Qarabağ əlilləri Vəkillər kollegiyasının və "Əmrahbank"ın qarşısında aksiya keçirəcəklər - Təfsilat
Sosial
Oxunub: 1 053
21 sen 2016 | 08:12
Qarabağ əlilləri Vəkillər kollegiyasının və "Əmrahbank"ın qarşısında aksiya keçirəcəklər - Təfsilat








Dələduzluqla əmlaklarına göz dikdiklərinə görə

Ölkədə ən geniş yayılmış cinayət növünün dələduzluq olması gündəmi işğal edən xəbərlərdən də bilinir. Bu dələduzluq növünün artıq məhkəmələrə ayaq açması da faktdır. Özəlliklə, əmlakla bağlı dələduzluq hallarının məhkəmədə qanuni qüvvəsini alması faktları da yetərincədir. Belə dələduzluqla Qarabağ əlillərinin üzləşməsindən, onlara aid olmayan mübahisə üzrə əmlaklarına, sahibkarlıq subyektlərinə - "Galenvagen" avtomobillərinə məhkəmə yolu ilə yiyələnmək çabasından söz açmışıq. Toplumun, basının aktiv yardımı ilə bu faktdan ölkənin və hökumətin üzvləri xəbər tutub, nəzarətə götürdüklərindən Nəsimi məhkəməsinin hakimi Rəşid Səmədov 22.07.2016 tarixli qətnamə ilə maşını 7-ci alan Qarabağ əlillərinə qarşı iddianı rədd etdi.

Amma iddiaçı Şahlar Abdullayev Vəkillər Kollegiyasının 1 saylı kontorunun vəkili Tofiq Aslanovla birləşib mübahisəyə heç bir aidliyi olmayan Qarabağ əlillərinə qarşı apellyasiya şikayəti veriblər. Deyə bilərsiniz ki, bu onların hüququdur. Amma məhkəmənin də hüququdur ki, iddia müddəti keçdiyinə, iddia ona cavab verməli olmayan şəxslərə qarşı qaldırıldığına, əsas cavabdeh bank olduğu halda ona müraciət edilməsi barədə sənəd təqdim edilmədiyinə, əsasız iddia qaldırdığına görə iddia tərəfini cərimələsin və cavabdeh Qarabağ əlillərini cavbdehlikdən çıxarsın. Fikir verin: 7 il qabaq iddiaçı lizinqlə "Əmrahbank"dan 200 minlik "Galenvagen" maşını aldığını, 1 il sonra bu bahalı maşını özbaşına qoyub getdiyini bildirir və 7 ildən sonra maşını 7-ci alan Qarabağ əlillərini də cavabdeh etməklə banka qarşı bankın digər maşını alan şəxslə müqaviləsinin etibarsız sayılmasını tələb edir. Özü də məhkəməyə heç bir ödəniş qəbzi, müqavilə, yaxud surətini təqdim etmədən. İddiaçı bunu belə əsaslandırıb ki,həmin müqavilə və qəbzləri bank ondan alıb. Belə şeyin nağıllarda olması gizlin deyil. Necə yəni, 200 minlik maşının nə müqaviləsi, nə də ödəniş qəbzləri elə-belə banka verilir? İstənilən halda bu mübahisənin, tələbin maşını 7-ci alan əlillərə nə aidliyi var? Axı əlillər maşını bankdan yox, 7-ci adamdan pulunu ödəməklə alıblar. Özü də rəsmi sənədlərlə. Vəkil Tofiq Aslanov iddianı "peşəkarcasına" elə yazıb ki, iddia təmin olunsa belə əsas cavabdeh "Əmrahbank", BDYPİ heç bir şey itirmir. Bankın pulunu Şahlar Abdullayev ödədi, ya başqası, bundan o nə itirə bilər ki? BDYPİ bu nömrəni verməsin, o birini versin, nə itirir? İtirən bu mübahisəyə aidliyi olmayan, maşını 7-ci alan Qarabağ əlilləridir. Vəkil etik qaydanı da pozaraq mübahisəyə aidliyi olmayan Akif Çovdarovun da adını hallandırıb, mətbuatda yazı ilə çıxış edib. "Əmrahbank"ın AZADLIQ filialının müdiri Nigar Hacıyevanın da rolu az deyil. Bu müdir 2014-cü ilin dekabrında maşını bankdan Ş.Abdullayevdən sonra alan Cahangir Hüseynova, bir il sonra 2015-in dekabrında isə Şahlar Abdullayevin vəkilinə arayış verib ki, borcları yoxdur. Bunlar da bu saxta arayışı əsas tutub, C.Hüseynovu cavabdeh etməkdənsə, maşını 7-ci alan şəxsləri cavabdeh ediblər. Heç C.Hüseynovun adını da çəkmirlər. Axı,onun maşını iddiaçının lizinq borcunu ödəyərək alması üzə çıxacaq! Bankın 3-5 manat qarşılığında belə arayış verməsi də adi hal alıb. Bu arayışı almaq vəkilin əlində nədir ki? Sosial yardım və ya kredit götürməyə belə arayışlar tələb olunur. Bunlar da çox güman, bankın müdirini belə aldadıb, tamahına qurban veriblər.

Yəqin ki, maşını 7-ci alan Qarabağ əlillərinin bu mübahisəyə, dələduzluğa aidliyi olmaması açıq-aşkardır. Sadəcə, "peşəkarlıqla" əlilləri məhkəmə ilə şantaj edib pul qazanmaq istəyirlər. Apellyasiya şikayətinə hakim Vüqar Həsənovun sədrliyi ilə 27.09.2016-da baxılacaq. Qarabağ əlilləri isə BŞİH-ə VK-nın və "Əmrahbank"ın qarşısında aksiya keçirmək barədə müraciət ünvanlayıblar. 27 sentyabrda Qarabağ əlillərinin Bakı AM-də "dincələcəyi" şübhəsizdir. Dələduzluqla əmlaklarına həbs seçilməsi qorxusu zavallı əlilləri sağlamlıq ocaqlarından məhkəmə salonlarına yönləndirib.

Məğrur BƏDƏLSOY
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR