Fətullah Gülən Bakı Beynəlxalq Dəniz Ticarət Limanını “işğal edib” – ŞOK İDDİA

Türkiyədə hərbi çevrilişə uğursuz cəhd edən FƏTÖ təşkilatının Azəprbaycandakı qolları haqqında hər gün daha çox məlumatlar yayılmaqdadır. Qeyd edək ki, Azərbaycandpa Fətulla Gülənə aid olan məktəblər artıq qapanıb və yaxud da dövlət nəzarətinə keçib. Lakin heç kimə sirr deyil ki, Gülənə aid şəbəkə tək məktəblərdə yerləşməişdi. 20 ildən artıq bir zaman kəsiyndə Gülən şəbəkəsi Azərbaycanın bir çox dövlət qurumlarında yerləşib və bu gün bu şəbəkənin ifşası əsas məsələrdən biri hesab olunmaqdadır. Azərbaycanda Pensilvaniyadan gələn əmrlərlə oturub duran dövlət qurumlarından biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-dir. Daha doğrusu QSC-nin baş direktoru Taleh Ziyadov və baş direktorun müşaviri İlham Mehrəliyev Gülən şəbəkəsinin gizli nümayndələri olaraq Pensilvaniyadan gələn təlimatlara əsasən Bakı Beynəlxalq Dəniz Ticarət Limanını idarə edirlər. Pensilvaniyadan gələn tapşırıqlarla hərəkət edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov Güləndən aldığı məxfi direktivə əsasən bir il müddətində ölkədə fəaliyyət göstərən bütün limanları öz monopoliyası altına almaq üçün çalışıb. İlham Mehrəliyevə gəlincə isə, bu şəxs əvvəllər Gülən camaatına aidiyyatı ilə tanınan “Modern Qrup”un rəhbəri olub. Sonradan öncə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədovun, daha sonra SOCAR prezidentinin köməkçisi olub. Təqribən bir il əvvəl isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktorunun müşaviri vəzifəsinə təyinat alıb. İlham Mehrəliyev barədə Gülənçilərə qarşı uzun illər boyu mübarizə aparan və Gülən şəbəkəsi barədə azərbaycan və türk dillərində iki kitab nəşr etdirən “Yenisag.az” saytının baş redaktoru Aqil Ələsgər Gülən şəbəkəsi haqqında yazdığı “FETÖ-nün Azərbaycandakı məmur “nüfuz agentləri” – Adlar – Ceyhun Osmanlı “Samanyolu”na 800 dolları niyə bağışladı? – III Yazı” adlı son məqaləsində göstərir ki, İlham Mehrəliyev Fətulla Gülənin azərbaycanlılardan ibarət “Beyin mərkəzi”nin imamlarından biridir. Sitat: “İlham Mehrəliyevi tanıyırsınızmı? Modern Qrupun rəhbəri idi. Sonra öncə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədovun, daha sonra SOCAR prezidentinin köməkçisi oldu. Hazırda isə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında müşavirdir. Bir-iki ilin içərisində bu qədər sürətli vəzifə dəyişiminin səbəbi nədir? Bu şəxsi niyə birdəfəlik uzaqlaşdıra bilmirlər? Azərbaycanlılardan ibarət “Beyin mərkəzi”nin imamı olduğuna görə, ola bilərmi?”. Bir il əvvəl Taleh Ziyadova və İlham Mehrəliyevə Pensilvaniyadan gələn təlimat Azərbaycanda və həmçinin İran istisna olmaqla mümkün olduqca Xəzər dənizinin limanlarını nəzərətə götürmək olub. İlk olaraq isə Taleh Ziyadov Azərbaycanda fəaliyyət göstərən irili-xırdalı bütün limanları öz nəzarətinə götürmək üçün mübarizəyə başlayıb. Lakin onun bu istəyi tam olaraq reallaşmayıb. Çünki Taleh Ziyadovun bu hədəfi bəzi məmurların maraqlarını təmin etməyib. Nəqliyyat naziri Ziya Məmmədov kimi, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev kimi güclü fiqurlarla üz-üzə gələn Taleh Ziyadov geri addım atmağa məcbur olub. Buna baxmayraq Taleh Ziyadov və İlham Mehrəliyev bu gündə limanlara nəzarəti ələ keçirmək üçün mübarizə aparmaqda davam edirlər. Uzun illər boyu Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-də çalışdığını bildirən mənbə qeyd edir ki, Taleh Ziyadov və İlham Mehrəliyev cütlüyü QSC-yə rəhbər gətirildikdən sonra limanda uzun illər boyunca çalışan peşəkar işçiləri gözümçıxdıya salınıb, peşəkar işçilərin böyük qismi əsaslı səbəb olmadan işdən qovulub. Onların yerinə isə əsasən Gülən şəbəkəsi ilə bağları olan təcrübəsiz gənclər işə qəbul olunub. Qeyd edək ki, hələ bu ilin əvvəlində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin bir qrupp işçisi Taleh Ziyadovun özbaşınalıqları ilə bağlı ölkə prezidentinə müraciət imzalamışdılar. Həmin müraciət mətbuatda da dərc olunmuşdu. Növbəti yazımızda oxuyacaqsınız: Ötən il Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-dən Pensilvaniyaya nə qədər “himmət parası” ödənilib?.. Ələt limanındakı böyük korrupsiyanın silinməyən izləri hara aparır?.. //Anaxeber.az
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?