Yollar dünyada çoxdur... elə rəislər də... - Özbaşınalıq...

Məlum olduğu kimi, yaşıllıqların mühafizəsi, yeni-yeni ağacların əkilməsi, meşələrin salınması, onların qorunması ümummilli lider Heydər Əliyevin daim diqqət göstərdiyi sahələrdən idi. Ulu öndər yaşıllıqlara qənim kəsilənlərə dəfələrlə kəskin surətdə öz sözünü demişdi. Prezident İlham Əliyev də bununla bağlı həmişə qəti mövqeyini bildirir və sistemli surətdə iş aparır. Bu yaxınlarda qəbul olunmuş "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu da məhz həmin ardıcıl xəttin davamıdır. Qanun yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləyir, bu sahədə dövlətin, bələdiyyənin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini aydın şəkildə müəyyən edir. Bu qanunun əhatə dairəsi genişdir. Meşə fondu torpaqlarındakı, xüsusi mühafizə olunan obyektlərdəki və şəxsi mülkiyyətlərdəki, habelə əkin sahələrindəki bitkilər istisna olunmaqla, ölkə ərazisindəki bütün yaşıllıqlara şamil olunur. Araşdırmalar göstərir ki, «Azəravtoyol» ASC-nin nəzdində fəaliyyət göstərən bəzi müəssisələr bu sahədə üzərlərinə düşən işi layiqincə həyata keçirə bilmirlər. Redaksiyamıza 8 saylı Yol Yaşıllaşdırma MMC-nin fəaliyyətindəki neqativ hallarla bağlı maraqlı məlumatlar daxil olub. İlk öncə isə bildirmək istəyirik ki, Tovuzdakı 8 saylı Yol Yaşıllaşdırma MMC Şəmkir, Tovuz və Gədəbəy rayonlarına xidmət edir. 281 kilometr respublika əhəmiyyətli yollara baxır. MMC-nin rəhbəri isə Vasif Məmmədovdur. Bizə çatan məlumatlara görə, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Şəmkir, Tovuz, Gədəbəy ərazisindən keçən hissəsinə xidmət göstərən 8 saylı Yol Yaşıllaşdırma MMC-nin fəaliyyəti müsbət qiymətləndirilmir: «İdarənin funksiyalarına ağacların əkilməsilə yanaşı budama, xəstəliklərə və ziyanvericilərə qarşı profilaktik tədbirlərin görülməsi və sairə vəzifələr aiddir. Vasif Məmmədovun özbaşına əməlləri ucbatından idarə hazırda bu vəzifələrin öhdəsindən gələ bilmir. 8 saylı Yol Yaşıllaşdırma MMC-nin resurs və potensialından məqsədyönlü şəkildə, qarşıya qoyulmuş vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün səmərəli istifadə olunmur. Yerinə yetirilmiş kimi göstərilən işlərin həcmini ifadə edən rəqəmlər əslində xeyli şişirdilir. Deyilənə görə, bütün bu işlərin həyata keçirilməsində Vasif Məmmədovla yanaşı idarənin mühasibi Şirməmməd adlı şəxs də həlledici rol oynayır. Ştatda olan 100 nəfərdən artıq işçinin yarısından çoxu işə çıxmır. Soruşana deyirlər ki, sahələrə ezam olunublar. Əslində isə bu ştatlarda "ölü canlar” saxlanılır. Onlara məxsus maaş kartları ilə məvaciblərini yerli bankomatlardan kimin çıxardığını öyrənmək də mümkündür. Hərçənd bu, daha çox hüquq-mühafizə orqanlarının işidir. MMC rəhbəri iş yerlərini hərraca çıxarıb. Belə ki, o, mütəmadi olaraq idarənin işçilərini heç bir ciddi səbəb olmadan, əsassız bəhanələrlə işdən çıxarır və onların yerinə başqalarını təyin edir. Rəis həm də idarənin su maşınlarını fərdi sifarişlər əsasında əlavə işə göndərir. İşçiləri onlara aid olmayan işlərdə çalışdıraraq bunun müqabilində sifariş verən sahibkarlardan külli miqdarda pul alır və həmin pulu da özü götürür». Daxil olan məlumatlarda həmçinin bildirilir ki, Vasif Məmmədov barəsində bəzi mətbuat vasitələrində yayımlanan yazılardan sonra möhkəm narahat olmağa başlayıb. Və özünə yaxın saytlardan biri vasitəsilə müdafiə taktikasına keçib. Biz isə hörmətli MMC rəhbərinə demək istəyirik ki, ən yaxşı müdafiə düzgün işləməkdir. Ümidvarıq ki, ASC sədri Saleh Məmmədov işinə biganə münasibət göstərən və vəzifəsinə qazanc mənbəyi kimi baxan Vasif Məmmədovun barəsində tezliklə bir tədbir görəcək.
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI