"Palmali" niyə Masazıra köçüb? - Rəsmi açıqlama
Sosial
Oxunub: 1 113
13 avq 2016 | 14:50
"Palmali" niyə Masazıra köçüb? - Rəsmi açıqlama








Məlum olduğu kimi, "Palmali" şirkətinin "Milyonerlər məhəlləsi" adlandırılan Məmməd Araz (keçmiş Teymur Əliyev - S.T.) küçəsindəki Bakı ofisi 4-5 aydır ki, bağlanıb. Həmin obyektin üzərindən "Palmali" sözləri yığışdırılıb, bütün işçilər başqa ofisə köçürülüb. Son məlumatlara əsasən "Palmali" bundan sonra İçərişəhərdə fəaliyyət göstərəcək.

Lakin Qaynarinfo.Az-ın əldə etdiyi məlumata görə, ofis hazırda İçərişəhərdə yox, Masazırda fəaliyyət göstərir.

Əlaqə saxladığımız "Palmali"nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da bu faktı təsdiqlədi. Ancaq ilk növbədə "Məmməd Araz"dakı ofisin bağlanmasının maliyyə durumu ilə bağlı olub-olmamasına aydınlıq gətirməyə çalışdıq: "Bildiyiniz kimi,"Xəzər Lənkəran" klubu ötən mövsümün yekununa əsasən Azərbaycan çempionatında çıxışını dayandırıb. Artıq klubumuzun yalnız aşağı yaş qruplarından ibarət 3 komandası fəaliyyət göstərir. O ofisin bağlanmasının səbəb maddi durumla bağlı deyil. Sadəcə həmin ofisdə daha çox klub rəsmiləri otururdu, futbolçularla müqavilələr orda bağlanılırdı. Artıq əsas və əvəzedici komandalarımız fəaliyyətini dayandırdığından, biz də başqa ofisdə işimizə davam etməli olduq. Ancaq o ofis boşaldılsa da, yenə "Palmali"yə məxsusdur".

Cəbrayıloğlu niyə İçərişəhərdə yox, Masazırda məskunlaşmalarına da aydınlıq gətirdi: "Masazırda müvəqqəti məskunlaşmışıq. 2005-ci ildən bura da bizim şirkətə məxsus obyektdir. Hazırda İçərişəhər ofisimizdə təmir işləri gedir. Səhv etmirəmsə, artıq ora mebellər yerləşdirilməlidir. Yaxın vaxtlarda ora tam olaraq köçməliyik. Əslində daha tez köçməliydik. Sadəcə oranın təmiri zamanı bir az problemlər oldu. Ora dar olduğu üçün iri maşınların daxil olması çətinləşdi. Amma qısa müddətdə yeni öfisimizə köçəcəyik".
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var