“15 aydır maaşımızı vermir”- Nazim İbrahimovla vitse-prezident arasında qalmaqal
Sosial
Oxunub: 1 071
16 sen 2016 | 08:46
“15 aydır maaşımızı vermir”- Nazim İbrahimovla vitse-prezident arasında qalmaqal








Daha bir idman federasiyasında maaş qalmaqalı baş verib.

Daxil olan məlumata görə, Azərbaycan Qılıncoynatma Federasiyasında idmançılar və məşqçi heyəti 15 aydır ki, maaş üzünə həsrətdir. Qurumdan pullarını ala bilməyən qılıncoynadanlar bunun üçün aidiyyatı orqanlara şikayət ərizəsi yazmaq fikrinə düşüblər.

İdmançıların problemini həll etməyə çalışan vitse-prezident Yaşar Məmmədovla rəhbərlik arasında isə ciddi mübahisələr olub. Y. Məmmədov məsələnin böyüməməsi üçün rəhbərliklə danışıqlar aparmaq və maaşların ən azı bir qisminin verilməsini təmin etmək istəyib. Lakin digər rəhbər şəxslər onuna razılaşmayıb və qalmaqal bir az da böyüyüb.

Əldə etdiyimiz digər məlumata görə, problem həll olunmayacağı təqdirdə AQF-nin tanınmış üzvləri və legionerləri başqa ölkə adına mübarizə aparmaq üçün qurumu tərk edəcəklərini bəyan ediblər.

Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib: “Qılıncoynadanlarımız 15 ay yarımdır ki, maaş almırlar. Ötən ilin may ayından etibarən heç kimə bir qəpik verilməyib. Rəhbərliklə mənim aramda problem yarandığı da doğrudur. Həm də bu, çox böyük bir problemdir... Nazim İbrahimov aylardır deyir 1-2 günə düzələcək. İndi də deyirlər maaş ayın 21-də olacaq. Biz də indi deyirik bu qədər gözləmişik, 21-nə qədər də gözləyək. Düzəlməsə mən özüm prezident İlham Əliyevə məktub yazacağam, qəbuluna düşmək üçün xahiş edəcəyəm”.

Vitse-prezident məşqçi Asəf Məlikovun Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məktub yazdığını qeyd edib.

Məlumat üçün bildirək ki, Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbəri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur.

Xatırladaq ki, Azərbaycan Ağır Aletika, Otüstü Hokkey, Milli Karate və Voleybol Federasiyaları da maaş problemi ilə üzləşiblər.

///AzNews.az
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR