Bakı Modern Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərəcək uşaq bağçasının açılışı olub
1 sentyabr 2016-cı il tarixdə Nərimanov rayonu, F.X.Xoyski prospekti 111A ünvanda yerləşən, Bakı Modern Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərəcək “Modern Baby” uşaq bağçasının açılışı olub.
Açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, təhsil kompleksinin rəhbərliyi, valideynlər və rəsmi qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra çıxış edən Bakı Modern Təhsil Kompleksinin direktoru Mina Əliyeva məlumat verərək bildirib ki, bağçada 3 yaşdan 6 yaşadək 150 uşaq 10 qrupda təlim-tərbiyə alacaq. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə prosesləri əsas götürülüb. Binada uşaqların istirahəti və əyləncəsi üçün də geniş imkanlar var. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. M.Əliyeva yaradılan şəraitə görə respublikamızın prezidenti cənab İlham Əliyevə bağçanın işçi heyəti və valideynlərin adından dərin minnətdarlığını bildirib.
Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsilə göstərilən diqqət və qayğı, təhsilin daha da inkişafı, təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər, icra edilən genişmiqyaslı layihələr, eləcə də təhsilin təməlini təşkil edən məktəbəqədər təhsilin yüksək standartlara uyğun inkişafı, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib və bunun günü-gündən inkişaf edən dövlətimizin gələcəyi olan uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və istedadlı kadr potensialının formalaşmasına xidmət edərək daim diqqət mərkəzində olduğunu vurğulayıb. A.Fərzəliyev son illərdə istər regionlarımızın, istərsə də paytaxtımızın bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını, yeni uşaq bağçalarının tikilməsi ilə bağlı xeyli işlərin görüldüyünü və bununla da məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra uğurların əldə edildiyini diqqətə çatdırıb.
Mərasimdə çıxış edən Milli Məclisin deputatları Adil Əliyev, Rasim Musabəyov və Hikmət Məmmədov dövlət səviyyəsində təhsil sisteminə göstərilən qayğıdan danışmış, Azərbaycanın təhsil sistemində son illərdə əldə olunan uğurları xüsusilə vurğulayıblar.
Məlumat verilib ki, 2012/2013-cü tədris ilindən fəaliyyətə başlayan Bakı Modern Məktəbində Azərbaycan, rus və ingilis dillərində həyata keçirilən tədris proqramı ibtidai (I-IV), ümumi orta (V-IX) və tam orta təhsil (X-XI) səviyyələri üzərində qurulub. Məktəb dövlət standartlarına əsaslanmaqla və beynəlxalq təhsil proqramlarından istifadə etməklə özünün tədris planı və proqramlarını tərtib edərək həmin plan və proqramlara uyğun olaraq tədris prosesini təşkil edir.
Daha sonra açılış mərasimində iştirak edənlər sözügüdən məktəbəqədər təhsil ocağının binasının rəmzi açılışını bildirən lenti kəsərək burada yaradılan şəraitlə yaxından tanış olublar.
Qeyd edək ki, bağçada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Uşaqların zövqünə uyğun qurulan, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün müəssisə rəngbərəng inventarla təchiz edilib. Bağçada müasir standartlara uyğun müxtəlif sinif otaqları, kino, akt, idman və gimnastika zalları, hovuz və yeməkxana mövcuddur.
Həmçinin, uşaq bağçasının ərazisində abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, yay çardağı, oyun meydançası yaradılıb. Burada uşaqların mənalı istirahəti üçün hər cür şərait vardır.
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR