Şəhid polkovnikin xanımı: Məni qapılarda süründürürlər
Aprelin 2-dən 5-dək qoşunların təmas xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçimiz polkovnik-leytenant Raquf Orucovun ailəsi diqqətsizlikdən və etinatsızlıqdan şikayətlənib.
Femida.az-ın məlumatına görə, bu barədə şəhid polkovnikin həyat yoldaşı Sevinc xanım danışıb. Onun sözlərinə görə, həyat yoldaşı şəhid olduqdan sonra uşaqları üçün verilməli olan aylıq müavinəti hələ də ala bilmir. Şəhidin həyat yoldaşı hətta aidiyyatı qurumların onu get-gələ saldığından da şikayətlənib.
“Mən bu sözləri cəmiyyət arasına çıxarmağa utanıram. Ancaq məni məcbur etdilər. Yoldaşım şəhid olandan bəri bir nəfər də olsun məmur bizimlə maraqlanmayıb. Sadə xalqdan başqa heç kim qapımızı döyməyib. Mən bunu ona görə deyirəm ki, arxamdan bir dağı, bir əzizimi itirmişəm. Raquf necə hərbçi olubsa, onu tanıyanlar yaxşı bilir.
O, Milli Qəhrəman adına layiq olsa da, o adı vermədilər. Bütün olanları, haqsızlıqları keçdim. Ancaq bunun iki azyaşlı övladı var. Bu övladlara verilməli olan pul niyə indiyə kimi verilmir? Məni 4 aydır qapılarda süründürürlər. Halbuki bunu mən etməli deyiləm. Aidiyyatı qurumlar özləri bu işi həll etməlidir. Bir neçə gün bundan qabaq Sosial Müdafiə Nazirliyində oldum. Orada məlum oldu ki, Müdafiə Nazirliyi lazım olan sənədləri onlara tam tərkibdə göndərməyib. Ölüm haqqında şəhadətnamə və digər sənədləri Müdafi Nazirliyi onlara təqdim etməyibsə, necə uşaqlara pensiya kəsə bilərlər?
Bir daha deyirəm ki, bu hərəkət mənim yoldaşımın adına yaraşmır. Ayıbdır belə söhbətlə gündəmə gəlmək. Ancaq nə edim?! Özüm ali təhsilli hüquqşünasam. Hazırda işsizəm. Mənim uşaqlarımı kim böyütməlidir? O boyda zabiti itimişik biz. Budurmu şəhid ailəsinə qoyulan hörmət?
Yoldaşım 25 il vətənə xidmət edib. Onun ayağı şəhid olana kimi çəkmədən çıxmayıb, o, rahatlıq görməyib. İndi də diqqətsizlik bizi üzür. Mən müdafiə naziri cənab Zakir Həsənovla görüşmək istəyirəm”.
Xatırladaq ki, polkovnik-leytenant Raqub Orucov aprelin 4-də Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, aprelin 5-də Sumqayıtda böyük hörmət və ehtiramla Şəhidlər Xiyabanında dəfn olunub. Şəhid polkovnikin anası da Qarabağ müharibəsi zamanı şəhid olub. Atası isə artıq yaşlı olduğu üçün hərəkət etməkdə çətinlik çəkir.
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var