Nərimanov rayonunda ilk dəfə səs verəcək gəclərlə görüş keçirilib
Sosial
Oxunub: 858
22 sen 2016 | 15:52
Nərimanov rayonunda ilk dəfə səs verəcək gəclərlə görüş keçirilib







21 sentyabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsvermədə (referendumda) ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Görüşdə YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov rayon GB-nin sədri Yusif Babanlı, rayon ərazisində yaşayan ilk dəfə səs verəcək gənc seçicilər və fəal gənclər iştirak etmişlər.

Görüşü giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev seçki hüququndan, seçkilərə hazırlıq işlərindən danışıb. T.Tağıyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi barədə sərəncamının ölkəmiz üçün faydalılığından bəhs edərək bildirdi ki, növbəti Referendumun keçirilməsi ideyası ölkəmizdə yeni islahatların həyata keçirilməsinə hesablanmış mütərəqqi addımdır. Ötən 20 ildən artıq müddətdə Konstitusiyaya bir neçə dəfə əlavə və dəyişikliklər olub. İndi də növbəti referendumun keçirilməsi və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, dövlət aparat sisteminin təkmilləşdirilməsi, seçkidə iştirakın tam şəkildə sərbəstləşdirilməsi, o cümlədən informasiya təhlükəsizliyi, anonim informasiyaların aradan qaldırılması, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb. Əminəm ki, hər bir azərbaycan vətəndaşı kimi siz gənclər də bu seçkilərdə aktiv iştirak edəcək və irəli sürülən təklifləri dəstəkləyərək bir daha cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyinizi nümayiş etdirəcəksiniz.

Tədbirdə YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı çıxış edərək söylədilər ki, hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır. Sözügedən dəyişikliklər ölkəmizin daha da inkişafına şərait yaradacaq. Nərimanov rayonunun seçicilərinin bu işdə də aktiv olub öz gələcəyinə səs verəcəklərindən əminliklərini bildiriblər və gəncləri 26 sentyabrda fəal olmağa, Referendum Aktına səs verməyə çağırıblar.

Fəal gənclər Günay İmanova və Tamerlan Əkbərov bu gün müstəqil Azərbaycanda gənclərinin cəmiyyətdəki yeri və rolundan, Cənab Prezidentin gənclərimizə olan diqqət və qayğısına ən bariz nümunə kimi son dövrlərdə ölkənin müxtəlif idarəetmə orqanlarında yüksək vəzifələrə, yüksək intelekt və nümunəvi savada, biliklərə malik olan gənclərin yerləşdirilməsindən danışdılar, həmçinin qarşıdan

gələn Referendum seçkilərində də gənclərin yaxından və fəal iştirak edəcəklərini, digər gənclərin də bu prosesə könüllü qismində cəlb olunması yönündə əllərindən gələni əsirgəməyəcəklərini söylədilər.

Sonda ilk dəfə səs verəcək gənclərə seçki ilə bağlı yaddaş kitabçaları və bukletlər paylanılıb.


Nərimanov rayonunda ilk dəfə səs verəcək gəclərlə görüş keçirilib
Nərimanov rayonunda ilk dəfə səs verəcək gəclərlə görüş keçirilib
Nərimanov rayonunda ilk dəfə səs verəcək gəclərlə görüş keçirilib
Nərimanov rayonunda ilk dəfə səs verəcək gəclərlə görüş keçirilib
Nərimanov rayonunda ilk dəfə səs verəcək gəclərlə görüş keçirilib
Nərimanov rayonunda ilk dəfə səs verəcək gəclərlə görüş keçirilib
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər