Təcili tibbi yardım pullu olacaq
Yeni elektron sistem yaradılır
Təcili tibbi yardımın keyfiyyətini artırmaq məqsədilə vahid elektron sistem yaradılacaq.
Fins.Az xəbər verir ki, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, aktiv naviqasiya sistemin formalaşması ilə bağlı proqram hazırlanıb.
Sənədə əsasən, hər bir vətəndaş üçün ayrıca elektron səhiyyə kartı yaradılacaq. Karta müraciət edən şəxsin həmin an yerləşdiyi məkan dəqiq göstəriləcək. Bu da əlavə suallara yer qoymur.
Sistemdə eyni zamanda pasiyentin təcili yardıma müraciət edənədək həkimlə təmasları, xəstəlikləri, şikayətləri, müalicə üsulları və digər informasiyalar toplanacaq. Həmin məlumatlar, əsasən, poliklinikalardan alınacaq. Məlumatlardan dərhal yararlanmaq üçün həkimlərə planşetlər veriləcək. Yeni naviqasiya sistemi həm də həkimlərin işinə nəzarət etməyə imkan verəcək.
Həkim yolda olanda sizi tanıyacaq
R.Nağıyevin sözlərinə görə, yardım almaq üçün təcili tibbi yardım stansiyasına zəng edən şəxsin elektron sistemdəki məlumatları dərhal həkimin planşetinə ötürüləcək. “Həmin informasiyalar əsasında artıq həkim, hətta yolda olarkən xəstə ilə bağlı qərar qəbul edə biləcək. Bu, vaxt itkisinin qarşını almağa və keyfiyyətli təcili tibbi yardım göstərməyə imkan verəcək”.
Baş həkim bildirib ki, yeni naviqasiya sistemini işə salmaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət olunub. Bununla bağlı xüsusi razılıq alındıqdan sonra sistem qurulmağa başlayacaq. Yeni elektron sistem icbari tibbi sığortanın tətbiqini də asanlaşdıracaq.
Belə ki, həmin baza məlumatları əsasında Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləsi olacaq. Təcili Tibbi Yardım stansiyalarından göstərdikləri xidmətlər barədə bu proqram vasitəsilə Agentliyə məlumat veriləcək. Nəticədə göstərilən tibbi xidmətlər təhlil olunacaq və həmin məlumatlar əsasında tibbi xidmət təchizatçılarına ödənişlər ediləcək.
Təcili Tibbi yardım ödənişli olacaq
R.Nağıyev yeni sistemin işə düşməsi ilə əsassız müraciətlərin azalacağına ümid edir. “Gün ərzində təcili yardıma 2 minə yaxın müraciət daxil olur. Onların ancaq 40 faizi bizə aiddir. 60 faiz hallarda isə pasiyentlərə təcili yardım deyil, ətraflı müayinə lazım olduğu üzə çıxır. Onlar əslində polikliniya və xəstəxanalara müraciət etməlidirlər. Amma bizə zəng edirlər. Bu da əlavə vaxt və vəsait itkisinə səbəb olur”.
Bunun qarşısını almaq üçün baş həkim təcili yardıma aid olmayan çağırışların pullu olacağını deyir: “İndi bir nəfərə təcili tibbi yardımın göstərilməsi 100-140 manata başa gəlir. Ona görə də hesab edirik ki, bizə aid olmayan çağırışlara görə pasiyentlər pul ödəməlidir”.
Elektron sağlamlıq kartlarının bəxti açılır
Yeni naviqasiya sisteminin və icbari tibbi sığortanın fəaliyyətə başlaması ilə elektron sağlamlıq kartlarının işə düşməsi də gözlənilir. 2007-ci ildən əsasən, yenidoğulan uşaqlara və 2000-ci illərdə doğulanlara verilən elektron kartlar indiyədək istifadə olunmayıb.
Səhiyyə Nazirliyindən bildiriblər ki, indiyə qədər təxminən 1 milyon 200 min ədəd kart paylanılıb. Ancaq onlardan nə qədərinin real olaraq istifadə olunması barədə suala cavab verilməyib.
Təcrübə göstərir ki, kifayət qədər dövlət vəsaiti sərf edilən həmin kartlar istifadəsiz qalıb. Halbuki, sağlamlıq kartlarını elektron hökumət portalı vasitəsilə oradakı məlumatları istənilən səhiyyə müəssisəsindən əldə etmək olar. Kartda vətəndaşın şəxsi, tibbi müayinə, müalicə, peyvənd, qəbul etdiyi dərmanlar və s. barədə məlumatlar toplanıb. Gələcəkdə isə sığorta məlumatlarının da oraya daxil edilməsi nəzərdə tutulur.
Bu gün, 16:00
40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
Bu gün, 15:30
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Bu gün, 14:44
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
Bu gün, 14:38
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
Bu gün, 13:48
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bu gün, 13:21
Sabunçu tuneli bərpa ediləcək
Bu gün, 13:17
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Bu gün, 12:40
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Bu gün, 12:36
Keşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək
Bu gün, 12:29
Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı
Bu gün, 12:18
Yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
Bu gün, 12:14
“Şahdağ” hoteli mənə deyil, qardaşıma məxsusdur” - Deputat
Bu gün, 12:09
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 106 il ötür
Bu gün, 11:00
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ
Bu gün, 10:57
Abşeronda kafedə KÜTLƏVİ DAVA: 2 qardaş bıçaqlandı, 4 nəfər saxlanıldı
Bu gün, 10:54
Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq
Bu gün, 10:50
Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK
Bu gün, 10:47
Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Bu gün, 09:44
Leyla və Arzu Əliyevalar Xan məscidində - FOTOLAR
Bu gün, 09:30
Azərbaycan və Almaniya arasında ticarətin həcmi açıqlandı
Bu gün, 09:26
Maqyar Orbana yaxın oliqarxlara qarşı hərəkətə keçdi
Bu gün, 09:23
Bakıda yolu keçən qadını vuran şəxs futbolçu imiş
Bu gün, 09:18
Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
Bu gün, 09:11
Ermənistan Azərbaycanla sərhəddə silahsız xidmətə keçir - Paşinyan AÇIQLADI
Bu gün, 09:00
Erməni bloger gözlənilməz çağırış: ‘Xaçaturyan azad olmamalı idi!’ – Gərginlik artır”
Dünən, 16:00
Trampdan gözlənilməz etiraf: "Bilmirəm…" – suiqəsd iddiasına şübhə saldı
Dünən, 15:30
Mayda 14 gün iş OLMAYACAQ