Nərimanov rayonunda yeni inşa olunmuş mini futbol stadionun açılışı keçirilib - FOTOLAR
Sosial
Oxunub: 1 119
16 sen 2016 | 14:54
Nərimanov rayonunda yeni inşa olunmuş mini futbol stadionun açılışı keçirilib - FOTOLAR






16 sentyabr 2016-cı il tarixdə Nərimanov rayonunda yerləşən 178 saylı tam orta məktəbin həyətində yeni inşa olunmuş mini futbol stadionun açılışı keçirilib.

Açılışda Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Məclisin deputatı Adil Əliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, 178 saylı tam orta məktəbin direktoru Yusif Məmmədov, stadionun inşasına dəstək göstərmiş Azərbaycanın xalq artisti Ağadadaş Ağayev, veteran və gənc idmançılar, həvəskar futbolçular, bir sıra incəsənət xadimləri və rayonun fəal gəncləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan müstəqillik əldə etdikdən və Ulu ÖndərHeydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində olduğu kimi idman sahəsində də sürətli inkişafın baş verdiyini, gənclərimizin vətənpərvərlik ruhunda və sağlam böyüməsi üçün hər bir şəraitin yaradıldığını vurğuladı. Ulu ÖndərHeydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Prezidentiİlham Əliyevin uğurla davam etdirdiyi idman siyasəti nəticəsində idmanın maddi-texniki bazası getdikcə gücləndirilir, müasir standartlara cavab verən olimpiya idman kompleksləri, stadionlar və digər idman qurğuları inşa edilir. İdmançılarımız qitə, dünya çempionatlarında, olimpiya oyunlarında çox böyük nəticələr əldə edirlər və uğurlarını ildən-ilə artırırlar. Azərbaycan dünyada özünü idman ölkəsi kimi artıq təsdiq etmişdir. Bakı şəhəri Avropa və dünya səviyyəli mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi edir.İ.İsmayılov qeyd etdi ki, Azərbaycanda futbolun kütləviliyinin təmin edilməsi üçün praktiki addımlar atılır. Həm dövlət qurumları, həm Azərbaycan Futbol Federasiyasiyaları Assosiasiyası məqsədyönlü iş aparmaqla futbolun inkişafına böyük töhfə verirlər. Nazir müavini bildirmişdir ki, bu səylər nəticəsiz qalmayacaq, futbolçularımızın beynəlxalq yarışlarda bizi sevindirəcək.

Sonra Milli Məclisin deputatı Adil Əliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Azərbaycanın xalq artisti Ağadadaş Ağayev çıxış edərək vurğulamışlar ki, futbolun inkişafı hər bir ölkə üçün vacibdir. Futbol ən sevili idman növüdür. Azərbaycanda da belədir. Biz çox istəyirik ki, uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz futbol seksiyalarına qoşulsunlar, futbolla məşğul olsunlar. Bunu etmək üçün indi şərait daha da yaxşıdır, istifadəyə verilən yeni stadion Azərbaycanda mini futbolun inkişafına təkan verəcəkdir.

Qeyd edək ki, bu gün açılan stadion Nərimanov rayonunda artıq sayca 18-ci mini futbol stadionudur. Bu da öz növbəsində rayonda futbolun maddi-texniki bazasının inkişafına, təkmilləşdirilməsinə təkan verəcəkdir.

Sonda veteran idmançılar və incəsənənt xadimləri arasında dostluq turniri keçirilib. Turnirin hər bir iştirakçısı Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və hədiyyələr ilə mükafatlandırılmışdır.


Nərimanov rayonunda yeni inşa olunmuş mini futbol stadionun açılışı keçirilib - FOTOLAR
Nərimanov rayonunda yeni inşa olunmuş mini futbol stadionun açılışı keçirilib - FOTOLAR
Nərimanov rayonunda yeni inşa olunmuş mini futbol stadionun açılışı keçirilib - FOTOLAR
Nərimanov rayonunda yeni inşa olunmuş mini futbol stadionun açılışı keçirilib - FOTOLAR
Nərimanov rayonunda yeni inşa olunmuş mini futbol stadionun açılışı keçirilib - FOTOLAR
Nərimanov rayonunda yeni inşa olunmuş mini futbol stadionun açılışı keçirilib - FOTOLAR
Nərimanov rayonunda yeni inşa olunmuş mini futbol stadionun açılışı keçirilib - FOTOLAR
Nərimanov rayonunda yeni inşa olunmuş mini futbol stadionun açılışı keçirilib - FOTOLAR
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR