Söküntü Qaraçuxura çatdı - SAKİNLƏR NARAZIDIR
Sosial
Oxunub: 1 133
14 avq 2016 | 06:27
Söküntü Qaraçuxura çatdı - SAKİNLƏR NARAZIDIR








Qaraçuxur qəsəbəsində Əhməd Mehbalıyev küçəsindəki 34 və 36 saylı binaların bir qrup sakini evlərindən məcburən çıxarıldıqlarını bildirirlər

Sakinlər deyir ki, 1955-1956-cı illərdə inşa edilmiş həmin ikimərtəbəli binalarda 16 mənzil var. Bu ilin aprelindən özlərini təqdim etməyən adamlar evlərinə gələrək, onları müvəqqəti köçməyə razı salmağa çalışırlar. Həmin yerdə tikiləcək yeni binalarda onların mənzil alacaqları deyilir.

"BİZİ SIXIŞDIRIRLAR..."

"Artıq bir neçə ailə köçüb. Boşaldılan mənzillərin dərhal qapı, pəncərələri çıxarılır ki, bu da digər mənzillər üçün təhlükə törədir. Qaz və su verilməsində fasilə yaranıb. Bizi, sadəcə, sıxışdırırlar. Heç kim bizimlə rəsmi söhbət aparmır", - sakin Lüdmila Borkova bildirib.

Azadliq.org xəbər verir ki, sakinlər təklif olunan kompensasiyanın həcminin az olmasından narazıdır.

"Biz kirayədə yaşamaq istəmirik. Nəyə görə dəfələrlə köçməliyik? Mənzil kirayəsinə görə pulun sonadək ödəniləcəyinə zəmanət varmı? Kim bilir, bu tikinti nə qədər davam edəcək? Qoy, bizə yazılı zəmanət versinlər. Müqavilə bağlasınlar və ya artıq hazır evlərdə mənzil təqdim etsinlər", - Xədicə Eminova deyib.

Fövqəladə Hallar Nazirliyinin bu evlərin qəzalı olması ilə bağlı rəyi var. Ancaq sakinlər bu rəy ilə razı deyil.

Suraxanı rayon İcra Hakimiyyətindən sözügedən evlərin sökülməsini Nazirlər Kabinetinin bu il fevralın 25-də verdiyi qərar ilə izah edirlər. Qərar Bakı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə əlavə tədbirlər çərçivəsində köhnə evlərin sökülməsini nəzərdə tutur.

"ETİBARLI" ŞİRKƏTİ...

Rayon icra hakimiyyətinin şöbə müdiri Bərxudar Bərxudarovun "Turan"a deməsinə görə, bu rayonda 3 min 828 nəfərin yaşadığı 63 binanın söküntüsü nəzərdə tutulur.

Məmurun bildirməsinə görə, söküntü-tikinti işləri ilə özəl şirkətlər məşğul olur. 34 və 36 saylı binaların yerində iki 12- və 14-mərtəbəli binaların inşası planlaşdırılır. Bu binalarda sakinlərə yeni mənzillər vəd edilir.

Öz növbəsində, Suraxanı rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynov "Turan"a bildirib ki, tikinti ilə "Etibarlı" şirkəti məşğul olur. Şirkət nümayəndələri gələn həftə sakinlərlə görüşməlidir. Yeni mənzillərdə sakinlərə öncə sahib olduqlarından 25 faiz çox sahə veriləcək.

"Etibarlı" şirkətinin icraçı katibi Rafiq Məmmədov isə bildirib ki, müqavilələrdə bütün şərtlər razılaşdırılacaq və qarant kimi icra hakimiyyəti çıxış edəcək. Çünki layihə Nazirlər Kabinetinin qərarına uyğun həyata keçirilir.

R.Məmmədov deyib ki, bəzi sakinlər hər kvadratmetrə görə 2000 manat tələb edirlər. Bu da onun fikrincə, indiki bazar qiymətlərinə uyğun deyil.
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var