Çox uğurlu əməliyyat oldu. Hazırda pasientin vəziyyəti normaldır".

D.Məmmədov bildirib ki, əməliyyata yaş baxımdan bir qədər gecikiblər: "Əməliyyatdan əvvəl xəstənin psixoloji durumu da müəyyən edilib. Həmin şəxs tam bir qadın kimi yetişib, görüntüsü də qadındır və özünü də qadın kimi hiss edir. Sadəcə, cinsiyyət orqanında patologiya olub. O da aradan qaldırılıb. Bu əməliyyat doğuş qüsuru səbəbindən edilib, xəstənin kefinə görə edilmiş əməliyyat deyil. Uyğun icazənin alınması, edildiyi yaş baxımından, gerçək hermofroditizm cərrahi texniki baxımdan bu Azərbaycanda ilk əməliyyatdır".

Həkim bundan sonra əməliyyat edilən şəxsin ana ola biləcəyinə də dedi: "Bundan sonra o qadın kimi həyatına davam edəcək, ana ola biləcək".

Bu vaxta qədər ailənin gözləməsinə gəldikdə, həkim müxtəlif səbəblərin olduğunu dedi: "Ailə bizə müraciət edəndə Azərbaycanda belə əməliyyatların edildiyini bilmədiklərini dedilər. Xarici ölkələrə müraciət etmək istədiklərini bildirdilər. Lakin bizim edə biləcəyimizi eşidib bura gəliblər. Ailənin rəsmi müraciət etdiyi qurumlarda onun ilk belə müraciət olduğu deyilib. Ola bilər ki, kiçik dəyişiklik edilib, lakin rekonstruktiv əməliyyat baxımdan ilk əməliyyat idi".

D.Məmmədov bildirib ki, bu problem hamiləlikdə müayinə və sonradan gözlə müşahidələr zamanı müəyyən edilə bilər: "Bu problem genetik, ideopatik, terotogenit, xromosom dəyişikliklərindən yarana bilir. Uşaq ana qarnında ikən genekoloq müayinəsi zamanı aşkarlana bilir. Həmçinin doğumdan sonra da aşkarlana bilir. Hamiləlik boyu və sonradan mütəmadi müayinədə olmalıdır. Braziliya, Hindistan, ABŞ və bir sıra ölkələrdə bu əməliyyatlar edilir. Bu hallara Azərbaycanda nə qədər rast gəlindiyini demək çətindir. Ümumiyyətlə, Azərbaycanda belə xəstələrin statistikası aparılmır və onun neçə nəfərdən bir rast gəlindiyini deyə bilmirik".

D.Məmmədov əməliyyatdan sonra xəstənin və ailəsinin çox xoşbəxt olduğunu dedi: "Əməliyyata gələndə xəstə bu problemin narahatlığını yaşayırdı. Tez bir zamanda ondan qurtulmağa çalışırdı. İndi necə xoşbəxt olduğunu təsəvvür edə bilməzsiniz. Əməliyyat gec olsa idi, bu xəstədən problemlər yarada bilərdi. Çünki bu zaman onun hansı cinsə məxsus olduğunu müəyyən etmək çox çətin olur. Həmçinin onun psixoloji durumu da anormal olur. Həmin şəxslər belə həyat sürməkdə çətinlik çəkir, hətta psixoloji problemlər yaşayırlar". (publika.az)
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir